Məhkəmə qərarları › İş №2(003)-809/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-809/2022

25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-809/2022 25.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Raqif qızı, Cavabdeh4 qızına qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehvərəsələr Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Raqif qızı, Cavabdeh4 qızından 458,32 manat əsas, 4,74 manat faiz, cəmi 463,06 manat və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə borclu X4 arasında bağlanmış 01.03.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 12 ay müddətinə illik 23% ödəmək şərtilə 500 manat məbləğində kredit limiti verilmişdir. Borclu-mərhum X2 vəfat etdiyi müəyyən olunduğundan tərəfimizdən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı Notariat ofisinə məktubla müraciət olunmuşdur. Bakı şəhəri 7 saylı Notariat ofisinin cavab məktubu ilə X2 vəfat etməsi ilə əlaqədar cavabdehvərəsələr Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Raqif qızının və Cavabdeh4 ərizəsi əsasında onlara vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borclu-mərhum X2 hüquqi varisi kimi vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsələr Cavabdeh1 Raqif qızının, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müəyyən olunması anlamına gəlir. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə 07.01.2022-ci il tarixinə "xxxx" KB ASC-yə 458,32 AZN əsas, 4,74 AZN faiz, cəmi 463,06 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01.03.2019-cu il tarixli, 611sMDK/19 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" KB ASC ilə X4 arasında 120 ay müddətinə, illik faiz dərəcəsi 35 faizədək olmaq şərtilə 20.000 manat məbləğədək kreditin verilməsi barədə bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X2 07.01.2022-ci il tarixə "xxxx" KB ASC-yə 458,32 manat əsas, 4,74 manat faiz borcu, cəmi 463,06 manat məbləğində borcu vardır. İş materiallarında olan 11.09.2019-cu il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC borclu X3 borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə borcun 3 iş günü müddətində ödənişin təmin edilməsi barədə xəbərdar etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətinədən görünür ki, borclu X4 14.04.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin cavab məktubundan görünür ki, 29.04.2019-cu il tarixdə mərhumun varisləri olan arvadı Cavabdeh1, övladları Cavabdeh2, Cavabdeh3 Raqif qızı və Cavabdeh4 vərəsəlik işinin açılması ilə əlaqədər notariat ofisinə müraciət etmişdirlər. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14.04.2019-cu il tarixdə ölmüş X2 vərəsəsi arvadı Cavabdeh1, övladları Cavabdeh2, Cavabdeh3 Raqif qızı və Cavabdeh4 miras əmlakdan ¼ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak- Azrəbaycan Respublikası "xxxx" QSC-nin X1 Baş İdarəsinin 12/2702 saylı 10.05.2019-cu il tarixli məktubuna əsasən mərhum X2 əmək haqqı üzrə axrıncı haqq-hesabı 2417.71 manatdan ibarətdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh-vərəsələr borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739, 1306, 1309-cu maddələrinin göstərişinə əsaslanaraq, məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh-vərəsələrdən Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4 qızından 458,32 manat əsas, 4,74 manat faiz borcu olmaqla, cəmi 463,06 manat, həmçinin ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh-vərəsələrdən Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4 01.03.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 458,32 manat əsas, 4,74 manat faiz borcu olmaqla, cəmi 463,06 (dörd yüz altımış üç manat altı qəpik) manat məbləğində borc və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik ) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar