Məhkəmə qərarları › İş №2(003)-764/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-764/2024

24.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-764/2024 24.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı Bakı şəhər Probasiya İdarəsinin xeyrinə elektron nəzarət qurğusunun dəyəri 2277,40 manat vəsait tutuması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-173/2021 saylı, 1*.04.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 0* ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası onlara həvalə edilmiş, 18 oktyabr 2022-ci il tarixdə böyük icra məmuru Ə.Fərzəndov məhkumun iştirakı müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmişdir. Elə həmin gün “Attenti” markalı bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerii adapteri, bir ədəd mobil qurğunun enerii toplayıcı kabeli, bir ədəd qolbağ məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsini təhvil verdikdən sonra müəyyən olunmuşdur ki, məhkum ona təhkim olunmuş elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmışdır. Bu barədə cavabdehin ünvanına bildiriş göndərilərək, ona təhkim olunmuş elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yedi manat qırx qəpik) manat pulu təqdim olunmuş müvafiq hesaba ödəmək təklif olunsada bu günə kimi həmin məbləğ müvafiq bank hesabına ödənilməmişdir. Belə olan halda hesab edilmişdir ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnmiş və onlara maddi ziyan dəymişdir. "xxxx" QSC-nin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277,40 manat dəyərində vəsaitin alınıb dövlət büdcəsinə ödənilməsi haqda qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etsə də iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq iş yükünün çoxluğu səbəbi ilə təyin təyin edilmiş iclasların və sonrakı məhkəmə iclaslarının Bakı Şəhər Probasiya İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 173/2021 saylı, 1*.04.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 0* (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi, hökmün icrasına nəzarət Cavabdeh yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1328/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-173/2021 saylı, 1*.04.2021ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh yaşayış yerinin ünvan 1 ünvanından ünvan 2a dəyişdirilməsinə icazə verilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-173/2021 saylı, 1*.04.2021ci tarixli hökmünün icrası məhkum Cavabdeh hazırki qeydiyyatda olduğu və faktiki yaşayış yeri olan Bakı şəhəri üzrə çəkilməsi davam etdirilsin, həmin hökmün icrasına nəzarət məhkumun hazırki yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan sorğuya cavab məktubundan görünür ki,

1. Elektron nəzarət vasitələrinin hissələrini (mobil nəzarət qurğusu, elektron qolbaq, mobil nəzarət qurğusunun kaburası) ayrı-ayrılıqda əldə etmək mümkündürmü? Cavab: Nəzərinizə çatdırmaq istərdim ki, Probasiya Xidmətində istifadədə olan “Attenti“ markalı elektron nəzarət vasitələri (komplekt halda) Ədliyyə Nazirliyi ilə bağlanmış müqavilə əsasında təqdim olunur və Evrodizayn şirkəti olaraq digər fərdi şəxslərə avadanlıqların və yaxud onların hər hansı bir elementinin pərakəndə satış həyata keçirilmir.

2. Elektron nəzarət vasitələrinin hissələrinin (mobil nəzarət qurğusu, elektron qolbaq, mobil nəzarət qurğusunun kaburası) hər birinin ayrı-ayrılıqda qiymətləri nə qədər təşkil edir? Cavab: Əvvəlki sualda qeyd etdiyim kimi, fərdi şəxslərə pərakəndə satış həyata keçirə bilmədiyimizə görə bu barədə məlumat verə bilməyəcəyik. Elektron nəzarət vasitəsinin tam komplektinin və yaxud hər hansı bir elementinin qiyməti haqqında məlumatı Ədliyyə Nazirliyinin Maliyyə - Təminat İdarəsindən əldə edə bilərsiniz.

3. İşlək vəziyyətdə olan elektron nəzarət qurğusunun hissələri “Attenti” markasına məxsus olan digər mobil nəzarət qurğusu ilə birgə işlək vəziyyətə gətirilə bilərmi? Cavab: Texniki nöqteyi-nəzərdən itirilmiş və yaxud sıradan çıxmış mobil nəzarət qurğusunu və yaxud elektron qolbağı eyni markalı müvafiq avadanlıqla əvəz edib, komplekti tamamlayıb, yenidən istifadə etmək mümkündür. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokoldan görünür ki, məhkum Cavabdeh “Attenti” markalı mobil qurğu, mobil qurğunun enerii adapteri, mobil qurğunun enerii toplayıcı kabeli, elektron qolbağ və çanta təhkim olundu. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi və ona yaddaş kitabçası verildi. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh qurğunun dəyəri olan 2277,40 manat ödənilməsi barədə xəbardar edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *2.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdehin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı Bakı şəhər Probasiya İdarəsinin xeyrinə elektron nəzarət vəstəsi olan elektron qolbağın dəyəri 2277,40 manat vəsait tutumalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh iddiaçı Bakı şəhər Probasiya İdarəsinin xeyrinə elektron nəzarət vəstəsi olan elektron qolbağın dəyəri 2277,40 manat vəsait tutusun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar