Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-785/2021 06.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 21R000006616 saylı kredit razılaşması üzrə 10903.22 ABŞ Dolları məbləğində kredit borcu, 14017.35 ABŞ Dolları məbləğində faiz borcu və 8246.06 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 33166 (otuz üç min yüz altmış altı) ABŞ Dolları 63 (altmış üç) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsində dövlət istifadəsində olan 0.02871 ha torpaq sahəsində yerləşən 241.4 m2 ümumi, 54.8 m2 yaşayış, 186.6 m2 yardımçı sahədən ibarət 2 mərtəbəli 2 otaqlı 53 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan “B” tikilisinin açıq hərracdan satılması, 33166 (otuz üç min yüz altmış altı) ABŞ Dolları 63 (altmış üç) sent məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi qaydada tutulması; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsində dövlət istifadəsində olan 0.02871 ha torpaq sahəsində yerləşən 241.4 m2 ümumi, 54.8 m2 yaşayış, 186.6 m2 yardımçı sahədən ibarət 2 mərtəbəli 2 otaqlı 53 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan “B” tikilisinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 ipoteka predmeti olan əmlaka istifadə hüquqlarının itirilməsinə, onların həmin əmlakdan çıxarılmasına, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 21L000001761 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 21R000006616 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 21R000006616S saylı, xx.xx.2015-ci il tarixli 21R000006616SA saylı, xx.xx.2016-cı il tarixli 21R000006616SB saylı, xx.xx.2016-cı il tarixli 21R000006616SC saylı, xx.xx.2017-ci il tarixli 21R000006616SD saylı, xx.xx.2017-ci il tarixli 21R000006616SE saylı, xx.xx.2017-ci il tarixli 21R000006616SF saylı, xx.xx.2017-ci il tarixli 21R000006616SG saylı, xx.xx.2018ci il tarixli 21R000006616SH saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 19096.78 ABŞ Dolları ödəmiş, onun 10903.22 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 581 gün üçün hesablanmış faiz borcu 14017.35 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 581 gün üçün hesablanmış cərimə 8246.06 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən Cavabdeh3 ilə Bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 21M000000213 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 7 saylı xüsusi notariat kontorunun xüsusi notariusu N.Ə.Yədətov tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsində dövlət istifadəsində olan 0.02871 ha torpaq sahəsində yerləşən 241.4 m2 ümumi, 54.8 m2 yaşayış, 186.6 m2 yardımçı sahədən ibarət 2 mərtəbəli 2 otaqlı 53 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan “B” tikilisi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 92 №-li reyestr kitabının 8385 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsində dövlət istifadəsində olan 0.02871 ha torpaq sahəsində yerləşən 241.4 m2 ümumi, 54.8 m2 yaşayış, 186.6 m2 yardımçı sahədən ibarət 2 mərtəbəli 2 otaqlı 53 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan “B” tikilisi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən Cavabdeh3 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Qeyd olunanlara əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 21R000006616 saylı kredit razılaşması üzrə 10903.22 ABŞ Dolları məbləğində kredit borcu, 14017.35 ABŞ Dolları məbləğində faiz borcu və 8246.06 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 33166 (otuz üç min yüz altmış altı) ABŞ Dolları 63 (altmış üç) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsində dövlət istifadəsində olan 0.02871 ha torpaq sahəsində yerləşən 241.4 m2 ümumi, 54.8 m2 yaşayış, 186.6 m2 yardımçı sahədən ibarət 2 mərtəbəli 2 otaqlı 53 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan “B” tikilisinin açıq hərracdan satılması, 33166 (otuz üç min yüz altmış altı) ABŞ Dolları 63 (altmış üç) sent məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi qaydada tutulması; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsində dövlət istifadəsində olan 0.02871 ha torpaq sahəsində yerləşən 241.4 m2 ümumi, 54.8 m2 yaşayış, 186.6 m2 yardımçı sahədən ibarət 2 mərtəbəli 2 otaqlı 53 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan “B” tikilisinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 ipoteka predmeti olan əmlaka istifadə hüquqlarının itirilməsinə, onların həmin əmlakdan çıxarılmasına, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, iş üzrə əsas borca tənasübsüz surətdə yüksək faiz və dəbbə pulu hesablanmışdır. Həmçinin, borc məbləğinin xeyli hissəsinin ödənildiyini nəzərə alaraq, tələbin ipoteka predmetinə yönəldilməsinə ehtiyac yoxdur. Odur ki, iddia tələbi faiz və cərimə hissəsində azaldılmalı, ipotekaya yönəldilməsinə dair hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 digər cavabdehin izahatına uyğun izahat verərək, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 21R000006616 saylı kredit razılaşmasına əsasən, bank cavabdehə aylıq 2.0833 faiz dərəcəsi ilə 30000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli 21R000006616 saylı kredit razılaşması bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh2 arasında xx xxxxxx 2014, Cavabdeh3 arasında xx xxxxxx 2013, Cavabdeh4 arasında xx xxxxxx 2013-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış Kredit xətti müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, tərəflər arasında kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında, həmçinin zaminlik müqavilələrinə dəyişiklik edilməsi haqqında sazişlər bağlanmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC tərəfindən cavabdehlərə bank qarşısında öhdəliklərinin icra edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış Kredit xətti müqaviləsinin 3.1.2. bəndində göstərilir ki, kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısındakı öhdəliyi digər borclular olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zaminliyi ilə təmin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2. maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 digər Cavabdeh1 ilə birgə bank qarşısında məsuliyyət daşıyırlar. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarında olan, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsindən və işdə olan sənədlərdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsində dövlət istifadəsində olan 0.02871 ha torpaq sahəsində yerləşən 241.4 m2 ümumi, 54.8 m2 yaşayış, 186.6 m2 yardımçı sahədən ibarət 2 mərtəbəli 2 otaqlı 53 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan “B” tikilisi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan, daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, həmin evin İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilməsi rəsmi dövlət qeydiyyatına alınmışdır . İş materiallarına əlavə edilmiş bildirişdən, həmçinin işin digər materiallarından görünür ki, Cavabdeh3 borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən iddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.3. maddəsinin tələb etdiyi qaydada tutmanın ipotekaya yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ərizə verilmiş və bildiriş Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 23535 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə, tərəflər arasında ipoteka predmetinin dəyəri barədə mübahisənin olmamasını nəzərə alaraq, əmlakın dəyərinin ipoteka müqavilələrində qeyd olunmuş məbləğ olaraq müəyyən edilməsi qənaətinə gəlir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 21R000006616 saylı kredit razılaşması üzrə 10903.22 ABŞ Dolları məbləğində kredit borcu, 14017.35 ABŞ Dolları məbləğində faiz borcu ödəməlidir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra olunmaması 8246.06 ABŞ dolları cərimənin hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə, işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tətbiq olunmuş cərimənin azaldılaraq 500 ABŞ dolları həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilməlidir. Eyni zamanda, iddia tələbindən görünür ki, cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və ipoteka predmeti olan əmlakdan çıxarılması xahiş olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qanunun tələbindən göründüyü kimi, ipoteka qoyan şəxsin yaşayış sahəsini tərk etməsi tutmanın ipoteka predmetinə yönəlməsi və ipoteka predmetinin satılması ilə şərtləndirilmişdir. Hazırki vəziyyətdə məhkəmə, cavabdehlərin ipoteka predmeti olan əmlakdan çıxarılmasını və istifadə hüquqlarına xitam verilməsini işin hallarına uyğun saymır və hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehlərə aid edilməli və onlardan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı QSC-nin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 10903.22 ABŞ Dolları məbləğində kredit borcu, 14017.35 ABŞ Dolları məbləğində faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 25420.57 ABŞ dolları və 15 manat dövlət rüsumu tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsində dövlət istifadəsində olan 0.02871 ha torpaq sahəsində yerləşən 241.4 m2 ümumi, 54.8 m2 yaşayış, 186.6 m2 yardımçı sahədən ibarət 2 mərtəbəli 2 otaqlı 53 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan “B” tikilisinə yönəldilməli, həmin ev 23535 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ümumilikdə 25420.57 ABŞ dolları məbləğində borc və dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaiti ödənilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı QSC-nin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada id 10903.22 ABŞ Dolları məbləğində kredit borcu, 14017.35 ABŞ Dolları məbləğində faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 25420.57 (iyirmi beş min dörd yüz iyirmi dollar əlli yeddi sent) ABŞ dolları və 15 (on beş) manat dövlət rüsumu tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsində dövlət istifadəsində olan 0.02871 ha torpaq sahəsində yerləşən 241.4 m2 ümumi, 54.8 m2 yaşayış, 186.6 m2 yardımçı sahədən ibarət 2 mərtəbəli 2 otaqlı 53 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan “B” tikilisinə yönəldilsin, həmin əmlak 23535 (iyirmi üç min beş yüz otuz beş) manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 25420.57 (iyirmi beş min dörd yüz iyirmi dollar əlli yeddi sent) ABŞ dolları məbləğində borc və dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti ödənilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-785/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-785/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver