Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-681/2020 11.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair idİddiaçıı üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Xəzər rayon məhkəməyə müraciət edərək, Cavabdeh 964 manat əsas, 240 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçınə ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, alıcı (cavabdeh) Cavabdeh xx xxxx 2015-ci il tarixdə satıcı "İddiaçı" MMC ilə Bakı şəhərində bağladığı müqavilə əsasında "İddiaçı" MMC-dən xx xxxx 2015-ci il tarixli,0958 saylı,xx xxxx 2015-cı il tarixli, 000089 saylı,xx xxxx 2015ci il tarixli/000089 saylı və xx xxxx 2015-ci il tarixli/000597 saylı Qaimələr əsasında Kafel-Metlax yapışdırıcıları malını nisyə almış, pulunu 15 gün müddətinə ödəməyi müqavilə ilə öhdəsinə götürmüşdür.Ancaq cavabdeh öhdəliyinə layiqincə əməl etmədiyindən İddiaçıMMC-yə 964 mant məbləğində borcu yaranmışdır. Dəfələrlə borcunu ödəməsi cavabdehdən tələb edilsədə,ancaq o,borcunu ödəməmişdir. Cavabdeh 964 manat pul vəsaitinin ödənilməsini beş ilə yaxın gecikdirdiyinə görə həmin vəsaitin məbləğindən qanunauyğun olaraq hər il üçün 48 manat olmaqla, cəmi 240 manat məbləğində iddiaçıya faiz ödəməlidir. İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izhat vrərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, satıcı İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh kafel-metlax yapşdırıcı, aradoldurucu ilə təmin edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanmışdır. İş materiallarında xx xxxx 2015-ci il tarixli,0958 saylı,xx xxxx 2015-cı il tarixli, 000089 saylı,xx xxxx 2015ci il tarixli/000089 saylı və xx xxxx 2015-ci il tarixli/000597 saylı qaimələrdən görünür ki, müqavilə üzrə satıcı alıcı Cavabdeh müqavilə üzrə qeyd edilən avadanlıqları vermişdir İş materiallarında olan İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış və borclu tərəfindən imzalanmış xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görəiddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasəncavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görəcavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin iddianı əsas borca aid hissədə etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən 964 manat ödənilməmiş əsas borcun tutulması və 240 manat faiz borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 964 manat əsas, 240 manat faiz borcu olmaqla, cəmi 1204 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 1234 (bir min iki yüz otuz dörd) manat pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-681/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-681/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver