Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-877/2023 21.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı “lizinq obyektinə vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunlaəsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 may 2021-ci il tarixli MAS-3748 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322013 ban nömrəli, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X7”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 426.28 manat, ümumilikdə isə 23862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 23862 manatın 16700 manatı əsas məbləğ təşkil edir. Lizinq alan tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 28 oktyabr 2022-ci il tarixdə 427 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 29 oktyabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində qəzalı vəziyyətə düşmüşdür və istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 10975.70 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən, Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 10975.70 manat və ödənilmiş 122.93 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh öz izahatında bildirdi ki, o, maşını bir il sürmüş sonra isə satmışdır. Maşını etibarnamə ilə başqa adama vermişdir. Ona bildirdilər ki, maşını satırlar. Maşının salon dəyəri 16900 manatdır.Qeyd olunan avtomobili o zədələməmişdir. İddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, toplanmış sənədləri tədqiq edərək və araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “"Azərmaş” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3748 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322013 ban nömrəli qara rəngli avtomobil 16700,0 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan “X7”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə No3) əsasən Cavabdeh illik 23% hesablanmaqla 48 aylıq müddətə xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay sabit məbləğ olmaqla 426,28 manat pulu (sonuncu ay 426,90 manat olmaqla), İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından aydın olur ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh təhvil-təslimii aparılmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KHAZAR SD MİNİK” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. İş materialında olan İddiaçı MMC servisin xx.xx.2022-ci il tarixli qüsur aktının surətindən görünür ki, Khazar SD minik markalı **-PY-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə servis mərkəzində ilkin texniki baxış zamanı aşkar olunmuşdur ki, avtomobilin əvəz olunmalı ehtiyyat hissələrinin dəyəri 6475,70 manat, görüləcək işin üçün xidmət haqqı isə 4500,00 manat, yekun ödəniləcək məbləğ isə 10975,70 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 051831 saylı “nəqliyyat vasitələrinin zədələnməsi barədə” arayışın surətindən görünür ki, Khazar SD minik markalı **-PY-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi, arxa hissəsi və yan hissələri xarici əzintilər almışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, X4 “X7” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Khazar SD markalı **-PY-*** qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsio AE 109766 seriyalı, 2021-ci il buraxılışlı, ban № NVAW01HHFME322013, mühərrik № 147H0568839, qara rəngli) maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. Etibarnamə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix olmaqla etibarlıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında Protokolun əsasında tərtib olunmuş TP ******* saylı qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 05:00 radələrində Z.Bünyadov prospekti ərazisində X4 idarə etdiyi “KHAZAR SD minik” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən törətdiyi yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2/36132 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktının surətindən görünür ki, X1 alkoqol sərxoşluq vəziyyəti aşkar edilməmişdir. İş materiallarında olan yol nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxslər – X5 və X6, həmçinin hadisəni törədən X2 izahatlarının surətlərindən görünür ki, “xx.xx.2022-ci il tarixində saat 05:00-radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti əlavə yolda X.R.Ulutürk küçsəi tərəfdən” Böyükşor şossesi istiqamətində hərəkət edən “KHAZAR SD” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməi itirib əvvəlcə ona məxsus olan mərasim evinin pilləkəninə qalxdıqdan sonra sol yan hissəsi üstə aşaraq yolun yolun sağ kənarında sahibsiz dayanmış Toyota Prius markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa yan hissəsinə düşmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan ödəniş qəbzindən aydın olur ki, İddiaçı MMC hazırkı iddia üzrə 122,93 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "Azərmaş” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3748 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322013 ban nömrəli qara rəngli avtomobil 16700,0 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X7”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə No3) əsasən Cavabdeh illik 23% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 426,28 manat (sonuncu ay 426,90 manat olmaqla), ümumilikdə isə 23862,0 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-3748 saylı “X7"nə əsasən, borcu yaranmışdır İddiaçı hazırki ddia üzrə 122,93 manat dövlət rüsumu ödəmişdir. İş üzrə iddiaçı lizinq obyektini Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə cavabdehin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq müqaviləsi əsasında Cavabdeh sahiblik və istifadəsində verildiyindən, həmin avtmobilə dəymiş ziyan Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Qeyd edilən Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə əmtəəşunaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1482 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9813,0 manat müəyyən edilir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Belə olan halda məhkəmə hesab edir ki, Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 9813,0 manat ziyan Cavabdeh alınaraq İddiaçı MMCyə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 122,93 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdehlərin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, dəymiş zərər cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən almaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin olunduğundan iddiaçının xeyrinə cavabdeh 122,93 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan rəyə əlavə edilmiş xx.xx.2023-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin olunduğundan aparılmış ekspertiza tədqiqatının dəyərindən 50,0 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X3, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9813,0 manat ziyan və ödənilmiş dövlət rüsumuna görə 122,93 manat olmaqla, ümumilikdə 9935,93 (doqquz min doqquz yüz otuz beş manat, doxsan üç qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Ekspertiza xərci kimi 50,0 (bir yüz əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X3, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-877/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-877/2023
21.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver