Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-835/2021 17.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, orta məktəbdə bir yerdə oxuduğu sinif yoldaşı X3 vasitəsilə təzə tanış olduğu Cavabdeh özünü ona SOCAR-da mühafizə idarəsində qaraul rəisi işlədiyini bildirmişdir. Əlihüseyn həm də iddiaçıya bildirmişdir ki, guya onun SOCAR-da ailəvi dostu olan Hüseyn adlı şəxs işləyir. Əlihüseyn iddiaçıya bildirmişdir ki, SOCAR-da işə qəbulu Hüseyn həyata keçirir. Sonra Hüseyn ondan ali təhsilinin olub-olmadığını soruşub. İddiaçı ona ali təhsilinin olduğunu bildirib. Sonra Əlihüseyn ona deyib ki, gəl səni Hüseynə deyim, səni SOCAR-da mühəndislik vəzifəsinə işə qəbul etsin. Əlihüseyn iddiaçıya deyib ki, SOCAR-da tanışın olmasa, işə qəbul olmaq çox çətindir. Əlihüseyn iddiaçıya bildirib ki, SOCAR-da mühəndis işləmək üçün ilk növbədə Əlihüseynə 5500 manat verib, sonra SOCAR-da 3 ay fəhlə vəzifəsində işləməlisən. Sonra da 3500 manat verib, mühəndislik vəzifəsində işləyə bilərsən. Əlihüseynin bu sözlərinə marağının bir səbəbi də onun özünü SOCAR-da mühafizə idarəsində qaraul rəisi işləməsini bildirməsi olmuşdur. Cavabdeh həm özünü doğru göstərmək məqsədi ilə, həm də özünü Cinayət Məcəlləsinin dələduzluq maddəsindən sığortalamaq məqsədi ilə iddiaçı ilə 1 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisində xx xxxx 2019-cu ildə iddiaçıdan istədiyinə nail olaraq 5500 manat pulu alaraq kredit müqaviləsi bağlamışdır və iddiaçıya bildirmişdir ki, səni işə düzəldəndən sonra gəlib bu kredit müqaviləsini ləğv edərik. Cavabdeh iddiaçıdan 5500 manat pulu aldıqda sonra 3 ay gözləməyini demişdir və deyib ki, 3 aydan sonra SOCAR-dan sənə zəng vurulub səni imtahana çağıracaqlar. Cavabdeh iddiaçıdan onun diplomunun və şəxsiyyət vəsiqənin surətinin almışdır. Lakin 3 aydan sonra heç bir xəbər çıxmamışdır. Daha sonra o, Cavabdehla dəfələrlə görüşüb və hər dəfə iddiaçıya müxtəlif vaxtlar vəd edərək deyib ki, sən narahat olma, səni SOCAR-da işə düzəldəcəyəm. Sonra iddiaçının ev və mobil nömrəsinə Pərviz adlı şəxs zəng edərək iddiaçıya bildirmişdir ki, sizi SOCAR-da işə qəbul üçün Bayıl Arenaya imtahana dəvət edirik. İddiçı da deyilən vaxtda Bayıl Arenaya gedib. Lakin ordan bildirmişlər ki, burda SOCAR imtahanı keçirilmir. İddiaçı bu barədə Əlihüseynə zəng edib bildirib. Daha sonra Əlihüseyn iddiaçıya bildirib ki, qardaş, mən sənin pulunu vermişəm Hüseynə. Bir az gözlə, Hüseyndən sənin pulunu alıb sənə qaytaracağam, qəti narahat olma. Lakin cavabdeh Əlihüseyndən heç bir xəbər çıxmamışdır. İddiaçı anlayıb ki, Cavabdeh ona qarşı dələduzluq edib. xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhər BPİ-yə Cavabdeh barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh işin ciddiliyini anlayaraq iddiaçıdan xahiş edib ki, iddiaçıdan aldığı 5500 manat pulun 2000 manatını iddiaçıya versin, qalan 3500 manat pulu və iddiaçıya dəymiş 500 manat pulu ümumilikdə 4000 manat pulu cavabdeh öz əmək haqqı kartını iddiaçıya verməklə hər ay kartdan 500 manat pul götürməyini xahiş etmişdir və bu işi Cavabdeh o, yəni İddiaçı və iddiaçını cavabdehlə tanış edən iddiaçının orta məktəb sinif yoldaşı olan X3 xx.xx.2020-ci il tarixdə öz imzaları ilə akt tərtib edərək təsdiqləmişlər. Cavabdeh iddiaçıya verdiyi əmək haqqı kartından 2020-ci ilin fevral ayında 500 manat, 2020-ci ilin mart ayında 410 manat pul çıxartmışdır. Bundan sonra cavabdeh yenə də dələduzluq edərək iddiaçıya verdiyi əmək haqqı kartını bağlatdırmışdır və iddiaçıya bildirmişdir ki, kartı iddiaçı xarab edib. İddiaçı bununla əlaqədar Bakı şəhər Nərimanov rayon prokuroruna şikayət etmişdir. Bundan sonra cavabdehin atası ona 1000 manat pul vermişdir. Daha sonra cavabdeh iddiaçıdan aldığı 5500 manatın qalan hissəsini Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Pərviz Məmmədovun vasitəsilə iddiaçıya ödəmişdir. Lakin cavabdeh iddiaçı ilə tərtib etdiyi aktda iddiaçıya dəymiş 500 manat pulu ödəməkdən imtina etmişdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh 531 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək göstərdi ki, xx.xx.2020-ci il tarixində tərtib olunmuş aktı İddiaçı ilə birgə tərtib etmişlər və oradakı imza ona məxsusdur. Bildirir ki, həmin aktda qeyd olunan və İddiaçı borc müqaviləsi ilə aldığı 5500 manat pulu tam olaraq ödəmişdir. Lakin aktda "dəymiş ziyan" kimi göstərilən 500 manat pulu ödəməmişdir. Hesab edir ki, göstərilən əlavə 500 manat pul əsassızdır. Çünki o, ödənişi könüllü şəkildə etməyə razı idi. Burada onun "qanuni nümayəndəsinin" rolu olmayıb və heç bir xərc tələb edən iş aparılmayıb. Əlavə olaraq bildirir ki, əlavə 500 manat pulu ödəməyə imkanı yoxdur, əmək haqqının 70% məhkəmə qaydası ilə aliment və bank krediti borclarına tutulur, yerdə qalan 125 manat onun aylıq xərclərinə güclə çatır. Yuxarıda qeyd olunanları nəzərə alaraq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixinə qədər 5500 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktın surətindən aydın olur ki, İddiaçı, Cavabdeh və X3 xx.xx.2020-ci il tarixdə öz imzaları ilə akt tərtib edərək Cavabdeh iddiaçıya 5500 manat borcu və 500 manat çəkdiyi xərci olmaqla, ümumi 6000 manat borcunun olduğunu və həmin borcdan 2000 manat pulun Cavabdeh tərəfindən qaytarıldıqdan sonra sonuncunun iddiaçıya 4000 manat borcunun olmasını təsdiqləmişlər. İş materiallarında olan qəbzdən görünür ki iddiaçı hazırkı iddia ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizəsində qeyd etmişdir ki, onunla iddiaçı arasında tərtib olunmuş akta əsasən iddiaçıya 500 manat məbləğində borcu vardır, lakin həmin borcu əsassız saydığından və maddi çətinliyi səbəbindən ödəyə bilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Məhkəmə iclasında müəyyən edildi ki, İmanov X1 Elbrus Şahkərəm oğlunu SOCAR-da mühəndislik vəzifəsinə işə düzətmək məqsədi ilə iddiaçıdan 5500 manat məbləğində pulu almış və bunu notariat kontorunda kredit müqaviləsi adı ilə rəsmiləşdirmişlər. İddiaçı cavabdehin onu aldatmasını bildikdən sonra ona pulun qaytarılması barədə dəfələrlə müraciət etsə də cavabdeh pulu qaytarmamışdır. İddiaçının hüquq mühafizə orqanlarına müraciətlərindən sonra cavabdeh tərəfindən iddiaçıya hissəhissə olmaqla 5500 manat məbləğində borc pul qaytarılmışdır. Cavabdeh iddiaçıdan aldığı 5500 manat pulun 2000 manatını iddiaçıya verdikdən sonra, cavabdeh, iddiaçı və onları tanış edən X3 xx.xx.2020-ci il tarixdə öz imzaları ilə akt tərtib edərək Cavabdeh iddiaçıya 5500 manat borcu və 500 manat çəkdiyi xərci olmaqla, ümumi 6000 manat borcunun olduğunu və həmin borcdan 2000 manat pulun Cavabdeh tərəfindən qaytarıldıqdan sonra sonuncunun iddiaçıya 4000 manat borcunun olmasını təsdiqləmişlər. Lakin cavabdeh iddiaçı ilə tərtib etdiyi aktda iddiaçıya dəymiş ziyana görə 500 manat pulu ödəməkdən imtina etmişdir. Hazırda cavabdehin iddiaçıya 500 manat ödənilməyən borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 1096-cı maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İddiaçı cavabdehlə aralarında olan kredit müqaviləsindən irəli gələn öhdəliyin sonuncu tərəfində lazımı qaydada yerinə yetirilmədiyinə görə əlavə olaraq ona 500 manat ziyan dəyməsini əsas gətirməklə hazırki tələblə haqlı olaraq məhkəmədə çıxış edir və bu tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli aktla öz təsdiqin tapır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən borc öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar zərərin dəyməsi və həmin zərərin tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli akt ilə təsdiqini tapdığını nəzərə alaraq 500 manat məbləğində zərər cavabdehdə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İddiaçı iddia tələbində 31 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, işə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən aydın olur ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia tələbinin "31 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması" hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh 500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi hissəsində əsaslı hesab edilərək təmin olunmalı, eyni zamanda 30,0 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. 30,0 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-835/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-835/2021
17.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver