Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-804/2021 24.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı «X4 Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X4 Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15 may 2020-ci il tarixli, 2020/00772 nömrəli kredit müqaviləsinə əsasən 19.11.2020-ci il tarixinə Cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti qarşısında əsas borc üzrə 8 975.00 (səkkiz min doqquz yüz yetmiş beş manat, 00 qəpik), faiz borcu üzrə 1 955.86 (bir min doqquz yüz əlli beş manat, 86 qəpik) və dəbbə pulu üzrə 2 318.00 (iki min üç yüz on səkkiz manat, 00 qəpik), cəmi 13 248.86 (on üç min iki yüz qırx səkkiz manat, 86 qəpik) borcun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməsi, tutmanın girov predmeti olan **-ZT-*** dövlət qeydiyyat nömrəli, 2012-cü il buraxılışlı, Ban nömrəsi 5XXGR4A66EG276526 olan, “KİA OPTİMA” minik markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin yuxarıda göstərilən qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X4 Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 may 2020-ci il tarixli, 2020/00772 nömrəli kredit müqaviləsinə“ əsasən Cavabdeh “KİA OPTİMA” minik markalı avtomobilin alınması məqsədi ilə "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 12 (on iki) ay müddətinə illik 32% olmaqla 9 500 (doqquz min beş yüz manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan **-ZT-*** dövlət qeydiyyat nömrəli, 2013-cü il buraxılışlı, Ban nömrəsi 5XXGR4A66EG276526 olan, “KİA OPTİMA” minik markalı avtomobil ipoteka predmeti kimi BOKT-a təqdim edilmiş və bu barədə 15 may 2020-ci il tarixli, 2020/00772G nömrəli girov müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdehlər tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 may 2020-ci il tarixli, 1İ)5W00772 nömrəli kredit müqaviləsinə əsasən 19.11.2020-ci il tarixinə Cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti qarşısında əsas borc üzrə 8 975.00 (səkkiz min doqquz yüz yetmiş beş manat, 00 qəpik), faiz borcu üzrə 1 955.86 (bir min doqquz yüz əlli beş manat, 86 qəpik) və dəbbə pulu üzrə 2 318.00 (iki min üç yüz on səkkiz manat, 00 qəpik), cəmi 13 248.86 (on üç min iki yüz qırx səkkiz manat, 86 qəpik) borc öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən, Cavabdeh 15 may 2020-ci il tarixli, 2020/00772 nömrəli kredit müqaviləsinə əsasən 19.11.2020-ci il tarixinə Cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti qarşısında əsas borc üzrə 8 975.00 (səkkiz min doqquz yüz yetmiş beş manat, 00 qəpik), faiz borcu üzrə 1 955.86 (bir min doqquz yüz əlli beş manat, 86 qəpik) və dəbbə pulu üzrə 2 318.00 (iki min üç yüz on səkkiz manat, 00 qəpik), cəmi 13 248.86 (on üç min iki yüz qırx səkkiz manat, 86 qəpik) borcun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməsi, tutmanın girov predmeti olan **-ZT-*** dövlət qeydiyyat nömrəli, 2012-cü il buraxılışlı, Ban nömrəsi 5XXGR4A66EG276526 olan, “KİA OPTİMA” minik markalı avtomobil yönəldilməsi, həmin avtomobilin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin yuxarıda göstərilən qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə arasında bağlanmış 15 may 2020ci il tarixli, 2020/00772 nömrəli kredit müqaviləsinə“ əsasən ona “KİA OPTİMA” minik markalı avtomobilin alınması məqsədi ilə "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 12 (on iki) ay müddətinə illik 32% olmaqla 9 500 (doqquz min beş yüz manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan **-ZT-*** dövlət qeydiyyat nömrəli, 2013-cü il buraxılışlı, Ban nömrəsi 5XXGR4A66EG276526 olan, “KİA OPTİMA” minik markalı avtomobil ipoteka predmeti kimi BOKT-a təqdim edilmiş və bu barədə 15 may 2020-ci il tarixli, 2020/00772G nömrəli girov müqaviləsi bağlanmışdır. Maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Əsas borcdan ödənişlər etmişdir, ödənişlər çıxılmaqla qalan borc ilə razıdır, lakin faiz və cərimə məbləği ilə razı deyil. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında 15 may 2020 il tarixdə 2020/00772 №-li istehlak krediti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sonuncuya istehlak məqsədilə illik 32 % hesabı ilə 12 ay müddətinə 9500 manat məbləğində kredit verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında 15 may 2020 il tarixdə 2020/00772 №-li istehlak krediti müqaviləsi bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və iş materiallarında olan 27.11.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya olan əsas borcu 8975 manat, faiz borcu 1955.86 manat və cərimə 2318 manat olmaqla, cəmi borc 13248.86 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3. maddəsinin tələbinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Kredit müqaviləsinin 3.1. bəndindən görünür ki, bu müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə Cavabdeh məxsus KİA Optima minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil (tip: Sedan, buraxılış ili: 2013, ban: 5XXGR4A66EG276526, rəngi:ağ mirvari) ipoteka qoyulmuşdur. İş materiallarında olan, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 may 2020-ci il tarixli ipoteka müqaviləsindən və işdə olan sənədlərdən görünür ki, Cavabdeh mülkiyyətində olan KİA Optima minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil (tip: Sedan, buraxılış ili: 2013, ban: 5XXGR4A66EG276526, rəngi:ağ mirvari) "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan, İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 140954 №-li 15 may 2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, həmin avtomobilin "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilməsi rəsmi dövlət qeydiyyatına alınmışdır . İş materiallarına əlavə edilmiş bildirişdən, həmçinin işin digər materiallarından görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən iddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.3. maddəsinin tələb etdiyi qaydada tutmanın ipotekaya yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ərizə verilmiş və bildiriş Azərbaycan Respublikası DİN BDYPİ-də qeydə alınmışdır. İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 19.500 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan məhkəmə tərəfindən qiymətləndirməni aparması həvalə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilən H/01-PLS №-li 05 iyul 2021-ci il tarixli rəydə, KİA Optima minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyərinin 14500 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə, əmlakın dəyərini müəyyən etmiş birliyin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, əmlakın dəyəri barədəki rəylə razılaşır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdehnın iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməmiş 8975 manat əsas və 1955.86 manat faiz borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra olunmaması 2318 manat məbləğində cərimənin hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə, işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tətbiq olunmuş cərimənin azaldılaraq 200 manat həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 168 manatı cavabdehdən, 32 manat məbləği iddiaçıdan tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə 8975 manat əsas borc, 1955.86 manat faiz borcu, 200 manat cərimə, cəmi 11130.86 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaiti tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan KİA Optima minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə (tip: Sedan, buraxılış ili: 2013, ban: 5XXGR4A66EG276526, rəngi:ağ mirvari) yönəldilməli, həmin avtomobil 14500 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ümumilikdə 11130.86 manat məbləğində borc və dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaiti ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə, Cavabdeh 8975 manat əsas borc, 1955.86 manat faiz borcu, 200 manat cərimə, cəmi 11130.86 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan KİA Optima minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə (tip: Sedan, buraxılış ili: 2013, ban: 5XXGR4A66EG276526, rəngi:ağ mirvari) yönəldilsin, həmin ev 14500 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ümumilikdə 11130.86 manat məbləğində borc və dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin 168 manat məbləği Cavabdeh, 32 manat məbləği iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına (Adı: "xxxx" MMC, VÖENİ: **********, hesablaşma hesabı: “Unibank” KB-nin 11 saylı Dərnəgül filialı, filialın kodu: 502058, SWİFT kodu: UBAZAZ22, H/h: AZ46NABZ********************) ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-804/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-804/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver