Məhkəmə qərarları › İş №2(003)-88/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-88/2023

10.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-88/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3406,60 manat məbləğində zərərin, hüquqi yardım üçün ödənilmiş 300 manat vəsaitin və iddiaçı tərəfindən ödənilmiş 57.07 manat məbləğində dövlət rüsumunun ümumilikdə isə 3763.67 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə qiyabi qətnamə qəbul edilmişdir. Cavabdeh X3 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin ləğv olunub, mülki işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ləğv olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 03/1491 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X7 Departamenti tərəfindən **********00720 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Natek Enerji G-4 Mexanika markalı 40011635 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X6’nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 582,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018-ci il tarixli 58/0458 saylı akt əsasında 219.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 237 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 67 manat, xx.xx.2020-cı il tarixli ******* saylı akt əsasında 885,60 manat, cəmi 2276,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 1130.40 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İByə ödənilməli borc məbləği hazırda ümumi olaraq 3406,60 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verməklə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyinin Bakı X7 Departamenti ilə istehlakçı X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarından görünür ki, cavabdeh X2 verilən qaz xətti üzrə abonent kodu **********00720 sayla qeydiyyata alınmış və həmin abonent koduna borc hesablanmışdır. İş materiallarında olan abonent saldosundan və cavabdehə məxsus ünvan üzrə tərtib olunmuş aktlardan görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 582,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018-ci il tarixli 58/0458 saylı akt əsasında 219.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 237 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 67 manat, xx.xx.2020-cı il tarixli ******* saylı akt əsasında 885,60 manat, cəmi 2276,20 manat məbləğində cavabdehə dəymiş ziyan hesablanmışdır. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00720 sayla qeydiyyata alınmış abonent koduna (abonent X3) 2021-ci ilin oktyabr ayınadək ümumilikdə 3406,6 manat (2276,2 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc, 1130,40 manat qazdan istifadəyə görə hesablanmış debitor borc) zərər hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 57,07 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iş üzrə hüquqi yardıma görə “Mirzəyev və Partnyorları” vəkil bürosuna 300 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatının enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 356 saylı 29 iyun 2000-ci il tarixli fərmanında deyilir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsi tələb edə bilməz. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” surətinə əsasən müqavilə əsasında İddiaçı Cavabdeh məxsus evi təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüşdür. Cavabdeh qeyriqanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə barəsində aktlar tərtib edilmiş və itirilmiş təbii qaz hesablanmaqla cavabdehə 2276,20 manat borc hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Qeyd edilən Qaydaların 2.12-ci bəndinə əsasən, istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Göstərilən Qaydaların 3.2.2-ci bəndinə əsasən, qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmələri qazdan istifadə edən istehlakçıların vəzifələrindəndir. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə hesab edir ki, istismarda olan sayğacın sərfiyyata uyğun olmaması nəticəsində sıradan çıxması ilə qaz paylayıcı olan cavabdeh İddiaçı İB-yə ziyan dəydiyindən, iddiaçının tərtib edilmiş akta əsasən ona hesablanmış borcun silinməsini tələb etməsi əsassızdır. Odur ki, iddia rədd edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 7-ci bəndinə əsasən, istehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Həmin Qanunun 6-cı maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Qeyd edilən Qanunun 22-ci maddəsinə əsasən, bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Göründüyü kimi, istehlakçı qazpaylayıcısı olan istehsalçıya vurduğu zərərə görə məsuliyyət daşıyır və qazpaylayıcısı zərərin ödənilməsini istehlakçıdan tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İş materiallarında olan “Gasrep”-dən çıxarışdan görünür ki, cavabdeh ümumiyyətlə 2012-ci il tarixdən 2020-ci il tarixədək İddiaçı İB-nə qaz sərfinə görə hər-hansı ödəniş etməmişdir. Məhkəmə , cavabdehin 2012-ci ildən 2020-ci ilədək olan dövrdə təbii qazdan istifadə etməsəsini ağlabatan hesab etmir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, istehlakçı olan cavabdehin sayağcdan kənar qaz xəttdindən istifadə etməsi müəyyən edildiyindən, iddiaçı sayğacdan kənar qaz xəttindən istifadəyə görə cavabdehə aktlar əsasında ziayn hesablaması qanuni və əsaslı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən aktlar əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə cavabdehə aktlar əsasında hesablanmış 2276,20 manat pul cavabdeh X1 tutularaq İddiaçı İB-nə ödənilməlidir. Lakin iddia tələbindən görünür ki, iddiaçı aktlar üzrə hesablanmış dəymiş ziyanla yanaşı, 1130,40 manat qalıq borcun cavabdehdən tutulmasını da tələb edir. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin aktlarla hesablanmış borc məbləğindən əlavə 1130,40 manat qalıq borcunun olduğunu qeyd etsədə, həmin məbləğin hansı dövrə və hansı səbəbə hesablanmış borc olduğuna dair məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddianın qalıq borcun tutumasına dair hissəsi sübuta yetirilmədiyindən, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən ağlabatan məbləğdə pul tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə 100,0 manat, dövlət rüsumuna görə ödənilmiş pula görə 38,0 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. X1 2276,20 manat məbləğində pul, hüquqi yardım üçün ödənilmiş 100,0 manat və dövlət rüsumuna görə ödənilmiş 38,0 manat ümumilikdə 2414,2 manat alınaraq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 19,07 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar