Məhkəmə qərarları › İş №2(003)-830/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-830/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-830/2021 31.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçılar İddiaçı və X1 Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehdən 496.82 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı İddiaçı Mülki Prosessual Məcəllənin 3-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 iddiaçı kimi işə qoşulması, cavabdehdən İddiaçı xeyrinə 262.69 manat və X1 xeyrinə 234.13 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o özü daxil olmaqla 1 nəfər ailə üzvü ilə birlikdə Türkiyənin İstanbul şəhərinə 23 may - xx xxx 2020-ci il tarixlərdə təyyarə ilə getmək üçün 496.82 manat məbləğində biletin qiymətini nəğd ödəniş şəklində, elektron qaydada ödəniş kimi xx xxxxxx 2019-cu il tarixdə cavabdehə ödəniş etmiş və bu barədə cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixdə **********624 və **********623 nömrəli biletlər elektron qaydada ona verilmişdir. Bununla bağlı pandemiya səbəbindən əvvəlcədən razılaşdırılmış tarixdə uçuş baş tutmamışdır. İddiaçı və yoldaşının işi ilə əlaqədar hər ikisinin iş yerindən əvvəlcədən planlaşdırılmış məzuniyyət günlərindən artıq istifadə etdikləri üçün bundan sonra onların həmin turdan istifadə etməkləri qeyri-mümkündür və maraqlarında deyil. İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərək, baş tutmayan uçuşa görə ödəniş kimi ödədiyi 496.82 manat pulun geri qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh pretenziyada qeyd olunmuş müddət ərzində pulu qaytarmamış və pulun qaytarılması ilə bağlı hər hansı tədbir görməmişdir. Qeyd olunanlara əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı X2 və cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar Türkiyənin İstanbul şəhərinə 23 may - xx xxx 2020-ci il tarixlərdə təyyarə ilə getmək üçün 496.82 manat məbləğində biletin qiymətini elektron qaydada ödəniş kimi cavabdehə ödəmiş və bu barədə cavabdeh tərəfindən **********624 və **********623 nömrəli biletlər elektron qaydada onlara verilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx xxxxxxx 2020-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərək bilet üçün ödədiyi 496.82 manat pulun geri qaytarılmasını tələb etmiş, lakin cavabdehdən bununla bağlı hər hansı tədbir görülməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Turizm haqqında Qanunun 6-cı maddəsinin 1.4-cü maddəsinə əsasən turist səyahətə hazırlaşarkən, habelə tranzit də daxil olmaqla, bütün səyahət müddətində turizm məhsulunun pərakəndə alqı-satqı müqaviləsi şərtlərinin turoperator və ya turaqent tərəfindən yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi zərərlərin əvəzinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilməsini tələb etmək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İşin hallarından görünür ki, iddiaçılar biletlərin alınması üçün lazım olan 62.69 manat və 234.13 manat pul vəsaitini cavabdeh şirkətə ödəyərək bileti almış, lakin sonuncu tərəfindən uçuş baş tutmamış və beləliklə öz üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin Cavabdehndən İddiaçı xeyrinə 496.82 manat məbləğində pul vəsaitinin tutulması qanuna müvafiq və əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdehndən İddiaçı xeyrinə 262.69 manat və X1 xeyrinə 234.13 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə 262.69 (iki yüz altmış iki manat altmış doqquz qəpik) manat və X1 xeyrinə 234.13 (iki yüz otuz dörd manat on üç qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar