Məhkəmə qərarları › İş №2(003)-809/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-809/2023

02.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-809/2023 02.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı «pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı «pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə ona məxsus Ford-Fusion markalı **-XG-*** dövlət nömrə nişanlı mavtomobili ilə Pirallahı yolu ilə üzü Qala istiqamətində hərəkətdə olarkən Şüvəlan qəsəbəsi, Türkan dördyolu istiqamətindən hərəkətdə olan yolayrıcında yolayrıcının keçmə qaydasını pozan Kamaz markalı, **-GP- *** dövlət nömrə nişanlı avtomaşın onun maşınının ön sol tərəfini vuraraq toqquşma hadisəsi törətmişdir. Hadisə yerinə gələn DYP əməkdaşlarının apardığı araşdırmadan məlum olmuşdur ki, cavabdehin nəqliyyat vasitəsi sığortalı deyildir. Cavabdehə Azərbaycan Respublikası İXM-nin 327.2-cti maddələri ilə İXP 51 15595 nömrəli protokol tərtib edilmişdir. Sonradan həmin protokol əsasında TP ******* nömrəli qərar qəbul edilmiş və qərara əsasn cavabdeh 60 manat məbləğində cərimə edilmişdir. O, ona dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı “Nurgün Motors”a müraciət etmiş və onun nəqliyyat vasitəsinə dəyən ziyan, dəyişdirilməli olan ehtiyyat hissələrinə görə 1585 manat, işçilik haqqına 1260 manat ümumilikdə 2845 manat müəyyənləşdirilmişdir. Hadisə baş verdiyi zaman cavabdeh özünün usta olduğunu bildirdi və maşını təmir etdirəcəyini dedi, iddiaçı da razılaşmiş və birlikdə onun göstərdiyi ustanın yanına getmişdir. İlkin olaraq iki min manat ödəyəcəyinə söz versə də. sonradan ustanın xərci iki min manatdan çox olduğunu deyəndə cavabdeh “mənim pulum yoxdur, heç nə ödəyə bilmərəm” deyə ziyanı ödəməkdən boyun qaçırmışdır. Hətta iddiaçı bildirmişdir ki, ziyandan özü 500 manatı ödəsin və qalanını da cavabdeh ödəsin, cavabdeh bununla da razılaşmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı cavabdeh X1 ona vurduğu ziyana görə 2845 manat, vəkil xidmətinə görə 100 manat və 50 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, həqiqətən qeyd olunan avtomobilə ziyan onun tərəfində vurulmuşdur, ekspert rəyi ilə müəyyən edilmiş ziyanın məbləği ilə razıdır. İddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir Belə ki, iş materiallarında olan “NURGUN MOTORS” servisin xx.xx.2022-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Ford-Fusion” markalı **-XG-*** dövlət nömrə nişanlı ağ rəngli 2015-ci il buraxılışlı şassi №:3FA6P0K96GR226500 olan avtomobilə texniki baxış keçirilən zaman müəyyən edilmiş qüsurlar və ehtiyyat hissələrinin dəyişilməsi üzrə yekun məbləğ 2845 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında Protokolun əsasında tərtib olunmuş TP ******* saylı qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 18:27-də Qala-Pirallahı yolu ərazisində X4 idarə etdiyi “KAMAZ 53212 YÜK” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən törətdiyi yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 60 manat cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1/7165 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, X4 hadisə baş verən zaman “ayıq” olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 043284 saylı nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışdan görünür ki, Qala-Pirallahı yolu ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Ford-Fusion” markalı **-XG-*** dövlət nömrə nişanlı avtomobilin sol qanad hissəsi, kopot, baçper və digər yerlərinə zərər dəymişdir. İş materiallarında olan X2 xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, cavabdeh Xudverdi Qəhramanov idarə etdiyi “Kamaz Yük” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şüvəlan qəsəbəsində üzü Türkan dörd yol ayrıcını keçmə qaydasını pozduğunu, Pirallahı yolundan üzü Qala istiqamətinə hərəkət edən “Ford Fusion” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu etiraf etmişdir. İş materiallarında olan yol–nəqliyyat hadisəsinin sxemindən və əlavə olunmuş fotoşəkillərdən görünür ki, “Ford Fusion” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil sol qanad hissəsindən zədə almışdır. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, 10 GP784 dövlət qeydiyyat nişanlı, Kamaz 53212 markalı yük avtomobilinin sahibini təmsil edən X7 xx.xx.2022-cı il tarixdə həmin avtomobilin idarə edilməsi üçün Cavabdeh xx.xx.2025-ci il tarixə kimi qüvvədə olan etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfində Bakı şəhər 8 saylı hüquq məsləhətxanasına 100,0 manat ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2228 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Nurgün” motors tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Ford Fusion” markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2290,0 manat müəyyən edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiasının əsası kimi istinad etdiyi “Ford Fusion” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin X4 tərəfindən 10 GP784 dövlət qeydiyyat nişanlı, Kamaz 53212 markalı yük avtomobili ilə vurulması və bunun nəticəsində göstərilən avtomobilə zərər dəyməsi işin materialları ilə sübut olunur. Hadisənin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat hadisəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunan “Ford Fusion” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh X4 tərəfindən 10 GP784 dövlət qeydiyyat nişanlı, Kamaz 53212 markalı yük avtomobil idarə edilən zaman məhz onun tərəfindən vurulduğundan vurulmuş ziyan cavabdeh X1 alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) yalnız cavabdeh X4 tərəfindən törədildiyindən vurulmuş ziyan yalnız cavabdeh X1 alınaraq İddiaçı ödənilməlidir. Lakin iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, məhkəmə hesab edir ki, həcminə görə qismən əsaslıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, “Ford Fusion” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 2290,0 manat müəyyən olunmuşdur. Məhkəmə, rəyi vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin 2290,0 manat olduğunu işin hallarına uyğun sayır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh X4 tərəfindən törədildiyindən, iddia qismən təmin edilərək, cavabdeh X1 2290,0 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 50,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 10,0 manatı məbləği iddiaçının özünə aid edilməli, 40,0 manat məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbinin iddiaçı tərəfindən 100 manat məbləğində vəkilə ödədiyi xərcin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunvericiliyin tələbindən göründyü kimi, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Lakin hazır ki, mülki iş üzrə iddaçı göstərilən hüquqi yardımla bağlı 100,0 manat ödəniş etməsinə dair iş materiallarına qəbz əlavə etsədə həmin qəbzdən həmin ödənişin nə səbəb görə ödənilməsini müəyyən etmək mükün deyildir. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən aydın olur ki, keçirilmiş ekspertiza üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50,0 manat məbləğində pulun 40,0 manatı cavabdehdən, 10,0 manatı iddiaçıdan alınaraq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 2290,0 manat dəymiş ziyan, 40,0 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 2330,0 manat pul tutularaq İddiaçı ödənilməli, ödənilmiş rüsumun 10,0 manatı iddiaçının özünə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 2290,0 manat dəymiş ziyan, 40,0 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2330,0 manat tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 10,0 manat hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50,0 manatın 40,0 manatı cavabdeh X1, 10,0 manatı İddiaçı alınaraq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar