Məhkəmə qərarları › İş №2(003)-690/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-690/2022

11.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-690/2022 11.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı İB-nin Cavabdehov Baladadaş oğluna qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı İB-nin Cavabdehov Baladadaş oğluna qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2207 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 42,07 manat məbləğində dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 300 manat ümumilikdə isə 2552,07 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SVVİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ501İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilsə də, həmin dövlət rüsumana dair qəbzin həqiqiliyini (doğruluğu), məhz bu iş üzrə ödənilmiş dövlət rüsumu barədə qəbz olduğunu aydınlaşdırmaq qeyri-mümkündür. Həmin dövlət rüsumunun ödənilməsi bardə qəbzdən müəyyən olunur ki, yuxarıda qeyd olunan iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu (qəbz № 711324473, 30 manat) xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-yə (7 saylı Azəriqaz şöbəsinə) ödəmişdir. Lakin, iddia ərizəsi Bakı şəhər Xəzər rayon məhkəməsinə xx.xx.2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi, iddia ərizəsinin verilməsinə dair dövlət rüsumu ərizə məhkəməyə daxil olmadan təxminən bir il əvvəl ödənilmişdir ki, bu da məhz həmin rüsmunun hazırki iddia ərizəsinə görə ödənilməsini istisna edir. Belə olan məhkəmə hesab edir ki, ödənilmiş (qəbz № 711324473, 30 manat) dövlət rusumu hazırki verilmiş iddia ərizəsinə görə ödənilmiş rüsum kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, “Dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı İB-nin Cavabdehov Baladadaş oğluna qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakimi Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar