Məhkəmə qərarları › İş №2(003)-691/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-691/2023

23.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-691/2023 23.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, X1 və X2 qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ümumilikdə 19423, manat məbləğində pul alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mobil telefonların nisyə alğı-satqı ilə məşğul olur. İşi ilə əlaqədar iş üzrə cavabdehlərlə tanış olmuşdur. Belə ki, cavabdehlər rəfiqədirlər və ondan birlikdə nisyə mobil telefonlar almışlar. Aralarında olan razılaşmaya əsasən o, onlara nisyə mobil telefonlar vermiş, onlar isə həmin telefonları realizə etdikdən sonra yaranmış borclarını qaytarmalı idilər. Bir müddət cavabdehlər ondan aldıqları telefonların dəyərini qaytarmışlar. Buna görə də onda etibar qazanmışdılar. Ona görə də cavabdehlərə istədikləri sayda nisyə telefon verirdi. Cavabdehlər rəfiqə olduqlarından ondan birlikdə telefon götürmüşlər və aldıqları telefonların dəyərini qaytarılmasında birlikdə məsuliyyət daşımaları barədə ona söz vermişdirlər. Lakin onu aldatmışlar və sonralar aldıqları mobil telefonların dəyərini qaytarmamışlar. Cavabdehlərin hərəkətlərindən məcbur olub Xəzər Rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsi üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehlər aldıqları telefonları ucuz qiymətlərə mağaza və fərdi şəxslərə satmışlar. Nəticədə şikayət ərizəsi üzrə cinayət işinin başlanılmasına rədd qərar qəbul edilmişdir. Bundan sonra məcbur olub, alınmış mobil telefonların bir hissəsi ilə bağlı cavabdehlərə qarşı Xəzər Rayon Məhkəməsinə iddia qaldırmış və iddiası qismən təmin edilərək cavabdehlərdən 32756 manat məbləğində pulun tutulması qət edilmişdir. Qeyd edir ki, polis orqanına etdiyi şikayət ərizəsi üzrə aparılmış araşdırma zamanı cavabdehlərə nisyə satdığı 46 ədəd mobil telefonla bağlı nəticə əldə edilməmişdir. Belə ki, şikayətinin araşdırılması zamanı müstəntiq tərəfindən həmin 46 ədəd mobil telefonların “İMEİ” kodlarına məhdudiyyətin qoyulması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən xahiş olunsa da, bu baş tutmamışdır və həmin telefonların aqibəti müəyyən olunmamışdır. Ona görə də o, cavabdehlərə qarşı həmin telefonlarla bağlı əvvəlki iddiamda tələblər irəli sürməmişdir. Belə ki, polis orqanlarından həmin telefonların kimə satılması ilə bağlı araşdırılma aparılması üçün rədd qərarlarından şikayətlər vermişdir. Lakin şikayətləri təmin edilməmiş, yenə də cinayət işinin başlanılmasına rədd qərarı qəbul edilmişdir. Ona görə də həmin telefonlarla bağlı cavabdehlərə qarşı məhkəmə qaydasında iddia qaldırmaq məcburiyyətində qalmışdır. Həmin telefonlar bunlardır: Samsung Galaxy J 7 Prime markalı, **********85180: **********85188- İMEİ kodlu telefon-324,00 manat, Samsung Galaxy J 7 Prime markalı, **********56510: **********56510- İMEİ kodlu telefon - 280,00 manat, Samsung Galaxy J 5 Prime markalı **********89734 İMEİ kodlu telefon- 330,00 manat, Samsung Galaxy J 2 (2017) markalı **********01806 İMEİ kodlu telefon- 167,00 manat, Samsung Galaxy J 2 (2017) markalı **********10018 İMEİ kodlu telefon- 167,00 manat, Samsung Galaxy J 2 Core markalı **********67211, **********67219 - İMEİ kodlu telefon-170,00 manat, Samsung Galaxy J 2 (2018) markalı **********92610: **********92618 İMEİ kodlu- 235 manat, Samsung Galaxy J 2 (2018) markalı **********54212 İMEL kodlu telefon- 235,00 manat, Samsung Galaxy J 3 (2017) markalı **********29554 İMEİ kodlu telefon- 271,00 manat, Redmi S 2 markalı **********75114, **********75122 İMEİ kodlu telefon – 280,0 manat, Redmi S 2 markalı **********03394: **********03402 İMEİ kodlu telefon – 305,0 manat, Redmi note 5 markalı **********35508: **********35516 İMEİ kodlu telefon- 366,0 manat, Samsung Galaxy J 4 markalı **********33558 İMEİ kodlu telefon-213,00 manat, Samsung Galaxy A 6 markalı **********58444: **********58442 İMEİ kodlu telefon-380,00 manat, 14.Samsung Galaxy J 6 markalı **********10514: **********10511 İMEİ kodlu telefon-320,00 manat, Redmi note 5 markalı **********30028: **********30026 İMEİ kodlu telefon- 416,0 manat, Redmi note 5 markalı **********35508: **********35516 İMEİ kodlu telefon- 366,0 manat, Samsung Galaxy A 7 markalı **********07228: 3528011C ******* İMEİ kodlu telefon-639,00 manat, Samsung Galaxy A 7 markalı **********12574: **********12576 İMEİ kodlu telefon-370,00 manat, Redmi note 5 markalı **********50811, **********90813 İMEİ kodlu telefon- 370,0 manat, Redmi note 5 markalı **********72452: **********7458 İMEİ kodlu telefon- 370,0 manat, Samsung Galaxy J 4 markalı **********08149: **********08147 İMEİ kodlu telefon-215,00 manat, 23.Samsung Galaxy J 2 (2017) markalı **********13211: **********13219 İMEİ kodlu telefon-175,00 manat, Samsung Galaxy J 2 markalı **********69952 İMEİ kodlu telefon- 220,00 manat, Samsung Galaxy J 5 markalı **********81591 İMEİ kodlu telefon-356,00 manat, Samsung Galaxy J 5 markalı **********83141 İMEİ kodlu telefon-356,00 manat, Mı A 2 markalı **********69351: **********69369 İMEİ kodlu telefon 350,00 manat, Samsung Galaxy A 6+ markalı **********00213: **********00211 kodlu telefon-443,00 manat, Redmı note 5 markalı **********30513: **********30512 İMEİ kodlu telefon, 366 manat, Redmi S 2 markalı **********13419: **********13427 İMEİ kodlu telefon, 280,0 manat, Redmi S 2 markalı **********05619: **********05627 İMEİ kodlu telefon – 280,0 manat, Samsung Galaxy J 2 markalı .**********84632: **********84630 İMEİL kodlu telefon-167,00 manat, Samsung Galaxy A 6 markalı **********85786: **********85784 İMEL kodlu telefon-375,00 manat, Samsung Galaxy A 6 markalı **********46895: **********46893 (ME1 kodlu telefon- 375,00 manat, Samsung Galaxy A 6 markalı **********23496: **********23494 İME1H kodlu telefon-375,00 manat, Samsung Galaxy A 6 + markalı **********37113: **********37111 İMEİ kodlu telefon-440,00 manat, Samsung Galaxy J 2 markalı **********59101 İMEİ kodlu telefon-220,00 manat, Samsung Galaxy A 5 markalı **********47251: **********259 İMEİ kodlu telefon-477,00 manat, Samsung Galaxy A 9 markalı **********96378: **********96376 İMEİ kodlu telefon-870,00 manat, Redmi S 2 markalı **********52733: **********52741 İMEİ kodlu telefon- 280 manat, Samsung Galaxy A 6+ markalı **********59889: 3554221C0059887 İME1 kodlu telefon-430,00 manat, Samsung Galaxy A 6+ markalı **********45486: 35191910 ******* İMEİ1 kodlu telefon-430,00 manat, Samsung Galaxy A 6 markalı **********88708: **********8 İMEL kodlu telefon-375,00 manat, Samsung Galaxy A 6+ markalı **********08124: **********08122 İMEİ kodlu telefon-430,00 manat, Samsung Galaxy J 2 Core markalı **********47538: **********47536 İMEİ kodlu telefon-210,00 manat, Redmi 6 markalı **********82741: **********82758 İMEİ kodlu telefon -310,00 manat. Telefonların qiymətləndirilməsinə dair mütəxəssis rəyini iddia ərizəsinə əlavə edilmişdir. Telefonların cəmi dəyəri 15551 manat təşkil edir. Qeyd olunanlarda əlavə olaraq, Cavabdeh2 xahişi ilə digər şəxslərə (birlikdə) 650 manat dəyərində 2 ədəd televizor, 500 manat dəyərində qızıl komplekt qızıl əşyaları, 650 manat dəyərində 2 ədəd soyuducu, 530 manat dəyərində 5.3 qram olan qızıl üzük və 320 manat dəyərində 4 qram qızıl sep, 500 manat dəyərində planşet, 10140 manat dəyərində biriliyan daşlı komplekt, 594 manat dəyərində 3.6 və 3 qram olan 2 ədəd qızıl sep satılmışdır. Cavabdehlər həmin satılmış əşyaların dəyərlərini tam ödəməmişlər. Belə ki, 2 televizor üçün ümumilikdə 288 manat ödəniş etmişlər, qalıq qalmış 852 manat borcu qaytarmamışlar. 500 manat dəyərində qızıl komplekt qızıl əşyası üçün 236 manat qalıq borcu qaytarmışlar, qalıq qalmış 264 manatı qaytarmamışlar, 2 ədəd soyuducu üçün üçün 628 manat qaytarılmış, qalıq qalmış cəmi 772 manat pulu qaytarmamışlar. 530 manat dəyərində 5.3 qram olan qızıl üzük 308 manat qalıq borcu və 320 manat dəyərində 4 qram qızıl sep üçün 90 manat qalıq borcu qaytarmamışlar. 500 manat dəyərində planşet üçün 268 manat qalıq borcu, 10140 manat dəyərində biriliyan daşlı komplekt üçün 588 manat qalıq borcu, 594 manat dəyərində 3.6 və 3 qram olan 2 ədəd qızıl sep üçün qalıq qalmış 494 manat borcu, cəmi 3872 manat borclu qalmışlar. Beləliklə cavabdehlərin ona ümumilikdə 19423 manat məbləğində borcları mövcuddur. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 7000,0 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, Cavabdeh1 qarşı iddia tələbi yoxdur. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək bildirdi ki, həqiqətən iddiaçı ilə aralarında telefon alqı-satqısı həyata keçirilmişdir. Telefonların dəyərinin bir hissəsi ödənilib, bir hissəsi isə ödənilməmiş qalıb. Lakin məbləğin tam olaraq nə qədər olduğunu bilmir. İddiaçının tələb etdiyi məbləğlə razıdır. Digər cavabdehlə birlikdə onlardan müştərək qaydada 7000,0 manat pul tutulmasına etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul edərək bildirdi ki, həqiqətən də iddiaçıdan telefon alıb. Ödənilməmiş pulun nə qədər qaldığını dəqiq bilmir. Lakin, tələb olunan məbləği ödəməyə razıdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddianı qəbul etdiklərinə dair ərizələrini məhkəməyə təqdim etdilər. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Xəzər RPİ-in xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-935/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və X3 müştərək qaydada 32756 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 32786 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında alqı-satqı münasibətləri olmuş, sonuncular dəyərini ödəmək şərti ilə iddiaçıdan telefonlar əldə etmişlər. Bundan sonra, əldə edilmiş avadanlıqlarının dəyərinin qaytarılmaması ilə bağlı onlar arasında mübahisə yaranmış, məhkəmə qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilərək cavabdehlər Cavabdeh2 və X3 müştərək qaydada 32756 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 32786 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdehlərdən alınmış digər avadanlıqlara görə pul tələb edir. İş materiallarından da göründüyü kimi, iddia tələbi cavabdehlər Cavabdeh2 və Günay Canıyeva özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2. maddəsində göstərilirki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehlər tərəfindən iddia etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf edərək qəbul etməsi iddianın təmin edilməsi üçün yetərlidir. Buna görə də, cavabdehlərin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 7000,0 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7000,0 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar