Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-797/2021 20.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Ramil Heydərovun, Cavabdeh1 iştirakı ilə İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1ə və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: “Finca Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən **********639 saylı müqavilə üzrə 1485.54 ABŞ dolları məbləğində əsas borcun, **********2721 saylı müqavilə üzrə 1191.96 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq “Finca Azerbaijan” MM QBKT-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 23.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən illik 23.79 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin eyni tarixdə şəxsi istehlak məqsədləri üçün 23.79 faiz dərəcəsi ilə 24 ay müddətinə 2500 manat kredit verilmişdir. Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ramil Heydərov iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf edərək təmin olunmasına etiraz etmədiyini bildirməklə izahatında bildirdi ki, hazırda maddi vəziyyəti ilə bağlı borcun ödənilməsində çətinlik çəkir vaxt verilsə borcunu ödəyəcəkdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 23.10.2015-ci il tarixli **********6565 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 və Cavabdeh2 arasında kredit alana 24 ay müddətinə, 23.79 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit verilməsi barədə bağlanmışdır. İş materiallarında olan “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında 12.04.2016-cı il tarixdə bağlanmış sazişdən görünür ki, 23.10.2015-ci il tarixli **********6565 saylı kredit müqaviləsi restrukturizasiya olunaraq borcun məbləği 2326 manat müəyyən edilməklə 50 ay müddətinə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 23.10.2015-ci il tarixli **********4793 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 və Cavabdeh2 arasında kredit alana 24 ay müddətinə, 23.79 faiz dərəcəsi ilə 2500 ABŞ dolları məbləğində kredit verilməsi barədə bağlanmışdır. İş materiallarında olan “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında 12.04.2016-cı il tarixdə bağlanmış sazişdən görünür ki, 23.10.2015-ci il tarixli **********4793 saylı kredit müqaviləsi restrukturizasiya olunaraq borcun məbləği 2418 ABŞ dolları müəyyən edilməklə 42 ay müddətinə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Kreditalan məhkəmədə kredit borcunu qəbul etmişdir. Buna görə də iş üzrə mühasibat ekspertizanın keçirilməsinə də zərurət yoxdur. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pulun borcalandan tutulmalıdır. Belə ki, bankın təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, borcalan isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişlər. Məhkəmə iddia tələbinin-borcun digər Cavabdeh2, yəni zaminən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 23.10.2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr 23.10.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliyin müddəti 24 ay müəyyən edilsə də, daha sonra bağlanmış sazişlərdə 50 ay müddətinə müəyyən edilmişdir. Zaminlik müqaviləsində öhdəliyin müddəti kredit müqaviləsində göstərilən öhdəliklər tam həcmdə icra edilənədək qüvvədə olması göstərilmişdir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit müqaviləsində dəqiq göstərilməlidir. Odur ki, borcun Cavabdeh2 tutulasına aid hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 23.10.2015-ci il tarixli **********4793 saylı kredit müqavilə üzrə 1485.54 ABŞ dolları məbləğində borc ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, 23.10.2015-ci il tarixli **********6565 saylı müqavilə üzrə 1191.96 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1dən 23.10.2015-ci il tarixli **********4793 saylı kredit müqavilə üzrə 1485.54 ABŞ dolları məbləğində borc ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, 23.10.2015-ci il tarixli **********6565 saylı müqavilə üzrə 1191.96 manat borc və ödənilmiş 30 manat tutularaq iddiaçı “Finca Azerbaijan” MM QBKT-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-797/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-797/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver