Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-84/2025 02.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X17 və Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18000,0 (on səkkiz min) manat məbləğində pul vəsaiti və ödənilmiş 144,0 (yüz qırx dörd) manat məbəğində dövlət rüsumunun əvəzi tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X13 ilə X15 11 avqust 1949-cu ildə rəsmi nikaha daxil olmaqla gilə qurmuş və birgə nikahdan 2 övladları X8 və Cavabdeh olmuşdur. Mən 14 iyun 1986-cı ildə X6 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur və 1986-cı ildən hal-hazırkı vaxtadək, mərhum qaynatası X2 məxsus olan ünvan 1 ünvanında yerləşən evdə daimi olaraq yaşamağa başlamışdır. X1 xx.xx.1973-cü ildə, qaynanası X15 xx.xx.1995-ci ildə vəfat etmişdir. Həyat yoldaşı X8 doğulduğu vaxtdan miras əmlak hesab edilən ünvan 1 nvanında qeydiyyatda olmaqla, orada yaşamış və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşının vəfatından sonra qaynatasına məxsus ünvan 2 ünvanında yerləşən evi faktiki onunla birgə mərhum həyat yoldaşı X6 qəbul etmiş və evə faktiki sahibliyi həyata keçirmişlər. Həyat yoldaşının qardaşı X9 1973-cü ildən hal-hazırkı vaxtadək nə taktiki, nə də notarial qaydada mərhum atasında miras qalmış əmlakda payının müəyyən edilməsi ilə bağlı notariat kontoruna müraciət etməmişdir. Buna baxmayaraq, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 34 saylı Notariat Ofisinə müraciət edərək, mərhum qaynatasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini və həmin əmlakı tam payda o qəbul etdiyindən, yalnız ona aid hissədə payının müəyyən edilməsinə dair şəhadətnəmə verilməsini xahiş etmişdir. Lakin, o yaşlı və səhhətində problemlər olduğundan, əvvəllər tanımadığı, Binə qəsəbəsi ərazisində vərəsəlik işlərinin həlli ilə məşğul olması ilə bağlı məlumat aldığım X10 adlı şəxsə etibarnamə verərək, onun əvəzinə notariat ofisində vərəsəlik işinin həll edilməsini xahiş etmişdir. Sonradan, ona məlum olmuşdur ki, onun adından etibarnamə əsasında çıxış edən X10 adlı şəxs Cavabdeh ilə pul qarşılığında razılaşaraq guya onun cavabdehə münasibətdə də vərəsəlik payının müəyyən edilməsinə etiraz etmədiyini, bununla bağlı onun da adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etməyi barədə ərizə ilə notariat ofisinə müraciət etmişdir. Lakin, belə bir ərizə ilə müraciət etməli olduğunu Notariat Ofisinin xsusi notariusu Kəmalə Hüseynzadənin göstərişi ilə yazılmış, notarius Cavabdeh 1973-cü ildən həmin evdə qeydiyyatda olmadığını, yaşamadığını, atası xx.xx.1973-cü ildə vəfat etməsinə baxmayaraq, 1978-cü ildən halhazırkı vaxtadək nə faktiki, nə də rəsmi qaydada vərəsəliyi qəbul etmədiyindən, onun həmin miras əmlakda payının olmadığını bildirdiyindən, cavabdehlər əlbir olaraq onun adından belə bir ərizə ilə notariat ofisinə müraciət etmişlər. O bu barədə məlumat əldə edən kimi xx.xx.2023-cü il tarixdə X4 verdiyim etibarnaməni də ləğv etdirmişdir və iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Bunlara baxmayaraq, Cavabdeh xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 0.06 ha hisssəsini X12 40 000 ( qırx min) manata satmışdır. Onun əvəzinə həmin pulu Cavabdeh qəbul etmiş və həmin məbləğdən 2000 ( iki min) manat ona çatası paydan, 2000 ( iki min) manat Cavabdeh çatası paydan çıxılmaqla, X18 onlara ümumilikdə 36000 ( otuz altı min) manat ödəniş etmişdir. Həmin məbləğin 18000 ( on səkkiz min) manat hissəsini Cavabdeh heç bir əsas olmadan almışdır. Sonradan məhkəməyə müraciət etdikdən sonra, Cavabdeh onu aldadaraq 18000 manat pulunu alması məlum olmuşdur. Dəfələrlə müraciət etməyinə baxmayaraq, Cavabdeh ondan aldığı 18000 manat məbləğində pulu geri qaytarmaqdan imtina edir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18000 ( on səkkiz min) manat məbləğində pul vəsaiti və ödənilmiş 144 ( yüz qırx dörd) manat məbəğində dövlət rüsumunun əvəzi, cavabdeh X5 isə 4000 ( dörd min) manat məbləğində pul vəsaiti və 60 (altmış) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Sadə yazılı qaydada olan xx.xx.2023-cü tarixli müqavilənin sürətindən görünür ki, X19 ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 0.06 ha hisssəsini 40000,0 manata satılması barədə razılığa gəlmişlər və İddiaçı, Cavabdeh 40000,0 manat pulu vermişdir. Sonuncular öz imzası ilə bunu təstiq etmişdir, həmçinin şahidlər də imza edərək təstiq etmişlər. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Xəzər Rayon Məhkəməsinin 2(003)-1793/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Zaur Tağıyev) ilə İddiaçı iddiası təmin edilmiş, xx.xx.1972-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 2 ünvanında yerləşən evdən Cavabdeh 72 hissədə miras əmlak almasına dair Bakı şəhəri 34 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən evin 72 hissədə Cavabdeh adına qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, X3 miras qalmış ünvan 2 ünvanında əmlaka tam payda İddiaçı payı müəyyən edilməklə, həmin pay üzrə mülkiyyət hüququnun tanınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5934/2024 nömrəli 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə cavabadeh Cavabdeh tərəfindən verilmiş əpeliyasiya şikayəti təmin edilməsi, Xəzər Rayon Məhkəməsinin 2(003)-1793/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1024/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5934/2024 nömrəli 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı iddia tələbində Cavabdeh qanunsuz olaraq ondan 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaiti almasını, eləcə də cavabdeh X11 4.000 (dörd min) manat məbləğində pulun geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşının (X8) vəfatından sonra onunla birlikdə yaşadığı və mərhum qaynatası X7 məxsus olmuş ünvan 4 ünvanında yerləşən yaşayış evində yaşamaqda davam etmiş və həmin əmlak üzrə mülkiyyət hüququ iddia etmişdir. İddiaçı bildirmişdir ki, Cavabdeh uzun illər ərzində miras əmlaka dair hər hansı vərəsəlik hüququ irəli sürməmiş, lakin sonradan, etibarnamə ilə səlahiyyət verdiyi üçüncü şəxs X10 vasitəsilə və notariat orqanının iştirakı ilə onun iradəsinə zidd olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş, daha sonra isə əmlakın bir hissəsini (0.06 ha torpaq sahəsi) cavabdeh X12 40.000 manat məbləğində satmış və bu satışdan 18.000 manat məbləğində vəsaiti əsassız olaraq almışdır. Lakin, iş üzrə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-1793/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş və İddiaçı iddiası təmin edilmiş, xx.xx.1972-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 2 ünvanında yerləşən evdən Cavabdeh 72 hissədə miras əmlak almasına dair Bakı şəhəri 34 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən evin 72 hissədə Cavabdeh adına qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, X3 miras qalmış ünvan 2 ünvanında əmlaka tam payda İddiaçı payı müəyyən edilməklə, həmin pay üzrə mülkiyyət hüququnun tanınması müəyyən edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-5934/2024 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-1024/2025 saylı kassasiya qərarı ilə qüvvədə saxlanılmışdır. Beləliklə, iddiaçı hazırda ona çatmalı olduğu pul məbləğinin bağlı olduğu əmlakın satılmasından əldə olunduğundan, mübahisəli əmlakın – ünvan 4 ünvanında yerləşən evin – tam şəkildə iddiaçının mülkiyyətində olmadığı, birgə vərəsəlik hüququ əsasında bölünməli əmlak olduğu müəyyən edilmişdir. Bu qətnamələrlə həmçinin sübut olunmuşdur ki, cavabdeh Teyyub Qulaməli oğlunun həmin əmlak üzrə müəyyən vərəsəlik payı vardır və onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi əsassız deyildir. Bu hal təsdiq edir ki, o, əmlakın satışı zamanı öz vərəsəlik payından çıxış etmiş ola bilər. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehlərin guya əsassız pul əldə etməsinə dair təqdim edilən izahat və müqavilə sadəcə sadə yazılı formada tərtib olunmuş, notarial qaydada təsdiqlənməmiş və hüquqi qüvvəyə malik əmlak bölgüsü sənədi ilə müşayiət olunmamışdır. Bu səbəbdən, bu tələblərin əsası sübutlarla təsdiq olunmamışdır. Həmçinin Məhkəmə iddiaçının onun etibarnamə verərkən yaşlı və zəif olmasına görə aldadılması barədə dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahat və davranışlarından, eləcə də prosesdə cərəyan edən hadisələrə çevik müdaxiləsi, onun hazırkı məsələlərlə bağlı məlumatlı olduğu, habelə baş verənləri tam adekvat təhlil etmək iqtidarında olduğu qənaətinə gəlməyə əsas verir. Odur ki, iddiaçının həmin dəlilləri də əsassız hesab olunmalıdır. Məhkəmə vurğulayır ki, yuxarıda qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, iddiaçı iddiasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən, o cümlədən iddiasının əsası kimi istinad etdiyi hallar məhkəmə iclasında işin hər hansı bir halı ilə təsdiq edilmədiyindən, iddia əsassızdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı İddiaçı cavabdehlər X17 və Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-84/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-84/2025
02.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver