Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-7/2024 23.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh İddiaçı oğluna qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İddiaçı oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5827/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh birgə nikahdan olan xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment barədə iddia tələbi üzrə 2(003)-1197/2020 nömrəli mülki iş vardır və iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuş, həmin iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-1197/2020 nömrəli qərardadı ilə mülki iş üzrə tərəflərin barışması üçün 3 (üç) ay müddət müəyyən edilməklə mülki iş üzrə məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında tərəflər hər biri ayrı-ayrılıqda mülki işlərin bir icraatda birləşdirilərək baxılmasına etiraz etmədilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim, həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İddiaçı oğluna qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5827/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh birgə nikahdan olan xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair mülki işlə, məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası əsasında olan mülki işin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiqdir. Belə ki, Ailə qanunvericiliyinin tələblərinə əsasən məhkəmənin nikahı pozarkən həll etməli olduğu məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edilməsidir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən mülki işlər bir icraatda birləşdirlərək baxılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və 2(003)-1197/20020 nömrə ilə qeydə alınmış, İddiaçı cavabdeh İddiaçı oğluna qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5827/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh birgə nikahdan olan xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və 2(003)-1954/20020 nömrə ilə qeydə alınmışdır. Qanunvericiliyin tələblərinə əsasən bir-biri ilə əlaqədar olan işlər ilkin olaraq icraata qəbul etmiş məhkəmə tərəfində baxılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İddiaçı oğluna qarşı alimentin artırılması tələbinə dair 2(003)-1954/20020 nömrə mülki iş, İddiaçı cavabdeh İddiaçı oğluna qarşı nikahın pozulması və aliment tələbinə dair 2(003)-1197/20020 nömrəli mülki işə birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cümaddələrinirəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh İddiaçı oğluna qarşı alimentin artırılması tələbinə dair 2(003)- 1954/20020 nömrə mülki iş, İddiaçı cavabdeh İddiaçı oğluna qarşı nikahın pozulması və aliment tələbinə dair 2(003)-1197/20020 nömrəli mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılsın. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-7/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-7/2024
23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver