Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-765/2024 21.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 3336,09 manat əsas borc, 979,19 manat faiz borcunun və ödənilmiş 64,40 manat məbləğində dövlət rüsumunun, ümumi 4379,68 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı BOKT MMC-nin nümayəndəsi B.E.Cəbrayılov iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RBMNT-0254 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 33% olmaqla 48 ay müddətinə 9880 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə digər cavabdeh arasında xx.xx.2021-ci il tarixdə RBMNT-0254 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 xx.xx.2023-cü il tarixə 3336,09 manat əsas borc, 979,19 manat faiz borcu olmaqla, cəmi 4315,28 manat borcu yaranmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazlarının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RBMNT-0254 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank biznesin inkişafı məqsədi ilə 9880 manatı illik 33 faiz olmaqla 48 ay müddətinə kredit alana verməyi, kredit alan isə krediti və faizi ödəniş planına uyğun olaraq təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.1.3-cü bəndinə əsasən bu bəndin müvafiq yarımbəndlərində qeyd edilənlərdən hər hansı biri baş verdikdə Cəmiyyət müqaviləni birtərəfli qaydada ləğv edir və kreditin vaxtından əvvəl ləğv edilməsini tələb edir. İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RBMNT-0254 saylı kredit müqaviləsi üzrə ödəniş qrafikindən müəyyən olunur ki, borcalan xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində hər ay 373,18 manat, xx.xx.2025-ci il tarixdə isə 375,74 manat ödəməyi öhdəsinə götürmüşdür. Kredit verən İddiaçı BOKT MMC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RBMNT-0254 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 məbləği 9880 manat, müddəti 48 ay olan xx.xx.2021-ci il tarixli RBMNT-0254 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 3-cü bəndindən müəyyən olunur ki, bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. İddiaçı BOKT MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2021-ci il tarixli RBMNT-0254 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3336,09 manat, faiz borcuna görə 979,19 manat olmaqla cəmi 4315,28 manat borcu vardır. İddiaçı BOKT MMC-nin cavabdehlərə ünvanladığı pretenziyadan müəyyən olunur ki, borcverən birgə borclulara borc qaytarılmadığı halda borcun tam həcmdə tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 İddiaçı BOKT MMC ilə aralarında bağlanmış kredit müqaviləsi əsasında 9880 manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Digər Cavabdeh2 isə zaminlik müqaviləsi əsasında Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə onun Cəmiyyət qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Qeyd olunan maddələrə əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas, faiz məbləği cavabdehlərdən birgə qaydada tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehlərin müqavilə öhdəliklərini icra etməmələri nəticəsində borcverənə əsas borca görə 3336,09 manat, faiz borcuna görə 979,19 manat faiz borcu yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının birgə borclulardan müştərək qaydada əsas borca görə 3336,09 manat, faiz borcuna görə 979,19 manat tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 3336,09 manat, faiz borcuna görə 979,19 manat və ödənilmiş dövlət rüsumuna görə 64,40 manat məbləğində pul İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-765/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-765/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver