Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-771/2021 28.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd 1600 manat dəyərində olan “Bosch” markalı perforator və 200 manat dəyərində avadanlığı, o olmadıqda isə onun dəyəri, 06.11.2020-ci il tarixdən başlayaraq həmin aləti və onun avadanlığının ödənilməmiş 15 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 1 ədəd 1650 manat dəyərində olan “Bosch GBH 11 DE” markalı perforatorun o olmadığı təqdirdə onun dəyərinin, 06.11.2020-ci il tarixdən 09.12.2020-ci il tarixədək ödənilməmiş hər gün üçün 15 manat olmaqla cəmi 495 manat kirayə haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06.11.2020-ci il tarixdə Cavabdeh 1 ədəd perforator aləti və onun 200 manat dəyərində avadanlığı 1 günlük istifadə etmək məqsədilə 15 manat məbləğində icarəyə vermişdir. Lakin, cavabdeh bu günədək yəni məhkəməyə müraciət etdiyi tarixədək həmin pulu ödəməmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən etiraf edərək, izahatında bildirdi ki, iddiaçıdan kirayə götürdüyü “Bosch GBH 11 DE” markalı perforatoru başqa şəxsə vermişdir. Hazırda həmin şəxsin harada olmasında xəbərdar deyil. İndiki vəziyyətdə kirayə götürdüyü perforatoru naturada qaytarmaq iqtiranda olmadığından həmin perforatorun 1650 manat dəyərini ödəməyə etiraz etmir. Günlük kirayə haqqına gəldikdə isə bildirdi ki, günlük kirayə haqqı olaraq 10 manat miqdarında razılaşdıqlarından həmin məbləğdən hesablanmaqla ödəməyə etiraz etmir. Həmçinin qeyd etdi ki, həmin pulu birdəfəlik ödəyə bilmədiyindən həmin pulun hissə-hissə tutulmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarından görünür ki, Xəzər RPİ-də 20.11.2020-cii l tarixdə izahatı alınmış Cavabdeh bildirmişdir ki, 06.11.2020-ci il tarixdə Səfər kişidən 1 ədəd Bosch markalı perforatoru kirayəyə götürmüşdür. Bu günədək perforatoru qaytramamışdır. Çünki perforatoru Gündüzə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 13.05.06.11.2020-ci il tarixdə razılaşdırılmış icarə haqqını ödəmək barədə öhdəlik götürməklə, 1 ədəd Bosch markalı perforatoru İddiaçı götürmüş lakin, razılaşmanı birtərəfli şəkildə pozmuş və öhdəliyini icra etmədiyinə görə onun 06.11.2020-ci il tarixdən 09.12.2020-ci il tarixədək ödənilməmiş 495 manat icarə haqqı borcu yaranmışdır. Borcun məbləğinin qeyd edilən məbləğdə müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının tərəfindən məhz mülkiyyətində olan alətin günlük 15 manatdan kitarə verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən cavabdehin qəbul etdiyi məbləğdə yəni günlük 10 manatdan kirayə haqqının hesablanması əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 495 manat məbləğində ödənilməmiş icarə haqqının tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh hazırda perforatoru qaytara bilmədiyinə görə onun dəyəri olan 1650 manatı iddiaçıya ödəməlidir. Belə ki, məhkəmə iclasında cavabdeh yazılı etiraf ərizəsi yazmaqla həmin alətin hazırda naturada qaytara bilmədiyindən dəyəri olan 1650 manatı iddiaçıya ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən “Bosch GBH 11 DE” markalı dəlici alətin (perforatorun) dəyəri olan 1650 manat, 06.11.2020-ci il tarixdən 09.12.20201-ci il tarixə kirayə haqqı olaraq 495 manat, ümumilikdə 2145 manat alınaraq İddiaçı ödənilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı tələbi təmin edilsin. Cavabdeh “Bosch GBH 11 DE” markalı dəlici alətin (perforatorun) dəyəri olan 1650 manat, 06.11.2020-ci il tarixdən 09.12.20201-ci il tarixə kirayə haqqı olaraq 495 manat, ümumilikdə 2145 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-771/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-771/2021
28.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver