Məhkəmə qərarları › İş №2(003)-887/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-887/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-887/2024 21.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqavilələri üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5146 manat məbləğində əsas, 373,12 manat faiz borcu, 33,9 manat məbləğində cərimə borcu olmaqla cəmi 5553,02 manat məbləğində borcun və 75,94 manat dövlət rüsumunun iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutultutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 2596 ödəmək şərtilə 5146 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14 dekabr 2023, cümə axşamı tarixinə "xxxx"KB ASC-yə 5146 AZN əsas, 373,12 AZN faiz, 33,9 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5553,02 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 262nkMDK/23 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə "xxxx" X1 Səhmdar Cəmiyyəti arasında aylıq 25 % olmaqla 36 ay müddətinə 2596 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh banka xx.xx.2023-cü il tarixli 262nkMDK/23 saylı kredit müqaviləsi üzrə 5146 manat məbləğində əsas borc, 373,12 manat faiz borcu, 33,9 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5553,02 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, bank ona borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. Məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, onun xx.xx.2023-cü il tarixinə yuxarıda göstərilən maliyyə arayışında qeyd edilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Hazırda iddiaçı "xxxx" KB ASC cavabdehdən cəmi 5553,02 manat borcun tutulması xahiş olunur. Məhkəmə bankın təqdim etdiyi sübutlar həmin borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 75,94 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 5146 manat məbləğində əsas borc, 373,12 manat faiz borcu, 33,9 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5553,02 manat borc və dövlət rüsumuna görə ödənilmiş 75,94 manat "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 262nkMDK/23 saylı kredit müqaviləsi üzrə 5146 manat məbləğində əsas, 373,12 manat faiz borcu, 33,9 manat məbləğində cərimə borcu olmaqla cəmi 5553,02 manat məbləğində borcun və 75,94 manat dövlət rüsumu olmaqla, cəmi 5628.96 manat məbləğində pul iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar