Məhkəmə qərarları › İş №2(003)-78/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-78/2024

13.03.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-78/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “yaradılmış maneələrin aradan qaldırıması” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində “Xəzərdənizneftdonanma” idarəsinin “Neptun” bağçıbostançılıq yoldaşlıq təsərrüfatı idarə heyətinin 15 saylı protokolu əsasında 99-100 saylı torpaq sahəsi üzərində texniki baxış keçirmək və çöl ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılması və bununla bağlı yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05 noyabr 2010-cu il tarixdə X9 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ona Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində “Xəzərdənizneftdonanma” idarəsinin “Neptun” bağçıbostançılıq yoldaşlıq təsərrüfatı idarə heyətinin 15 saylı protokolu əsasında 99-100 saylı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin bu barədə eskiz lahiyə verilmişdir. Həmin əraziyə texniki baxışın keçrilməsi zamanı məlum olmuşdur ki, ona ayrılmış torpaq sahəsi kənar şəxs tərəfindən zəbt olunmuşdur. Həmin şəxsin cavabdeh Mansurova Natella (X7) olduğu məlum olmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman torpaq sahəsinin bir hissəsinin digər fiziki şəxsin istifadəsində olduğu məlum olmuşdur. Odur ki, torpaq sahəsinə texniki baxış keçirmək və çöl ölçmə işlərinin aparılması üçün idərənin mütəxəsislərinə tam şərait yaradılmamışdır. Cavabdehin qeyri-qanuni hərəkətləri üzündən mülkiyyət hüququna əsas verəcək sənədi əldə edə bilmir, ondan sahiblik, istifadə hüquqlarını tam həyata keçirə bilmir. Daha sonra iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində “Xəzərdənizneftdonanma” idarəsinin “Neptun” bağçıbostançılıq yoldaşlıq təsərefatı idarə heyətinin 15 saylı protokolu əsasında 99-100 saylı torpaq sahəsinin cavabdeh X2 faktiki istifadəsində olan torpaq sahəsi hissəsindən çıxarılaraq həmin hissənin iddiaçıya təhvil verilməsi və Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində “Xəzərdənizneftdonanma” idarəsinin “Neptun” bağçıbostançılıq yoldaşlıq təsərrüfatı idarə heyətinin 15 saylı protokolu əsasında 99-100 saylı torpaq sahəsi üzərində texniki baxış keçirmək və çöl ölçmə işlərinin aparılması üçün idarənin mütəxəsislərinə tam şərait yaradılması və bununla bağlı yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədi və bildirdi ki, mülki iş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi hüquqmüəyyənedici sənədlərinə uyğundur. Ekspertiza müəyyən etmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsinin bir hissəsi ilkin torpaqayırma sənədlərinə əsasən, 99-100 saylı bağ sahəsinə aiddir. Ekspertizanın gəldiyi nəticəni və iş materialarında olan bağçılığın sxeminin təhlili ilə müəyyən edilir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin artıq hissəsi, cavabdeh Mansurova Natellaya alqı-satqı yolu ilə torpaq sahəsini satmış şəxsə, yaxud onun ailə üzvünə məxsusdur. Belə ki, cavabdehə torpaq sahəsini satan şəxsə məxsus olmuş bağ sahəsi sxemdə 90 nömrə ilə qeyd edilərək, sahibi Qəmbərov S. olaraq göstərilmiş, qonşu sahə olan və hal-hazırda iddiaçının faktiki istifadəsində olan 89 saylı bağ sahəsinin sahibi isə Qəmbərov E. kimi qeyd edilmişdir. Ekspertizanın nəticələrindən məlum olur ki, sadəcə olaraq torpaq sahələri naturada yalnış təhvil verilmiş, 100 saylı sahənin yeri 89 saylı bağ sahəsinin sahibinə, 89 saylı bağ sahəsi isə 100 saylı bağ sahəsinin sahibinə verilmişdir. Beləliklə, iddiaçı, iki payda olan torpaq sahəsini istifadəsində saxlayaraq, üçüncü bağ sahəsinə iddia edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələblərinin təmin edilməməsini xahiş etdi və yazılı etirazını məhkəməyə təqdim etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Xəzərdənizneftdonanma” idarəsinin “Neptun” bağçıbostançılıq yoldaşlıq təsərüfatı idarə heyətinin 15 saylı protokolun surətindən görünür ki, İddiaçı 99-100 saylı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan XDND idarəsinin bağçılıq-bostançılıq sahəsində torpaq alanların xx.xx.1998-ci ilə olan siyahısının surətindən görünür ki, kalkulətorşik vəzifəsində işləyən İddiaçı 99-100 saylı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhər Xalq deputatlarının icraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli 9/519 saylı qərarının sürətindən görünür ki, bağçıbostançılıq yoldaşlıq təsərüfatında bağ evlərinin tikilməsi üçün sahələrin ayrılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.1988-ci il tarixli 6/495 saylı aktın sürətindən görünür ki, Əzizbəyov rayonu Türkan qəsəbəsində bağçıbostançılıq yoldaşlıq təsərüfatında 5,95 ha sahəsində bağ evlərinin tikilməsi üçün ayrılmış sahələrin cizgi sxemi çəkilmişdir. İş materiallarında olan xx.xx.1985-ci il tarixli protokldan çıxarışın sürətindən görünür ki, “Xəzərdənizneftdonanma” idarəsinin işçiləri tərəfindən Əzizbəyov rayonu Türkan qəsəbəsində bağçıbostançılıq yoldaşlıq təsərüfatında onlara bağ evlərinin tikilməsi üçün torpaq sahəsinin ayrılması üçün müraciət etmişlər. İş materiallarında olan “Neptun” bağçıbostançılıq yoldaşlıq cəmiyyətinin 2005-ci il tarixli sxemasının sürətindən görünür ki, 99-100 saylı torpaq sahəsi İddiaçı ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, X6 adına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 90 saylı bağ evi 50 saylı notariat ofisinin xüsusi notariusu K.A.Rəhmanov tərəfindən təsdiq edilmiş 4Ə-1194 reyestr nömrəli xx.xx.2020ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, “Xəzərdənizneftdonanma” idarəsinin “Neptun” bağçıbostançılıq yoldaşlıq təsərüfatı idarə heyətinin 15 saylı protokulu əsasında 99-100 saylı torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən istifadə edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5854 saylı rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində “Xəzərdənizneftdonanma” idarəsinin “Neptun bağçıbostançılıq yoldaşlıq təsərrüfatı idarə heyətinin 15 saylı protokolu əsasında İddiaçı ayrılmış 99-100 saylı 1000kv.m torpaq sahəsinin 504kv.m hissəsinin iddiaçı tərəfindən, 496 kv.m hissəsinin isə cavabdeh tərəfindən istifadə olunması müəyyən edilmişdir. İşin halları ondan ibarətdir ki, “Xəzərdənizneftdonanma” idarəsinin “Neptun” bağçıbostançılıq yoldaşlıq təsərüfatı idarə heyətinin 15 saylı protokulu əsasında 99-100 saylı torpaq sahəsi İddiaçı ayrılmışdır. Hazırda faktiki olaraq həmin sahənin bir hissəsi X2 istifadəsindədir və cavabdeh torpaq sahəsi üzərində texniki baxış keçirmək və çöl ölçmə işlərinin aparılmasına maneəçilik törədir və iddiaçı torpaq sahəsinə hüquqmüəyyənedici sənəd ala bilmir. Cavabdeh tərəf mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də, öz etirazını əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, onun bu dəlili məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə ilk növbədə bildirir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdehlər hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli torpağın sahibi olduğundan o, öz mülahizəsinə görə mübahisəli torpağa dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdeh mübahisəli torpaqdan könüllü olaraq çıxmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olduğundan, əmlak hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı bağ sahəsini özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Cavabdehin hal-hazıradək torpaqdan çıxmayaraq və torpaq sahəsi üzərində texniki baxış keçirmək və çöl ölçmə işlərinin aparılması üçün imkan verməyərək iddiaçının hüquqlarını pozmuşdur. Həmçinin iş materiallarında olan ekspert rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində “Xəzərdənizneftdonanma” idarəsinin “Neptun bağçıbostançılıq yoldaşlıq təsərrüfatı idarə heyətinin 15 saylı protokolu əsasında İddiaçı ayrılmış 99-100 saylı 1000kv.m torpaq sahəsinin 504kv.m hissəsinin iddiaçı tərəfindən, 496 kv.m hissəsinin isə cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə qeyd edir ki, hər bir halda qeyd olunan torpağın iddiaçının adına ayrılması işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehin torpağa istifadə hüququ olmadığından, cavabdeh X8 iddiaçıya məxsus Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən Xəzərdənizneftdonanma” idarəsinin “Neptun” bağçıbostançılıq yoldaşlıq təsərüfatı idarə heyətinin 15 saylı protokulu əsasında 99-100 saylı torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçı, həmçinin torpaq sahəsindən istifadə üçün cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması və ona bu maneələrin yaradılması ilə bağlı hərəkətlərin qadağan edilməsini xahiş edir. İşin hallarından göründüyü kimi iddiaçı, mübahisəli bağ evinin mülkiyyətçisi olaraq, öz mülkiyyətindən sərbəst surətdə istifadə edə bilmir, belə ki, cavabdeh tərəfindən iddiaçıya mülkiyyətindən istifadəsinə maneçilik törədilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin olunaraq, cavabdeh X4 “Xəzərdənizneftdonanma” idarəsinin “Neptun” bağçıbostançılıq yoldaşlıq təsərüfatı idarə heyətinin 15 saylı protokulu əsasında 99-100 saylı torpaq sahəsindən istifadə ilə bağlı İddiaçı maneələrin yaradılması qadağan olunmalıdır. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin olunduğundan aparılmış ekspertiza tədqiqatının dəyərindən 50,0 manat pul cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X3, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X8 iddiaçıya məxsus “Xəzərdənizneftdonanma” idarəsinin “Neptun” bağçıbostançılıq yoldaşlıq təsərüfatı idarə heyətinin 15 saylı protokulu əsasında 99-100 saylı torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməli, cavabdeh X4 “Xəzərdənizneftdonanma” idarəsinin “Neptun” bağçıbostançılıq yoldaşlıq təsərüfatı idarə heyətinin 15 saylı protokulu əsasında 99-100 saylı torpaq sahəsi ilə bağlı torpaq sahəsi üzərində texniki baxış keçirmək və çöl ölçmə işlərinin aparılmasında İddiaçı maneələrin yaradılması qadağan olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X8 iddiaçıya məxsus Xəzərdənizneftdonanma” idarəsinin “Neptun” bağçıbostançılıq yoldaşlıq təsərüfatı idarə heyətinin 15 saylı protokulu əsasında 99-100 saylı torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. X4 Xəzərdənizneftdonanma” idarəsinin “Neptun” bağçıbostançılıq yoldaşlıq təsərüfatı idarə heyətinin 15 saylı protokulu əsasında 99-100 saylı torpaq sahəsindən istifadə (bağlı torpaq sahəsi üzərində texniki baxış keçirmək və çöl ölçmə işlərinin aparılması) ilə bağlı İddiaçı maneələrin yaradılması qadağan olunsun. Ekspertiza xərci kimi 50,0 (əlli) manat pul cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X3, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar