Məhkəmə qərarları › İş №2(003)-81/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-81/2025

13.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-81/2025 13.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və digər Cavabdeh1 Adgözəl oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Adgözəl oğluna qarşı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Adgözəl oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Adgözəl oğlundan cəmi 37000,0 manat məbləğində pul vəsaitinin və məhkəməyə ödədiyi dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlər ata və bala onu aldadaraq pullarını mənimsəyiblər. Adı çəkilən şəxslər onun etibarından sui istifadə edərək ondan borc pul almış və bu günə kimi qeri qaytarmayırlar. Cavabdeh1 Adiğözəl oğlu **- SS-*** wolsvagen passat markali maşınının lizingini ödəmək üçün ondan 3000(üç min) manat pul almış öz lizing kreditini ödəmiş, aldığı pulu geri qaytaracağını vəd etsədə bu günə kimi qaytarmamışdır. Qala qəsəbəsindəki 60000 (altmış min) manata olan evini 25000( iyirmi beş min) manata sataraq pulu mənimsəmişdir. Həmin evin pulunu almadıqları üçün ev onlardadır və evin pulunu aldığı insanlar Salmanov Vüqar və yoldaşı deyirki, pulu Cavabdeh1 verdiklərinə dair səs yazma mövcüddur. M.İlkinin doğma əmisi X3 da pulun onlarda olduğunu və pulu qaytaracağını deyir( səs yazısı var). M.İlkin saxta sənəd ilə ona 7000 manata torpağ satmış, lakin həmin torpağ İlkinin yox Dövlətin olduğu məlum olanda pulunu İlkindən geri istəsə də pulunu qaytarmır. (yeddi min manatı aldığına dair səs yazısı var.) M.İlkinin qızı dəfələrlə ondan borc pul almış 100 manat, 200 manat və ad gün etmək üçün 1700(min yeddiyuz) manat pul almış Lakin qaytarmamışdır. Bu haqda Xəzər RPİ-nin 1 ci şöbəsinə şikayyət etmişdir və cavabında ona məhkəməyə müraciət edilməsi məsləhət görülüb. Bütün səs yazılarını və Polis şöbəsindən olan qərarları təqdim edir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq iddiaçı izahatında bildirdi ki, ona 37.000 manat ziyan dəymişdir. Həmin məbləğdən 8800 manatı cavabdeh cinayət işinin başlanmasının rədd qərarında da qeyd olunduğu kimi etiraf etmişdir, digər 9500 manatı o, məhkəməyə ünvanladığı ərizədə etiraf etmişdir. 2205 manat onun kartına köçürülmüş və bununla bağlı da qəbzlər var. Məbləğin qalan hissəsi ilə bağlı sübut yoxdur. Cavabdeh ondan 7000,0 manat pul alıb sənədsiz torpaq üçün sonradan bilindi ki, torpaq dövlətə aiddir. 25000,0 manatı cavabdehə ev tikməsi üçün verib, amma o, evi tikməyib, iddiaçı sonradan maşının satıb həmin evi tikdirib. 5000,0 manat puldan 3300,0 manatını lizingə ödəyib, 1700,0 manatı isə hissəhissə Cavabdeh2 göndərib. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və digər Cavabdeh1 Adgözəl oğlu iddianı qismən etiraf etdi və bildirdi ki, o, 25000,0 manat pul götürməyib, 6000,0 manatı və maşına ödənilmiş 3300,0 manat pulu etiraf edir və eyni oxşar məzmunlu ərizəsini də daha əvvəl məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü tarixli və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1-də 3784 sayla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1-4176 sayla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı məxsus əmlakı məhv edərək maddi ziyan vurmuş Cavabdeh1 Adgözəl oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. “cinayət işinin icraatına xitam verilməsi” haqqında xx.xx.2023-cü tarixli və xx.xx.2023cü tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərarda həmçinin görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh1 Adgözəl oğlu ifadəsində göstərmişdir ki, İddiaçı və onun oğlu Səidlə birlikdə Xəzər rayonu Zirə qəsəbəsi Qoşa Qışlaq yaşayış sahəsində yerləşən ona məxsus evdə bir müddət qeyri-rəsmi ər-arvad münasibətində yaşamışdır. Bir müddət sonra Nurla yaşadıqları evin yaxınlığında yerləşən tanışı X1 məxsus torpaq sahəsini alıb orada ev tikmək qərarına gəlmişlər. X2 14 iyul 2022-ci il tarixdə İddiaçı adına etibarnamə verməklə həmin torpaq sahəsini ona vermişdir. Bundan sonra onlar həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirməyə başlamışlar. Həmin evin tikintisinə cəmi 13000 manat pul xərclənmiş və bu xərcin də cəmi 4200 manatı İddiaçı tərəfindən çəkilmişdir. Qalan 8700 manat pulu isə o, xərcləmişdir. Bundan başqa İddiaçı onun lizinqdə olan avtomobilinə olan 3300 manat borcunu könüllü olaraq ödəmişdir. Bundan başqa Nur tərəfindən lombarda 1300 manat pul da ödənilmişdir. Qəbzlərin sürətindən görünür ki, 409809******0414 saylı kart hesabından 416973******8655 saylı kart hesabına (Cavabdeh2 aid) 100,0 manat, 416973******8591 və 416973******6120 saylı kart hesabına (Cavabdeh1 aid) 50,0 manat, 60,0 manat, 60,0 manat və 231,0 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. "xxxx"ASC tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, İddiaçı (FİN: xxxxxxx) məxsus 40980978x0414 nömrəli kartdan xx.xx.2022-ci il tarixində, saat 13:08-də 231 manat, xx.xx.2022-ci il tarixində, saat 21:29-da və saat 21:34də ayrı ayrılıqda 60 manat vəsait "xxxx" ASC-yə məxsus 4169737”96120 nömrəli karta və xx.xx.2022-ci il tarixində, saat 23:57-də 100 manat vəsait isə "xxxx" ASC-yə məxsus 4169737“ 558655 nömrəli karta köçürülmüşdür. Həmin əməliyyatlar barədə məlumatlar disk daşıyıcıda təqdim edilmişdir. Birbank tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, 416973******6120 saylı kart hesabına (Cavabdeh1 aid), 60,0 manat, 60,0 manat və 231,0 manat, 416973******8655 saylı kart hesabına (Cavabdeh2 aid) 100,0 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, tələb edilən pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borca iddiaçıdan pul almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən pulu məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu tam ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması, tərəflərin izahatlarından və toplanmış sübutlardan müəyyən edilmişdir ki, İddiaçı iddia tələbində 37000,0 manatın cavabdehlərdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh həm məhkəmə iclasında həm də iş materiallarında olan “cinayət işinin icraatına xitam verilməsi” haqqında xx.xx.2023-cü tarixli və xx.xx.2023cü tarixli qərarından göründüyü kimi, 9300,0 manat (3300 manat lizinq ödənişi, 4200 manat evin tikintisi üçün, 1300 manat lombard ödənişi və digər) məbləğində borcu etiraf etdi. Göründüyü kimi Cavabdeh1 Adgözəl oğlu məhkəmə iclasında iddiaçının ona 9300,0 manat məbləğində pul vəsaitini verməsini, hazırda idiaçıya 9300,0 manat borcu olmasını etiraf etmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Cavabdeh1 Adgözəl oğlu tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Bundan başqa məhkəmə sorğusu ilə əldə olunan "xxxx" ASC və Birbank plastik kart hesablarından vəsaitlərin mədaxilinə dair çıxarışlardan görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 kart hesablarına ayrı-ayrı vaxtlarda 60,0 manat, 50,0 manat, 60,0 manat və 231,0 manat məbləğində, digər Cavabdeh2 kart hesabına isə 100,0 manat məbləğində pul köçürmələri olmuşdur. Beləliklə, məhkəmə iddiaçının həmin məbləğin geri qaytarılmasını tələb etməsini ədalətli hesab edir və hesab edir ki, müvafiq olaraq həmin məbləğ cavabdehlərdən tutularaq iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə həmçinin iddia tələbinin 25000,0 manat məbləğinin iddiaçıya qaytarılması hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə prosesində tərəflərdən hər birinin iddia və ya etirazlarını əsaslandırmaq üçün sübut təqdim etmə vəzifəsidir. Bu prinsip Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit olunmuşdur: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsaslandırılması üçün sübutlar təqdim etməlidir. Bu qayda mülki hüquq sahəsində əsas prinsiplərdən biri olub, məhkəmənin obyektiv və ədalətli qərar çıxarmasına xidmət edir. Sübutetmə yükünün bölüşdürülməsi dedikdə, iddiaçı və cavabdehin məhkəməyə təqdim etməli olduğu sübutların dairəsi nəzərdə tutulur. Məhkəmə öz təşəbbüsü ilə sübut toplamaq hüququna malik deyil (istisna halları çıxmaq şərtilə), tərəflərin təqdim etdiyi sübutlarla kifayətlənir. İddiaçı məhkəməyə təqdim etdiyi iddianın əsaslı olduğunu sübut etməlidir. Hazırda iddiaçı borc pulunun qaytarılmasını tələb edirsə, o, məhkəməyə borcun verildiyini təsdiq edən müqavilə, qəbz, bank köçürməsi və ya şahid ifadələri kimi sübutlar təqdim etməlidir. Əgər iddiaçı zərərin ödənilməsini tələb edirsə, o, zərərin dəyməsini, onun məbləğini və cavabdehin bu zərərə görə məsuliyyətini təsdiqləməlidir. Sübutetmə yükü məhkəmə prosesində ədalət və hüquqi müəyyənlik prinsipini təmin edir. Əgər iddiaçı öz tələbini sübut edə bilmirsə, məhkəmə onun iddiasını əsassız hesab edir. Bu, hüquqi dövlətin əsas prinsiplərindən biridir və mülki prosessual hüququn əsas təməl qaydasıdır. Məhkəmə həmçinin iddianın 201,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 201,0 manat dövlət rüsumu iddianın təmin edilmiş hissəsində, yəni 55,0 manat məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 100,0 manat, Cavabdeh1 Adgözəl oğlundan 9701,0 manat pul vəsaiti və ödənilmiş 55,0 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 100,0 manat, Cavabdeh1 Adgözəl oğlundan 9701,0 manat pul vəsaiti və 55,0 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 201,0 manat məbləğində dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar