Məhkəmə qərarları › İş №2(003)-904/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-904/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-904/2021 05.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı ASC ("xxxx" İKB ASC)-nin cavabdeh X3 qarşı "pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, müəyyən e t d i: İddiaçı ASC ("xxxx" İKB ASC) cavabdeh X3 qarşı "pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 06 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Bank olmayan kredit təşkilatından illik 40 faizlə 12 ay müddətinə 300 manat kredit götürmüşdür. "xxxx" Bank olmayan kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018ci il tarixli 004 №-li müqaviləyə 15 aprel 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən cavabdeh ilə "xxxx" Bank olmayan kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 15 dekabr 2020-ci il tarixədək cavabdehin banka 06 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 57,53 manat əsas borc, 20,35 manat faiz borcu və 57,74 manat cərimə borcu olmaqla cəmi 135,62 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də cavabdeh X1 İddiaçı ASC-nin ("xxxx" İKB ASC) xeyrinə 57,53 manat əsas borc, 20,35 manat faiz borcu, 57,74 manat cərimə borcu olmaqla, cəmi 135,62 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20,0 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh 21.01.2021-ci il tarixdə həmin bildirişi qəbul etmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Belə ki, iş materiallarında olan "xxxx" bank olmayan kredit təşkilatı ilə X5 arasında bağlanmış 06 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə illik 40% ödəmək şərti ilə 300 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, X5 06 aprel 2019-cu il tarixli müqavilə üzrə 06.05.2019-cu il tarixdən 06.04.2020-ci il tarixədək "xxxx" bank olmayan kredit təşkilatına hər ay 30,74 manat (sonuncu ay 30,76 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 dekabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, X2 banka 06 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 57,53 manat əsas borc, 20,35 manat faiz borcu, 57,74 manat cərimə borcu olmaqla, cəmi 135,62 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" bank olmayan kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli 0004 saylı hüquqların ötürülməsi barədə sazişlərə əsasən X5 ilə "xxxx" bank olmayan kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. İş materiallarında olan "xxxx" bank olmayan kredit təşkilatı tərəfindən X3 ünvanlanmış “tələbetmə hüquqlarının ötürülməsi barədə” bildirişdən görünür ki, 247-0***- ******* saylı 06 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC dair tələbetmə hüquqlarının güzəşt olunmasına dair 001 saylı, 25 noyabr 2017-ci il tarixli güzəşt olunması müqaviləsinə uyğun olaraq borc tələbetmə hüquqlarının ötürülməsi bildirilmiş, "xxxx" İKB ASC kredit müqaviləsi üzrə kreditordur və həmin müqaviləyə əsasən borcların həmin bankın hesablaşma hesabına ödənilməsini xahiş etmişdir. X5 borc hüququnun ötürülməsi ilə tanış olmuş və imzalamışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən X3 ünvanlanmış 14.12.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə 5 gün müddətində borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 21.12.2020-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin əməkdaşları, direktor X7 və menecer Valeh Məlikov öz imzaları ilə təsdiq edilir ki, 15.12.2020-ci il tarixində İddiaçı ASC tərəfindən verilmiş qaimə nömrəsi 013406 olan məktub X2 göstərilən Bakı şəhəri Xəzər rayonu, ünvan 1 ünvanda X4 heç kim tanımadığı üçün “ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərinin dövlət qeydiyyatı tərəfindən verilmiş çıxarışdan görünür ki, qurumun əvvəlki adı "xxxx" X6 Açıq Səhmdar Cəmiyyəti olmuşdur, qurumun hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş MAPS arayışından görünür ki, X5 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Natavan küçəsi, ev 4 saylı ünvanında qeydiyyatdadır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh 23 fevral 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" bank olmayan kredit təşkilatından illik 40%-lə 12 ay müddətinə 300 manat kredit kartı götürmüşdür. "xxxx" bank olmayan kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli 0004 saylı hüquqların ötürülməsi barədə sazişlərə əsasən X5 ilə "xxxx" bank olmayan kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı ASC-yə ("xxxx" İKB ASC) ötürülmüşdür. Həmin müqaviləyə əsasən 57,53 manat əsas borc, 20,35 manat faiz borcu, 57,74 manat cərimə borcu olmaqla, cəmi 135,62 manat borcu yaranmışdır. "xxxx" bank olmayan kredit təşkilatı qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan az olduqda 20,0 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 20,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC-nin ("xxxx" İKB ASC) xeyrinə cavabdeh X1 57,53 manat əsas borc, 20,35 manat faiz borcu, 57,74 manat cərimə borcu və ödənilmiş 20,0 manat dövlət rüsumu olmaqla, cəmi 155,62 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı ASC-nin ("xxxx" İKB ASC) xeyrinə cavabdeh X1 57,53 manat əsas borc, 20,35 manat faiz borcu, 57,74 manat cərimə borcu və ödənilmiş 20,0 manat dövlət rüsumu olmaqla, cəmi 155,62 manat (bir yüz əlli beş manat, altmış iki qəpik) məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar