Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-782/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdeh, eyni zamanda digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əşyaları ilə birlikdə evdən çıxarılma, qanunsuz olaraq zəbt edilməsi nətiəsində dəymiş zərərin və kommunal xərclərə görə zərərin cavabdehlərindən tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1, Cavabdeh2 Səfərli oğlunun, Cavabdeh3, Cavabdeh4 və onların yetkinlik yaşına çatmayan uşaqları olan X3, X4, X6 ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evindən öz əşyaları ilə birlikdə boşaldılaraq evdən çıxarılmaları, orta aylıq kirayə haqqını 200 manatdan hesablamaqla həmin yaşayış evinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edildiyi andan, yəni 2016-cı ilin sentyabr ayından indiyə kimi 60 ay ərzində itirdiyi mümkün gəlirlərin ümumi məbləği kimi (əldən çıxmış fayda) 12000 manat, cavabdehlər tərəfindən vurulmuş kommunal xərclərə görə zərərin məbləği kimi (qaza görə 1868 manat + işığa görə 1672 manat borc məbləği) 3540 manat, ümumi olaraq 15540 manat məbləğində pulun və 136.62 manat dövlət rüsumunun cavabdehlər tərəfindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi notarial qaydada təsdiq edilmiş AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X18 tərəfindən ona İddiaçı satılmışdır. Həmin müqavilə Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X12 tərəfindən təsdiq edilmişdir. Müqavilə əsasında mülkiyyətinə keçmiş həmin yaşayış evi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli RX ******* nömrəli xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışı əldə etmişdir. Həmin yaşayış evinin texniki pasportu ona təqdim edilmişdir. Yaşayış evi satılan zaman həmin ünvanda qeydiyyatda Əzizə Əhmədova olmuş və o mənzili satdıqdan sonra xx.xx.2016-cı il tarixədək qeydiyyatdan çıxmağı, həmçinin üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin yaşayış evi onun mülkiyyətinə keçdikdən sonra yaşayış evinin əvvəlki mülkiyyətçisinin ailə üzvləri olmayan üçüncü şəxslər onun razılığı olmadan cavabdeh inzibati orqan tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Bu səbəbdən onun razılığı olmadan qanunsuz olaraq onun mülkiyyətində olan yaşayış evinə qeydiyyata düşən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, onların yetkinlik yaşına çatmayan uşaqları olan X7, X8, X9, o cümlədən keçmiş mülkiyyətçi olan X10 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyini Azərbaycan Respublikasın Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsi əsaslı və qanuni olaraq iddia tələbini təmin etmişdir. İş üzrə üçüncü şəxs olan Cavabdeh2 apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-1(112)-2708/2020 saylı qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. İş üzrə üçüncü şəxs Bakı Apelyasiya Məhkəməsinin həmin qərarından kassasiya şikayəti vermiş və AR Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2-1(103)-601/2021 saylı qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. ünvan 2 ünvanında yerləşən yaşayış evini rəsmi qaydada mülkiyyətinə keçirməsinə və adına rəsmiləşdirməsinə baxmayaraq, iş üzrə cavabdehlər və onların yetkinlik yaşına çatmayan uşaqları həmin evdə yaşamağa davam etdiyinə görə xx.xx.2016-cı il tarixindən etibarən həmin evdə faktiki olaraq yaşaması və evə daxil olması mümkün olmamışdır. Belə ki, həmin evi mülkiyyətinə keçirməsinə baxmayaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qanunsuz olaraq mülkiyyətində olan yaşayış evini qəsd edərək mülkiyyət hüquqlarını pozmuş və bu əməllərinə indiyə qədər davam etməkdədirlər. Bütün bunlarla yanaşı həmin şəxslər onun hər hansı bir razılığı olmadan özlərinin yetkinlik yaşına çatmayan uşaqları olan X7, X8, X9 da onu ünvanına qeydiyyata salmışlar. Yuxarıda adı çəkilən şəxslərin nə vaxtdan etibarən ona məxsus yaşayış evinə qeydiyyata alınmaqları barədə məlumatın əldə olunması üçün Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinə müraciət olunmuşdur. Xəzər Rayon Polis İdarəsi xx.xx.2020-ci il tarixli, 055-26339H-3220 nömrəli məktubu ilə həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışları ona təqdim edilmişdir. Həmin məktubdan və qeydiyyat haqqında arayışlardan görünür ki, qeyd olunan şəxslər 2016-cı ilin dekabr ayından etibarən, yetkinlik yaşına çatmayan uşaqları isə 2018-ci ilin mart ayından etibarən onun razılığı olmadan qanunsuz şəkildə mülkiyyətində olan yaşayış evinə qeydiyyata alınmışlar. Yuxarıda adı çəkilən şəxslər yaşayış evini qanunsuz olaraq zəbt etmişdir və evi aldığından bəri həmin evdə yaşaya, istifadə edə, həmçinin evdən hər hansı fayda götürə bilməmişdir. Onların bu qanunsuz hərəkətlərinə görə konstitusion hüquq olan mülkiyyət hüququ kobud surətdə pozulmuş, əmlak üzərində sahiblik etməsi, ondan istifadə etməsi və fayda götürməsi mümkün olmamışdır. 2016-cı ilin sentyabr ayından etibarən iş üzrə cavabdehlərin ona məxsus yaşayış evi barədə qanunsuz hərəkətləri nəticəsində ona çatası bütün mümkün gəlirlərdən, həmin evdən istifadə hüququndan məhrum olmuşdur. Həmçinin həmin şəxslərin qanunsuz hərəkətləri nəticəsində evindən sui-istifadə edilmiş, həmin yaşayış evinə xeyli miqdarda kommunal borcların yığılmasına səbəb olmuşlar. Belə ki, ev barəsində həmin şəxslər tərəfindən qaz sərfıyyatına görə 1868 manat, işıq sərfiyyatına görə 1672 manat və su sərfıyyatına görə borc yazılmışdır. Ona məxsus və cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmiş yaşayış evini faktiki olaraq kirayə və yaxud icarə müqaviləsi əsasında istifadəyə verərək fayda götürə bilərdi. Halbuki, cavabdehlər onu bu hüququndan məhrum etmişlər. Bu səbəbdən, Azərbaycan Respublikasının Konstitusiyasına, müvafiq qanunvericiliyinə və Mülki Məcəlləsinə əsasən hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəyən bütün zərərin əvəzi ödənilməlidir. Belə ki, həmin ərazidə yaşayış evinin kirayə verilməsinin orta aylıq məbləğini 200 manatdan hesabladıqda, ona məxsus sözügedən yaşayış evinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edildiyi andan, yəni 2016-cı ilin sentyabr ayından indiyə kimi 60 ay ərzində itirdiyi mümkün gəlirlər (əldən çıxmış fayda) 12 000 manat məbləğində müəyyən olunur. Həmçinin, ona məxsus yaşayış evi barədə cavabdehlər tərəfindən vurulmuş kommunal xərclərə görə zərərin məbləği (qaza görə 1868 manat + işığa görə 1672 manat borc məbləği) 3540 manat dəyərindədir. Əlavə olaraq, hazırki iddia tələbinə görə müəyyən olunmuş dövlət rüsumunun məbləği 136.62 manat 62 qəpik hesablandığı üçün cavabdehlərdən ümumi tələb olunmalı pul məbləği dövlət rüsumu da əlavə olunmaqla 15 677 manat təşkil edir. Məhkəmədə iclasında cavabdeh, eyni zamanda digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi Cavabdeh2 iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etdi və izahatında bildirdi ki, ünvan 4 saylı evin mülkiyyətçisi onun qardaşı olmuşdur. Qardaşının ölümündən sonra həmin əmlak qardaşının qızı Əzizə Əhmədovaya qalmışdır. O, ailəsi ilə birlikdə 2003-cü ildən yaşamağa başlamış və halhazırda da həmin evdə yaşayırlar. Əzizə Əhmədova onların xəbəri olmadan evi iddiaçıya satmışdır. Cavabdeh3 onun arvadı, digər cavabdehlər isə onun oğlu və qızıdır. Həmçinin bildirmişdir ki, iddiaçı ilə qardaşı qızı Əzizə Əhmədova arasında bağlanmış alğ-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Lakin buna baxmayaraq hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Əlavə olaraq bildirmişdir ki, elektrik enerjisi və qaz sayğacları onun ölmüş qardaşının adınadır. Onlar istifadə etdiyi elektrik enerjisinə və təbii qaza görə yaranmış borcla bağlı hazırda smart kart vasitəsilə etdiyi ödənişlərdən tutmalar aparılır. Yəni yaranmış borclar hissə-hissə olmaqla onun tərəfindən ödənilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə üçüncü şəxslər "xxxx" ASC-nin, "xxxx" ASC-nin və “Azəriqaz” İB-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan X18 (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanılmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında X18 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 90.1 kv/m olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən 0.05 ha torpaq sahəsini 45000 manat müqabilində İddiaçı mülkiyyətinə verilməsinə dair bağlanmışdır. Həmin müqavilənin 8,9 və 11 bəndlərindən görünür ki, satıcı, X18 alıcıya, İddiaçı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüş, daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermiş və daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2016-cı il tarixinədək faktiki sahibliyinə verməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bünyadzadə D. küçəsi 2-ci keçid ev 4 (fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi) X10 adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bünyadzadə D. küçəsi 2-ci keçid ev 4 İddiaçı adınadır. İş materiallarıda olan Bakı şəhər Xəzər rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 6 ünvanına xx.xx.1988-ci təvəllüdlü Cavabdeh1 xx.xx.2016-cı il tarixdə, xx.xx.1946-cı il , təvəllüdlü Cavabdeh2 xx.xx.2016-cı il tarixdə, xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh3 xx.xx.2016-cı il tarixdə, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh4 xx.xx.2016-cı il tarixdə Xəzər RPİ-i tərəfindən xx.xx.2012-ci il təvəllüdlü X3 xx.xx.2018-ci il tarixdə, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2018-ci il tarixdə xx.xx.2014-cü il təvəllüdlü X6 isə xx.xx.2018-ci il tarixdə Səyyar ASAN-1 tərəfindən qeydiyyata alındıqları müəyyən olunmuşdur. Araşdırma zamanı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyata alınma əsaslarını müəyyən etmək mümkün olmamışdır. İş materiallarıda olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh1, Cavabdeh2 Səfərli oğlunun, Cavabdeh3, Cavabdeh4, X10, X3, X4, X6 ünvan 7 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarıda olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, üçüncü şəxs Cavabdeh2 Səfərli oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarıda olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, üçüncü şəxs Cavabdeh2 Səfərli oğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin Xəzər Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini aldığından icra edilməsi üçün polis idarəsinə göndərilmişdir. İş materiallarında olan Daxili işlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 Səfərli oğlu, Cavabdeh3, Cavabdeh4, X18, X13, X14, X17 ünvan 10 ünvanından qeydiyyatdan çıxarılmışlar. İş materiallarıda olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, üçüncü şəxs X5 ünvan 10 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Xəzər rayon polis idarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X2 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X15 qarşı alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin iddiası və İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh1 qarşı 12000 manat kompensasiya verilməklə istifadə hüququna itirilməsi və evdən çıxarılma tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə hesabı Əziz Cavabdeh4 oğlunun adına olan Abunə haqqında çıxarışın surətindən görünür ki, Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, ev 0002 mənzil 0004 ünvanın elektrik enerjisindən istifadəyə görə 1672,95 manat məbləğində borcu mövcüddur. İş materiallarında olan “Azəriqaz” İB tərəfindən verilmiş çıxarışdan görünür ki **********2 smart sayğaclı abonentin ( Əziz Əhmədovun) Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, bina 2 mənzil 4 ünvanında təbii qazdan istifadəyə görə 1868,05 manat məbləğində borcu mövcüddur. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bünyadzadə D. küçəsi 2-ci keçid ev 4 (fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi) Dövlət reyestrindən çıxarışa əsasən X15 məxsus olmuş, alğı-satqı müqaviləsinə əsasən o, həmin əmlakı iddiaçıya satmış və həmin alğı-satqı müqaviləsi əsasında alıcı, İddiaçı qarşısında üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməsi, daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verməsi və daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2016-cı il tarixinədək faktiki sahibliyinə verməsi barədə öhdəliklər götürmüşdür. İş üzrə cavabdehlər 2013-cü il tarixdən hal-hazıradək həmin evdə azyaşlı uşaqlarla birlikdə yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 570.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasən Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, 2-ci keçid, 4 saylı evin mülkiyyətçisi olmuş X18 həmin əmlaka (evə) dair alğı-satqı müqaviləsi əsasında İddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, həmin evi razılaşdırılmış qaydada və müddətdə alıcının, yəni iddiaçının tam mülkiyyətinə verməmişdir. Belə ki, X18 İddiaçı ilə aralarında bağlanmış həmin alğı-satqı müqaviləsi əsasında iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2016-cı il tarixinədək faktiki sahibliyinə verməsi barədə üzərinə öhdəliklər götürməsinə baxmayaraq işin müəyyən edilmiş hallarından görünür ki, iş üzrə cavabdehlər hal-hazırda da satılmış evdə yaşayırlar və alınmış əmlak alıcıya, yəni iddiaçıya təhvil verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsin əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, 2-ci keçid, 4 saylı evin mülkiyyətçisi olmaqla həmin evdən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, iş üzrə cavabdehlər iddiaçının (mülkiyyətçinin) və həmin evin keçmiş mülkiyyətçisi olan X10 ailə üzvü olmamaqla həmin evdən mülkiyyətçinin razılığı olmadan istifadə etmələri (yaşamaları) qanuni hesab edilə bilməz. Belə ki, iş üzrə cavabdehlərin mübahisə predmeti olan evdə yaşamaları, keçmiş mülkiyyətçinin də ailə üzvü olmamaları nəzərə alınmaqla onların həmin evdən istifadə etmək üçün hər hansı bir hüququnun olmasına dəlalət etmir və iddiaçının mülkiyyətçi hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarmaqla, həmin əmlakdan məhrum olunmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülkiyyətində olan və onun razılığı olmadan evdə yaşayan cavabdehlərin azyaşlı uşaqları və əşyaları ilə birlikdə çıxarılması hissəsində iddia tələbi əsaslıdır və iddia tələbi həmin hissədə təmin olunmalıdır. Məhkəmə, iddia tələbinin orta aylıq kirayə haqqını 200 manatdan hesablamaqla həmin yaşayış evinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edildiyi andan, yəni 2016-cı ilin sentyabr ayından indiyə kimi 60 ay ərzində itirdiyi mümkün gəlirlərin ümumi məbləği kimi (əldən çıxmış fayda) 12000 manat, cavabdehlər tərəfindən vurulmuş kommunal xərclərə görə zərərin məbləği kimi (qaza görə 1868 manat + işığa görə 1672 manat borc məbləği) 3540 manat, ümumi olaraq 15540 manat məbləğində pulun tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı, orta aylıq kirayə haqqını 200 manat hesablamaqla 60 ay ərzində itirdiyi gəlirlərin ümumi məbləği kimi 12000 manat məbləğində pul cavabdehlərdən tələb etsə də, bununla bağlı sübutlar (kirayə müqaviləsi və s.) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda elektrik enerjisinin və təbii qazın istifadəsinə görə yaranmış borcların iddiaçıya dəymiş zərər kimi qəbul edilməsini məhkəmə əsassız hesab edir. Belə ki, elektrik enerjisinin və təbii qazın istifadəsinə görə yaranmış borcun mövcüd olması müəyyən edilsə də, həmin borcun tələb hüququ həmin qurumlara aid olmaqla iddiaçı tərəfindən ödənildiyi təqdirdə onun tərəfindən cavabdehlərdən tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 və onların yetkinlik yaşına çatmayan uşaqları olan X13, X14, X17 ünvan 13 ünvanında yerləşən yaşayış evindən öz əşyaları ilə birlikdə çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 136,62 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalan 80,62 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 və onların yetkinlik yaşına çatmayan uşaqları olan X13, X14, X17 ünvan 13 ünvanında yerləşən yaşayış evindən öz əşyaları ilə birlikdə çıxarılsınlar. Ödənilmiş dövlət rüsumuna görə 50 manat cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 80,62 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-782/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-782/2022
17.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver