Məhkəmə qərarları › İş №2(003)-69/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-69/2024

22.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-69/2024 22.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərər tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına olan dövlət nişanı ** PB ***, “Volkswagen Passat” markalı avtomobilinə dəymiş ziyanın 2220 manatın və 43 manat məhkəmə dövlət rüsumu, cəmi 2263 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən xx.xx.2022-ci il tarixində saat 16:54 radələrində Qala qəsəbəsində cavabdehin qızı, X16 ilə onların aralarında qeyri ailə yaşayışı olmuşdur. Nur Lalayeva müstəqil hətdi bulağa çatmış ailə başçısı kimi öz hüquqlarından istifadə edərək, yaşadığı mənzili X9 25.000 manata satmış, həmin aldığı pulları banklarda lombardlarda əl borclarını ödəyərək bir hissəsini təxminən 7.000 manata qədər pulu biznes fəaliyyətinə istifadə etmişdir. Təxminən 1 aya yaxın üstündən keçmiş, Nur Lalayevanın anası arasında yəni cavabdeh ilə mübahisəsi yaranmış, mübahisə vaxtı o da həmin şəraitdə orada olmuş və evi alan Vüqar adlı şəxslə həmin ərəfədə biryerdə həyatyanı sahədə olmuşlar. Cavabdeh onun üzərinə hücum edərək avtomobilinə daşla maddi ziyan vuraraq, ona xəsarət yetirərək, evin satılmasına niyə icazə verdiyini demişdir. O da bildirmişdir ki, onun bu işdə günahı yoxdur. Rəsmi qeydiyyat vəsiqələri yoxdur və Nur Lalayeva öz evinin satışına qərar vermək hüququ vardır. Buna baxmayaraq cavabdeh ona xəsarət və avtomobilinə maddi ziyan törətmişdir. O, dərhal 102 xidmətindən istifadə edərək 1-ci Polis bölməsinin tətqiqatçı Natiq müəllimin dəvəti ilə Polisə çağırılmışdır. 1-ci araşdırma zamanı təhqiqat qərarı ilə iş materialı istintaq şöbəsinə göndərilmişdir. Lakin, araşdırılma düzgün olmadan iş materialları yenidən baxılması üçün tətqiqata qaytarılmışdır. Səbəb o idi ki, güya hadisə vaxtı şahidlərin izahatları toplanılmadığından qərar çıxmışdır. Təəssüflər olsun ki, hadisə vaxtı iştirak edən insanların hamsının izahatları yazılmış və dindirilmişdir. xx.xx.2022-ci ildə yenidən təhqiqat qərarı cinayət işinin başlanılmasını rədd edərək Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinin icraatı olunması sahə rəisi tərəfindən 300 manat cərimə etməklə iş yekunlaşmışdır. Əlavə onu bildirmək istəyir ki, dəymiş ziyan "xxxx" MMC tərəfindən arayış əsasında 2.220 manat qiymətləndirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, hadisə yerinə çatanda cavabdeh onun maşınını daşlamışdır ki qızı Nur maşından düşməsin. Kiçik ölçülü daşlar atmış və nəticədə onun avtomobilinin sağ və sol hissələrinə, arxa və qabaq qapılarına, damına, kapotuna zərər dəymişdir. Həmçini faranın yerləşdiyi dəmir hissəsi cüzi əzilmiş, avtomobilin üzərində olan nikellər zədələnmiş və yan şüşə açıq olduğundan içərisində olan ortada yerləşən güzgü qırılmışdır. Evi Nur özü satmış, onun evin satılması ilə bağlı heç bir əlaqəsi yoxdur. Hadisə yerinə getmələrinə səbəb isə evi alan şəxslərin Nura zəng vurararaq anasının onları evə buraxmadığını bildirmələri olmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, o, iddiaçının maşınına daş atmamış, heç bir ziyan vurmamışdır. Onun tikdirdiyi evi qızını aldadaraq satdırmışdır. Hadisə zamanı onun əlinə xəsarət yetirilmiş və əli sınmışdır. O, sınıq əli ilə qızının üstünə getmişdir ki, onun icazəsi olmadan nəyə görə onun evini satmışlar. Əlini evi alan Vüqar kəsmişdir. Maşına onun tərəfindən daş atılması, ziyan vurulması şər və böhtandır. İş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Cavabdeh qonşusudur. Hadisə zamanı evdə olmuş və səs-küy olduğuna görə həyətə çıxmışdır. Bu zaman qonşu Səidənin əlindən qan axdığını və yerdə oturduğunu görmüşdür. Daha sonra İlkin, Səidənin qızı Nurla birlikdə avtomobildə gəlmişlər. Həmçinin bildirmişdir ki, o, təxminən hadisədən 5-10 dəqiqə sonra həyətə çıxmış və həmin vaxta qədər nə baş verdiyini görməmiş, həyətdə olanda artıq polislər orda olmuşlar. İlkinin Səidənin üstünə hücum etdiyini görməmiş, Səidənin əlinə xəsarət yetirəndə görmüşdür. Səidənin oğlu İlkinə çıxıb getməsini dedikdə, İlkin maşınına əyləşib getmişdir. Hadisə yerində qara maşın olmuş, həmin maşının zədələnməsini görməmiş, hadisənin nəyin üstündə baş verməsini bilmir. Polis idarəsində ərizə yazmış, lakin qoca adam olduğundan nə yazdığı yadında deyil. Səidənin maşına daş atdığını görməmişdir. İş üzrə şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, o, Cavabdeh qızıdır. 2021-ci ildə İddiaçı Adgözel oğlu ilə tanış olmuş, onun valideynləri ona elçi gələrək ailə qurmuşlar. Sonra bilmişdi ki, o, evlidir, uşağı da vardır. İlkin, onun maşınını satdırmış, ona ev tikdirmiş, sonra həmin evi də satdırmışdır. O, evsiz qalmışdır. Onlar hadisə yerinə getmişlər ki, anası evi boşaltsın ki, evi alan adamlar evə köçə bilsinlər. Anası maşına daş atmamış, maşının üstündə cızıqlar olmuş, qonşuluqda yaşayan uşaqlar maşını cızmışlar. Maşının güzgüsü də əvvəllərdə tez-tez düşmüşdür. Həmçinin bildirmişdir ki, polisdə olarkən İlkin ona təzyiq və təsir etdiyi üçün izahat vermişdir. Lakin hazırda bildirir ki, anası İlkinin avtomobilinə heç bir ziyan vurmamışdır. İlkin onun uşağı ilə hədələdiyindən dediklərinə əməl etmişdir. Hadisə ilə bağlı 102 xidməti özü zəng vurmuş, anasından şikayət etmişdir ki, evi onu alan şəxslərə vermir. Evdə olan zaman zəng vurmuş, hadisə yerində olan zaman isə artıq polislər orada olmuşlar. O gələndə anası evi alan adamla dalaşdığından əli qanamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - "xxxx" MMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, ** PB *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” markalı avtomobil xx.xx.2023-cü il tarixdə servisdə texniki baxışdan keçirilmiş və avtomobilə dəymiş ziyan dəyəri 2220 manat məbləğində qiymətləndirilmişdir. Həmin arayışdan görünür ki, armatur işi 460 manat, dəmirçi işi 150 manat, rəngsaz işi 1070 manat, arxa sol qapının nikel kantı 170 manat, salon güzgüsü bərpası isə 370 manat təşkil edir. -AD 587946 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** PB *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” minik markalı, WVWZZZ3CZBP357665 ban nömrəli avtomobilin sahibi "xxxx" MMC-dir. -01/217/19 saylı 27 sentyabr 2019-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsinin icra olunması haqqında xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, lizinq verən "xxxx" MMC, daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənişlər lizinq alan İddiaçı tərəfindən tam ödənildiyinə görə ** PB *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” minik markalı, WVWZZZ3CZBP357665 ban nömrəli avtomobili lizinq alanın mülkiyyətinə vermişdir. -BB364074 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** SS *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” minik markalı, WVWZZZ3CZBP357665 ban nömrəli avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. -X4, X1 və X10 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, onlar həmin ərizədə Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivi, ev 5 və 6-da Cavabdeh Məhəmmədəli qızı və X17 2009-cu ildən yaşadıqlarını, X11 heç vaxt adı çəkilən ünvanda yaşamadığını, xx.xx.2022-ci il tarixində həmin ünvanda olan mübahisədə Cavabdeh heç kimi döymədiyini, maşın sındırmadığını, əksinə Səidənin üstünə Salmanov Vüqar və ailəsi hücüm edərək əlini dəmir soba ilə kəsərək zədə vurduğunu, sonradan gələn İddiaçı da Səidənin üstünə cumaraq hədələdiyini və evdən çıxarmaq istədiyini bildirmişlər. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsindən alınmış 2877/22 nömrəli rədd materialdan görünür ki, Xəzər RPİ-nin 1-ci PŞnin təhqiqatçısı Natiq Ağamirzəyev tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X3 barəsində Azərbaycan respublikası İXMnin 157-ci maddəsi ilə inzibati icraatın açılması üçün ərazi aidiyyatı üzrə xidmət aparan sahə inspektoruna həvalə edilməsi qərara alınmışdır. Həmin rədd materialında olan: - X12 Xəzər RPİ-nin 1-ci PŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə anası Cavabdeh, evini satdığı X11 yaşadığı ünvana hücum çəkərək Vüqarı və onun ailə üzvlərini öldürməklə evi yandırmaqla hədələmiş, bundan sonra ona və həyat yoldaşı İddiaçı hücum edərək onu yerdən götürdüyü daş parçaları ilə üzərinə ataraq ona xəsarət yetirmiş, eyni zamanda qardaşı X14 ilə birlikdə onlara hücum çəkərək İlkinin maşınını daşla vuraraq xəsarət yetirmişdir. -nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, İddiaçı, Nur Lalayevin və hal şahidin iştirakı ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin çıxışında İddiaçı məxsus “Volkswagen Passat” minik markalı avtomobiləə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, maşının sol qabaq qapısı təxminən 5 sm cızılmış, sağ “krelonun” üstü cızılmış, salonda olan ön güzgü sınaraq sağ qabaq oturacağa düşmüş vəziyyətdədir. -X8 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, izahatında bildirmişdir ki, hadisədən xəbər tutuan evi aldığı X17 hadisə yerinə gələrək onlara xəsarət yetirən X2, yəni anasını sakitləşdirməyə çalışmışdır. Lakin anası X3 buna məhəl qoymayaraq Lalayeva Nuru təhqir etmiş, yumruq-təpiklə ona zərbələr endirmişdir. Nurgilin maşınının şüşələrini də daşla sındırmışdır. -X12 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, izahatında bildirmişdir ki, anası Cavabdeh ilə aralarında olan əvvəllər yaranmış münaqişəyə görə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən onun və övladının təhlükəsizliyinin təmin edilməsi üçün xx.xx.2022ci il tarixli mühafizə orderi ilə təmin olunmuşlar. xx.xx.2022-ci il tarixdə təxminən saat 15:20 radələrində evini satdığı şəxs Salmanov Vüqar ona zəng edərək bildirmişdir ki, anası Cavabdeh onun yaşadığı ünvana hücum edərək onu və ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etmişdir. Ona görə də o bu barədə 102 mərkəzinə müraciət etmişdir. Sonra İddiaçılə birlikdə idarə etdiyi “Passat” markalı, ** PB *** nömrəli maşınla həmin ünvana gəlmişlər. Onlar evin qarşısında maşından düşmk istəyərkən anası S.Abasəliyevə və qardaşı E.Lalayev ona və İlkin hücum çəkərək yerdən götürdüyü daş parçaları ilə onu vurmuş, eyni zamanda yumurq ilə bədəninin müxtəlif nahiyyələrinə xəsarət yetirmişdir. Həmçinin daş parçalarını maşına çırparaq xəsarət yetirmişdir. -Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 07 nömrəli qısamüddətli mühafizə orderinin surətindən görünür ki, X17 anası Cavabdeh tərəfindən məişət zorakılığına məruz qaldığına görə həmin mühafizə orderi verilmişdir. Mülki iş üzrə kompleks məhkəmə-trasoloji və məhkəmə-əmtəəşünaslıq təyin edilməsi haqqında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı əsasında keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC avtoservis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Volkswagen Passat” minik markalı, ** PB *** (hazırda ** SS ***) dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1590 manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Mülki iş üzrə əlavə kompleks məhkəmə-trasoloji və məhkəmə-əmtəəşünaslıq təyin edilməsi haqqında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı əsasında keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Volkswagen Passat” minik markalı, ** PB *** (hazırda ** SS ***) dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (arxa sol qapıda, qabaq sağ qapıda, qabağ sağ qanadda, kapotda, arxa sağ qapıda) olan səthi sürtünmə izləri öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk və nisbətən bərk predmetlə kontakda olması nəticəsində yarana bilər. Lakin izlərin kənarında xüsusi əlamətlər aşkar olunmadığından həmin izlərin hansı xassəli bərk predmetin, o cümlədən konkret olaraq kişik ölçülü daşların (şebelin) təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Avtomobilə dəymiş zərərin təmir-bərpa xərci hal-hazırki tarixə təxminən 640 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 210 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə, iş üzrə sübutları tədqiq edərək qeyd edir ki, Cavabdeh iddiaçının avtomobilə xəsarət yetirməməsini bildirsədə iş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının avtomobilinə ziyan vurulmuşdur. Bundan başqa iş üzrə şahid, cavabdehin qızı olan X17 məhkəmə iclasında verdiyi ifadəsində anası tərəfindən iddiaçının avtomobilinə zərər yetirilmədiyini qeyd etsə də Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin icraatında olmuş 2877/22 nömrəli rədd materialından görünür ki, X17 polis şöbəsinə ərizə ilə müraciət edərək həmçinin anası Cavabdeh tərəfindən İlkinin (iş üzrə iddiaçının) maşınını daşla vuraraq zədə yetirdiyini bildirmiş, həmçinin polis şöbəsində vermiş olduğu izahatında da ərizəsində qeyd etdiyi halı təsdiqləmişdir. Odur ki, məhkəmə şahid X12 məhkəmə iclasında verdiyi ifadəsini iş üzrə sübut kimi qəbul edilməsini mümkün hesab etmir. İş üzrə cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X7 isə ifadəsində evdə olduğunu, hadisədən təxminən 5-10 dəqiqə sonra çölə çıxdığını, hadisə zamanı nə baş verdiyini görmədiyini bildirmişdir. Həmçinin həmin rədd materialında olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə baxış protokolundan görünür ki, İddiaçı məxsus “Volkswagen Passat” minik markalı avtomobilə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, maşının sol qabaq qapısı təxminən 5 sm cızılmış, sağ “krelonun” üstü cızılmış, salonda olan ön güzgü sınaraq sağ qabaq oturacağa düşmüş vəziyyətdədir. Hadisədə iştirak etmiş X13 isə polis şöbəsində verdiyi izahatında Cavabdeh tərəfindən “Nurgilin maşınının şüşələrini də daşla sındırıldığını” qeyd etmişdir. Göstərilən hallar dəlalət edir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisədə Cavabdeh tərəfindən daş atılaraq iddiaçının avtomobilinə ziyan vurulmuşdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatında avtomobildə aşkar edilmiş izlərin konkret olaraq kiçik ölçülü daşların təsirindən yaranmasının müəyyən edilməsinin mümkün olması göstərilsə də, həmin rəydən görünür ki, avtomobilin arxa sol qapısında, qabaq sağ qapısında, qabağ sağ qanadında, kapotunda, arxa sağ qapısında olan izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk və nisbətən bərk predmetlə kontakda olması nəticəsində yarana bilər. Odur ki, məhkəmə qeyd olunan hallara məcmu şəkildə qiymət verərək hesab edir ki, məhkəmə araşdırılması zamanı cavabdeh Səidə Abasəliyevə tərəfindən İddiaçı məxsus avtomobilə ziyan vurulduğu öz təsdiqi tapır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərərin əvəzi cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə, avtomobilə dəymiş zərərin məbləği ilə bağlı qeyd edir ki, iş üzrə iddiaçı avtomobilə dəymiş zərərə görə təmir-bərpa işlərinin 2220 manat məbləğində qiymətləndirsə də bu barədə mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırılması zamanı da həmin məbləğdə dəymiş ziyan müəyyən edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatına əsasən avtomobilə dəymiş zərərin təmirbərpa xərci təxminən 640 manat müəyyən edilir. Bu halın əksinə dair də hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə iş üzrə əlavə kompleks məhkəmə-trasoloji və məhkəmə-əmtəəşünaslıq təyin edilməsi haqqında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı əsasında verilmiş ekspert rəyini əsas götürməklə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının avtomobilə vurulmuş ziyana görə təmir-bərpa xərci 640 manat məbləğində müəyyən edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli qərardadı əsasında ekspert rəyi verilərkən həmin qərardad ilə ekspert qarşısında qoyulmuş bütün suallara cavab verilməmişdir. Avtomobil naturada müayinə olunmaqla üzərində olan zədələr müəyyən edilməmiş, sadəcə iş materiallarında olan avtoservis tərəfindən verilmiş arayışdakı məlumatlar əsas götürülməklə rəy verilmişdir. Bununla da həmin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi natamam olmuşdur. Həmçinin məhkəmə, cavabdeh tərəfindən avtomobilin içərisində olan ön tərəfdə yerləşən güzgüyə ziyanın vurulmasının sübut olunmamasını da nəzərə alır. Belə ki, iddiaçı cavabdehin atdığı daşlara görə avtomobilin içərisində olan həmin güzgüyədə zərər yetirildiyini iddia etsə də bu hal işin araşdırılması zamanı müəyyən edilməmiş və iddiaçı tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh avtomobilə vurulmuş ziyana görə 640 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Həmçinin məhkəmə, ödənilmiş dövlət rüsumunun qaytarılması və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin tutulması məsələlərinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Həmçinin aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 260 manatın 130 manat hissəsi İddiaçı, 130 manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh avtomobilə dəymiş zərərə görə 640 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 13 manat hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş kompleks məhkəmə-trasoloji və məhkəmə-əmtəəşünaslıq, əlavə kompleks məhkəmə-trasoloji və məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 260 manatın 130 manat hissəsi İddiaçı, 130 manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar