Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-91/2023 20.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçın Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçın iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh 6393 (altı min üç yüz doxsan üç) manat pulun tutularaq İddiaçı PHŞ-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı PHŞ arasında bağlanmış 01 iyul 2020-ci il tarixli əmək müqaviləsinə (kontraktına) əsasən o, Mərkəzdə sürücü vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixində cavabdehlə “Mərkəz” arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 200-ci maddəsinin tələblərinə uyğun olaraq tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Sözügedən müqaviləyə əsasən Mərkəzə məxsus, Cavabdeh istifadəsinə verilməklə, ona təhkim olunmuş “Khazar” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tam maddi məsuliyətinə verilməklə ona etibar edilmiş nəqliyyat vasitəsinin texniki qaydalara uyğun saxlanması, istifadəsi və s. ona həvalə edilmişdir. İstinad edilən tam maddi məsuliyyət haqqında müqavilə ilə Cavabdeh ona təhkim və elibar edilmiş nəqliyyat vasitəsinə dəyən maddi zərərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixində, saat təxminən 09 radələrində idarə etdiyi “Khazar” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən-lökbatan yolunda, Lökbatan qəsəbəsi istiqamətində yolun sağ zolağı ilə, saatda, təxminən 70-80 km sürətlə hərəkətdə olan zaman, həmin nəqliyyat vasitəsinin ön sağ təkərinin partlaması nəticəsində idarəetməni itirərək, yolun sağ kənarına, sonra isə yolun əks istiqamətinə çıxaraq, yolun sol kənarında olan ağaclara dəyərək sözügedən nəqliyyat vasitəsini aşırmış, nəticədə həmin nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Sözügedən nəqliyyat vasitəsinə dəyən maddi zərərin müəyyənləşdirilməsi üçün Mərkəzin Baş direktorunun xx.xx.2021-ci il tarixli, 16 nömrəli əmri ilə müvafiq komissiya yaradılmış, həmin komissiya tərəfindən tərtib edilən aktla qeyd olunan nəqliyyat vasitəsinə dəyən zərərin ümumilikdə 6393 (altı min üç yüz doxsan üç) manat məbləğində olduğu müəyyən edilmişdir. Nəzərə çatdırılması zəruridir ki, Mərkəzin Baş direktorunun “28” mart 2022-ci il tarixli 227-K saylı əmri ilə Cavabdehla bağlanmış yuxarıda sözügedən əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə istinadən vaxtından əvvəl xitam verilmişdir. Qeyd edilməsi zəruridir ki, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin təhqiqatçısı E.R.Seyidbəyovun xx.xx.2021-ci il tarixli qərarı ilə yuxarıda göstərilən yol-nəqliyyat hadisəsi barəsində toplanmış 2238 saylı material üzrə Cavabdeh əməlində cinayət tərkibi yaranmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi qərar alınmışdır. İşçinin tam maddi məsuliyyətinin əsaslarını ehtiva edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin a) bəndinin tələbinə görə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi tam həcmdə maddi məsuliyyət daşıyır. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh 6393 (altı min üç yüz doxsan üç) manat pulun tutularaq “0” PHŞ-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçın nümayəndəsinə məumat verilsə də o, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələri barədə məhkyəmə məlumat verilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə hər biri ayrılıqda iddia tələbini etiraf etməyərək, bildirdi ki, hadisə Cavabdeh təqsilrli hərəkəti nəticəsində baş verməmişdir. Hadisə ilə bağlı aparılmış araşdıma zamanı onun təqsiri müəyyən edilməmişdir. Hesab edir ki, hadisə nəticəsində müəyyən edilmiş zərər cavabdehdən tutulmalı deyil. Həmçinin Cavabdeh nümayəndəsi və vəkili tam maddi məsuliyyətlə bağlı müqavilənin cavabdeh tərəfindən imza edilmədiyi üçün həmin müqavilənin hüquqi qüvvəsi olmadığını bildirmiş və iddianın rədd edilməsi varədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh sürücü vəzifəsinə qəbul edilmiş və əmək haqqısı 282 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 227 saylı xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ilə bağlanmış 20/45 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.2021ci il tarixli 16 nömrəli Əmrlə yaradılmış komissiya tərəfindən Mərkəzin balansında Azərbaycanda istehsal olunan “Khazar SD” markalı ** PK *** dövlət nömrə nişanlı avtomaşın Xocəsən yolunda hərəkətdə olarkən bir neçə dəfə aşmış və istismara tam yararsız vəziyyətə düşmüşdür. Yaradılmış komissiya tərəfindən xx.xx.2021ci il tarixdə tərtib ediliniş aktla 6393 (altı min üç yüz doxsan üç) AZN maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin balşanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi yaranmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqındaxx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, “Khazar SD” markalı ** PK *** dövlət nömrə nişanlı avtomaşının qabaq mühərrik örtüyü. Mühərrik və yanında olan digər hissələr, qabaq sol qapı yanmış və əzilmiş vəziyyətdədir, qabağ sağ təkər cırılıb, disk əyilmişdir, arxa şüşə sınmış vəziyyətdədir, sükan və idarə sisteminin vəziyyəti, əyləc sisteminin vəziyyəti normal olmuşdur. İş materiallarında olan İddiaçınin xx.xx.2023-cü il tarixli, 04-13/978/2023 saylı məktubundan görünür ki, həmin iş üzrə ekspertin vəsatətində adıçəkilən Cavabdeh adına olan xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında — müqavilənin əsli İddiaçı PHŞ-də mövcud deyildir. Belə ki, Cavabdeh sürücü işlədiyi Avtobazanın sürücülərlə bağladığı müqavilələr və həmin sürücülərlə bağlı digər bütün kadr sənədləşmə işləri həmin dövrdə Avtobazanın özündə həyata keçirilməklə Avtobazada saxlanılırdı. Avtobaza tərəfindən İddiaçı PHŞ-nə verilən sənədlərin icərisində Cavabdeh adına olan xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin əsli aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt tötətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddia tələbindən və işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, sürücü Cavabdeh idarə etdiyi “Khazar SD markalı 99-РК-206 dövlət qeydiyyat nişanlı avtomaşın ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən-Lökbatan yolunda Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman maşının ön sağ təkərinin partlaması bədbəxt hadisəyə səbəb olmuşdur. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 6393 manat pul vəsaitinin ödənilməsini tələb etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, xx.xx.2021-ci il tarixində cavabdehlə “Mərkəz” arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 200-ci maddəsinin tələblərinə uyğun olaraq tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Mərkəzə məxsus, Cavabdeh istifadəsinə verilməklə, ona təhkim olunmuş “Khazar” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tam maddi məsuliyətinə verilməklə ona etibar edilmiş nəqliyyat vasitəsinin texniki qaydalara uyğun saxlanması, istifadəsi və s. ona həvalə edilmişdir. İstinad edilən tam maddi məsuliyyət haqqında müqavilə ilə Cavabdeh ona təhkim və etibar edilmiş nəqliyyat vasitəsinə dəyən maddi zərərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Lakin işin məhkəmə tərəfindən araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulmasına dair dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh tam maddi məsuliyyətlə bağlı müqavilədəki imzanın ona məxsus olamdığını bildirdiyinə görə Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı ilə iş üzrə məhkəmə - xətşünaslıq ekspertizası təyin edilmiş, ekspеrtizаnın kеçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvаlə еdilmişdir. İş üzrə təyin edilmiş ekspertizanın keçirilməsi üçün Cavabdeh adına olan xx.xx.2021 – ci il tarixli tam maddi məsuliyyətlə bağlı müqavilənin əsli tələb olunsa da, Ekspertiza Mərkəzinə sözügedən tam maddi məsuliyyətlə bağlı müqavilənin əsli iddiaçı tərəfindən təqdim olunmamış və bu səbəbdən Qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Məhkəmə İddiaçın ekspertizanın keçirilməsinə mane olmaq məqsədilə ekspertiza tərəfindən tələb olunmuş tam maddi məsuliyyətlə bağlı müqavilənin əslinin təqdim etmədiyini nəzərə alaraq iddia tələbinin əsassız olması qənaətinə gəlir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı, cavabdeh tərəfindən ona maddi ziyan vurulmasını iddia etsə də, öz tələblərini əsaslandıran hər hansı əsaslı və mötəbər sübut məhkəməyə təqdim etməmiş, eyni zamanda məhkəmə iclasında iddiaçıların tələbini təsdiq edən hər hansı hal aşkarlanmamış, bununla da iddia tələbi maddi ziyanın vurulmasına dair hissədə öz təsdiqini tapmamışdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçın Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçın Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia tələbi rədd edildiyindən, ödənilmiş 83,93 manat (səksən üç manat doxsan üç qəpik) dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrli̇ k edən: Zaur Tağiyev
Məhkəmə qərarları › İş №2(003)-91/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-91/2023
20.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver