Məhkəmə qərarları › İş №2(003)-673/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(003)-673/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-673/2022 29.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı QSC -nin əlavə qətnamə çıxarılması barəsində ərizsinə baxaraq müəyyənetdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-673/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, İddiaçı QSC -nin xeyrinə Cavabdeh 1096,94 manat məbləğində kredit borcu, 83,38 manat məbləğində faiz borcu, 45,0 məbləğində cərimə borcu və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33,46 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1258,78 (min iki yüz əlli səkkiz manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. İddiaçının nümayəndəsi 13 aprel 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə imzalanmış xx.xx.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsinin ləğv edilməsinə dair tələb irəli sürməsinə, lakin məhkəmənin həmin iddia tələbinin mahiyyəti üzrə həll edilməsinə dair qətnamə qəbul etməməsinə əsaslanaraq, göstərilən iddia tələbinin təmin edilməsinə dair əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC və Cavabdeh əlavə qətnamə çıxarılmasına dair məsələyə baxılması üçün məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələri əlavə qətnamə əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 229.2-ci maddəsinə əsasən, əlavə qətnamə çıxarılması barəsində ərizəyə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxıla bilər. Məhkəmə mülki işi nəzərdən keçirərək hesab edir ki, əlavə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 021A********** saylı kredit razılaşması üzrə 1096,94 manat məbləğində kredit borcu, 83,38 manat məbləğində faiz borcu və 165,51 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1345,83 məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33,46 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-673/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı QSC -nin xeyrinə Cavabdeh 1096,94 manat məbləğində kredit borcu, 83,38 manat məbləğində faiz borcu, 45,0 məbləğində cərimə borcu və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33,46 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1258,78 (min iki yüz əlli səkkiz manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Məhkəmə iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsi X1– Cavabdeh ilə imzalanmış xx.xx.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsinin ləğv edilməsi barəsində iddia tələbinin təmin edilməsinə dair izahat vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən və göstərilən iddia tələbinin də təmin edilməsinə dair izahat verdiyindən, lakin onun göstərilən məzmunda olan iddia tələbinə və izahatına dair qətnamə qəbul edilmədiyindən, ərizə təmin edilərək, iş üzrə əlavə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 229.1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya qərardad çıxara bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC və Cavabdeh qarşı - Cavabdeh ilə imzalanmış xx.xx.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsinin ləğv edilməsi barəsində iddia tələbi irəli sürdüyündən, həmin tələbi üzrə sübutlar təqdim etdiyindən və buna dair izahat verdiyindən, lakin həmin iddia tələbi mahiyyəti üzrə həll edilmədiyindən göstərilən iddia tələbinin təmin edilməsinə dair əlavə qətnamə çıxarılmalıdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçı “İddiaçı QSC cavabdehə xx.xx.2021ci il tarixdə müqavilənin ləğv edilməsi ilə bağlı “ xəbərdarlıq” göndərmişdir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 229 və 216- 220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı QSC əlavə qətnamə çıxarılması barədə ərizə təmin edilsin. İş üzrə əlavə qətnamə çıxarılsın. İddiaçı QSC-nin Cavabdeh qarşı iddia tələbi “kredit müqaviləsi ləğv edilməsi” hissəsində təmin edilsin. Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 021A**********saylı kredit müqaviləsi ləğv edilsin. Əlavə qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar