Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-907/2023 30.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət qurğusunun dəyəri, yəni 2277,40 manat pulun alınıb dövlət nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 2* gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş 04.0*.2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə idarənin böyük icra məmuru R.İbrahimov məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirməli olduğu, həmin nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusunun enerji adaptoru məhkum Cavabdeh təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin, cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2rəsiz evdə yaşayan məhkum Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsi komplekti təhvil alınarkən həmin vasitəyə texniki baxış keçirilmiş, mobil nəzarət qurğusunun və enerji adaptorunun məhkumun üzərində olmadığı müəyyən edilmiş, bununla bağlı yazılı izahat alınarkən mobil nəzarət qurğusunun və onun enerji toplayıcı adaptorunun məhkum tərəfindən itirildiyi aşkar edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi məktubla məhkəməyə müraciət edərək azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında təqdiq edilmiş: -Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(094)-27/2020 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 0* ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məcəllənin *9.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 2* gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. -“Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” xx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh 1 ədəd “Attenti” markalı elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd sadə elektron qolbaq) təhvil verilmiş və ona hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. -“Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinin yenisi ilə əvəz edilməsinə dair” xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinə texniki baxış keçirilərkən həmin nəzarət vasitəsinin mobil qurğusunun və enerji toplayıcı adaptorunun sonuncunun üzərində olmadığı müəyyən edilmiş, onun üzərindən elektron qolbaq çıxarılaraq təhvil alınmış və ona yeni elektron nəzarət vasitəsi tətbiq edilmişdir. -Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində olarkən verdiyi izahatlarda bildirmişdir ki, elektron nəzarət vasitəsini üzərində daşımalı olduğu, işlək vəziyyətdə saxlanması üçün ona xidmət göstərilməsi və hər hansı səbəbdən yararsız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı barədə icra məmuru ona xəbərdarlıq etmişdir. Eyni zamanda o, mobil nəzarət qurğusunu və onun enerji adaptorunu itirdiyini bildirmişdir. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(094)-27/2020 saylı hökmü ilə 02 il 0* ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında “Attenti” markalı, ümumi dəyəri 2277,40 manat olan elektron nəzarət komplekti ilə təhkim olunmuşdur. Həmin elektron nəzarət komplektinə daxil olan elektron qolbaq probasiya xidmətinə qaytarılmış, lakin komplektə daxil olan mobil nəzarət qurğusu və onun enerji adaptoru qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılmış hallarına əsasən Cavabdeh ümumi dəyəri 2277,40 manat olan elektron nəzarət komplektinin mobil nəzarət qurğusunu və onun enerji adaptorunu itirməsi iş üzrə təqdim edilmiş sübutlarla müəyyən olunduğundan və həmin nəzarət komplektinin probasiya idarəsinə qaytarması barədə sübutlar məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə “Attenti” markalı elektron nəzarət komplektin dəyəri olan 2277,4 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 21*-220 və 3*0-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. “Attenti” markalı elektron nəzarət komplektin dəyəri olan 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-907/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-907/2023
30.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver