Məhkəmə qərarları › İş №2(003)-811/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-811/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-811/2022 21.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərvərəsələr Cavabdeh1 və Cavabdeh2 1566,94 manat əsas, 31,75 manat faiz, cəmi 1598,69 manat məbləğində borc və 36,39 məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə X2 arasında bağlanmış xx.xx.2019-cü il tarixli kredit xətti müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 84 ay müddətinə illik 29% ödəmək şərtilə 1566,94 manat məbləğində kredit verilmişdir. X2 vəfat etdiyi müəyyən olunduğundan ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıbaçılmaması haqqında məlumat verilməsi ilə bağlı Bakı şəhəri 25 saylı Notariat ofisinə olunmuş müraciətə verilmiş cavabdehdən onun vərəsəli Cavabdeh1 və Cavabdeh2 olduğu və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə "xxxx" KB ASC-yə 1566,94 manat əsas, 31,75 manat faiz, cəmi 1598,69 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, Cavabdeh1 göndərilmiş zərfin üzərində “ölüb” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 21737sBKX/19 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" KB ASC ilə X2 arasında 84 ay müddətinə illik 29 faiz ödəmək şərtilə 10000 manat məbləğində kredit limitinin ayrılması haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X1 xx.xx.2022-ci il tarixinə "xxxx" KB ASC-yə 1566,94 manat əsas, 31,75 manat faiz, cəmi 1598,69 manat məbləğində borcu vardır. İş materiallarında olan AZ-İİ 109116 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ünvan ünvanlanan məktubundan görünür ki, notariat ofisində X1 adına vərəsəlik işi açılmış və onun vərəsələri Cavabdeh1 və Cavabdeh2dır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh2 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. İşin müəyyən edilmiş halından görünür ki, iş üzrə fiziki şəxs olan Cavabdeh1 xx.xx.2021-ci il tarixdə, yəni iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməmişdən əvvəl ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Qeyd olunan qanunvericiliklərin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh1 ölmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində fiziki və hüquqi şəxslər çıxış edə bilər ki, iddiaçı hazırki halda hüquq qabiliyyəti olmayan ölmüş fiziki şəxsə qarşı iddia qaldırdığından və Cavabdeh1 iş üzrə cavabdeh hesab edilmədiyindən bu iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Buna görə də, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 170.1, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi barədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar