Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-93/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Aleksandrovnanın və onun nümayəndəsi və vəkili Vəkil, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 oğlunun nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə qaydalarının müəyyən edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh1 cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli, 2(003)-1306/2017 saylı, qətnaməsinə əsasən istifadə hüququ yaranmış paylı mülkiyyət hüququ ilə 1/2 hissədə Cavabdeh1 məxsus ünvan 3 nömrəli mənzildən istifadə qaydasının müəyyən edilməsi və mənzildən istifadəyə maneələrin cavabdehlərə qadağan olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 7000 manat kompensasiya verilməklə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsində yerləşən 44A nömrəli fərdi yaşayış evinin ½ hissəsindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehin 02 mart 2010-cu il təvəllüdlü X7 və 28 may 2011-ci il təvəllüdlü X10 ilə birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili X6 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehə 10000 manat kompensasiya verilməklə onun və 02 mart 2010cu il təvəllüdlü X7 və 28 may 2011-ci il təvəllüdlü X8 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsində yerləşən 44A nömrəli fərdi yaşayış evinin ½ hissəsindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehin uşaqları ilə birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qarşılıqlı iddia tələbini qəbul etməmiş, ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1la 2008-ci il tarixdə faktiki nikaha daxil olmuş, birgə nikahdan iki 2010-cu il təvəllüdlü Fatimə və və 2011-ci il təvəllüdlü İsa adlı uşaqları vardır. Nikahlarını 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Hazırda nikah məhkəmənin 01.03.2021-ci il tarixli, 2(003)-168/2021 saylı qətnaməsinə əsasən pozulmuşdur. Ailə qurduqdan sonra Mərdəkan qəsəbəsi, S.İsgəndərov küçəsi ev 44 A ünvanına gəlin gəlmiş, 2016-cı ilin avqust ayınadək həmin mənzildə yaşamışdır. Qeyd edilən mənzil cavabdehlərə məxsus olmuşdur. Sonradan cavabdehlərin yaratdığı mübahisə nəticəsində evdən qovulmuşdur. Məcburən 2017-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli, 2(003)-1306/2017 saylı, qətnaməsi ilə o, qızı və oğlunun paylı mülkiyyət hüququ ilə ½ hissədə Cavabdeh1 məxsus ünvan 3 nömrəli yaşayış evinə köçürülməsi və həmin yaşayış evinə istifadə hüququ tanınmışdır. Qətnamə icra olunmasına baxmayaraq, cavabdehlərin yaratdığı mübahisə nəticəsində qeyd edilən mənzildə yaşamaq mümkün olmamışdır. Hazırda başqa yaşayış yeri yoxdur, istifadə hüququnun tanındığı mənzildən istifadə qaydasının müəyyən edilməsi və maneələrin aradan qaldırılması zərurəti vardır. Azərbaycan Respublikası Konstitusiyasının 3-ci maddəsinə əsasən İ. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. İİ. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Qeyd olunanlara əsasən, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili X6 ilkin iddia tələbini qəbul etməmiş, qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli 2(003)-1306/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiasının qismən təmin edilərək, uşaqları - 02 mart 2010-cu il təvəllüdlü X7 və 28 may 2011-ci il təvəllüdlü X10 ilə birlikdə paylı mülkiyyət hüququ üzrə ½ hissədə cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsində yerləşən 44A nömrəli fərdi yaşayış evinə köçürülmələri və onların həmin fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması qət edilmişdir. Lakin qətnamənin qəbul edilməsindən 4 ildən artıq müddətin keçməsinə baxmayaraq, İddiaçı bu müddət ərzində həmin fərdi yaşayış evində bir gün də yaşamamışdır. Belə ki, iddiaçı uşaqları ilə birlikdə valideynlərinə məxsus ünvan 1 ünvanında yaşayır, uşaqları da həmin rayonun ərazisində yerləşən təhsil müəssisəsində oxuyur. Göründüyü kimi, İddiaçı mübahisəli fərdi yaşayış evinə ehtiyacı yoxdur. Digər tərəfdən, yuxarıda qeyd etdiyi kimi, İddiaçı bu müddət ərzində mübahisəli fərdi yaşayış evində yaşamadığı halda, onun və digər Cavabdeh2 həmin evdən istifadə edilməsinə maneə törətməyini və evdən istifadə qaydalarının müəyyən edilməsini iddia etməsi tamamilə absurddur. Ona görə də hesab edir ki, ilkin iddia tələbi rədd edilməlidir. İddiaçı, 02 mart 2010-cu il təvəllüdlü X7 və 28 may 2011-ci il təvəllüdlü X10 mübahisəli fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri ilə bağlı qətnamə qəbul edildikdən sonra bir gün belə həmin evdə yaşamamış, bununla da sonuncular, cavabdehin toxunulmaz və dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüququnu pozaraq, əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırmışlar. Ona görə də, İddiaçı (02 mart 2010-cu il təvəllüdlü X3 və 28 may 2011-ci il təvəllüdlü X8) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsində yerləşən 44A nömrəli fərdi yaşayış evinin 1/2 hissəsindən istifadə hüquqlarına 10000 manat kompensasiya verilməsi yolu ilə xitam verilməli və onlar həmin evdən çıxarılmalıdırlar. Qeyd olunanlara əsasən, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı 13.09.2018-ci il tarixli arayışın surətindən görünür ki, iş üzrə tərəflər İddiaçı, Cavabdeh1 və Cavabdeh2, həmçinin X3 və X10 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* saylı 22.07.2008-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ½ hissədə Cavabdeh2, ½ hissədə X4 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2017ci il tarixli 2(003)-1306/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı uşaqları 02 mart 2010-cu il təvəllüdlü X7 və 28 may 2011-ci il təvəllüdlü X10 ilə birlikdə paylı mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsi, 44A nömrəli fərdi yaşayış evinə köçürülməsi və onların fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 168/2021 saylı 01.03.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 02 mart 2010-cu il təvəllüdlü X3 və 28 may 2011-ci il təvəllüdlü X8 İddiaçı yanında qalması, uşaqların saxlanması üçün aliment tutulması qərara alınmışdır. İlkin iddia tələbindən görünür ki, İddiaçı paylı mülkiyyət hüququ ilə 1/2 hissədə Cavabdeh1 məxsus ünvan 3 nömrəli mənzildən istifadə qaydasının müəyyən edilməsi və mənzildən istifadəyə maneələrin cavabdehlərə qadağan olunmasını xahiş etmişdir. Cavabdeh tərəf qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı X1 və X10 ilə birlikdə mübahisəli evdən istifadə hüquqlarına 10000 manat kompensasiya verilməsi yolu ilə xitam verilərək onların həmin evdən çıxarılmalarını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququndan istifadə edən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Mülki hüquq münasibətlərində iddiaçı cavabdehdən, yəni hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərini tənzim edən qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli Qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, «Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir, eləcə də Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Mülki Məcəllənin 228.2-ci maddəsi də, həmçinin, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2022-ci il tarixli 10/5851 nömrəli rəyindən görünür ki, tərəflər arasında mübahisəli evdən istifadə qaydalarının müəyyən edilməsinin mümkün olub-olmaması ilə bağlı təhqiqatın yekun nəticəsi ondan ibarət olmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflər arasında bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyil. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, məhkəmə qətnaməsinə əsasən İddiaçı uşaqları ilə birlikdə paylı mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsində yerləşən 44A nömrəli fərdi yaşayış evinə köçürülmələri və onların həmin fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması qət edilmiş, lakin 01.03.2021-ci il tarixli qətnamə ilə onlar arasındakı nikah pozulmuş, O.Aleksandrovna köçürülmə barədə qətnamə qəbul edildikdən sonra həmin ünvanda yaşamamışdır. İddiaçının illərdir başqa yaşayış yerində yaşaması və mübahisəli ünvana köçməyə cəhd göstərməməsi onun hazırkı mübahisə predmeti olan evə ehtiyacının olmaması kimi də, qəbul oluna bilər. X5 həmin mənzilə ehtiyacının olması müəyyən olunsa belə, işin hallarından görünür ki, tərəflərin barışmaz mövqedə olması, həmçinin texniki cəhətdən onların həmin evdən istifadə qaydalarının müəyyən oluna bilməməsi səbəbindən, bununla yanaşı hazırkı mübahisə üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin olunmamalı, qarşılıqlı iddia qələbi isə qismən təmin olunmalıdı. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsinə əsasən, istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verildiyini nəzərə alaraq, eyni zamanda onu da nəzərə alır ki, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ mütənasib şəkildə tarazlaşdırılmalıdır. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu özünün 26 sentyabr 2007-ci il tarixli Qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin Qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7.-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Hazırkı işdən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi üçün 10000 manat kompensasiya təklif etmiş, cavabdeh isə bu məbləğlə razılaşmamışdır. Lakin iş üzrə təyin edilmiş mütəxəssis rəyi (ekspertiza) üzrə "xxxx" MMC tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli H/01-PLS saylı arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin orta aylıq kirayə haqqı 240-260 manat təşkil edir. Məhkəmə, tərəflərin izahatlarını, işin məhkəmə iclasında araşdırılan hallarını, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarındakı hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və hazırkı iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, İddiaçı uşaqları ilə birlikdə paylı mülkiyyət hüququ ilə 1/2 hissədə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsində yerləşən 44A nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi üçün 10000 manat kompensasiyanı qənaətbəxş məbləğ hesab edir. Odur ki, qarşılıqlı iddia tələbi İddiaçı uşaqları 02 mart 2010-cu il təvəllüdlü X3 və 28 may 2011-ci il təvəllüdlü X10 ilə birlikdə istifadə hüquqlarına xitam verilməsi hissəsində əsaslıdır. Qarşılıqlı iddia tələbinin İddiaçı uşaqları ilə birlikdə evdən çıxarılmasına dair məhkəmə qeyd edir ki, onların həmin evdə yaşamaması müəyyən olunduğundan, iddia tələbinin həmin hissədə təmin olunması üçün əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, İddiaçı 10000 manat kompensasiya verilməklə uşaqları 02 mart 2010-cu il təvəllüdlü X7 və 28 may 2011-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsində yerləşən 44A nömrəli fərdi yaşayış evinin ½ hissəsindən istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri cavabdehdən tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3 maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 10000 manat məbləğində pul (kompensasiya) alınaraq İddiaçı verilsin. İddiaçı, uşaqları 02 mart 2010-cu il təvəllüdlü X7 və 28 may 2011-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsində yerləşən 44A nömrəli fərdi yaşayış evinin ½ hissəsindən istifadə hüquqlarına xitam verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (Adı: "xxxx" MMC, VÖENİ: **********, hesablaşma hesabı: “Unibank” KB-nin 11 saylı Dərnəgül filialı, filialın kodu: 502058, SWİFT kodu: UBAZAZ22, H/h: AZ46NABZ********************) ödənilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-93/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-93/2022
01.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver