Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-94/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 Hacıəli oğlunun və onların nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı1, İddiaçı2 Hacıəli oğlunun Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qəbirüstü abidəyə çəkilmiş xərcin əvəzi olaraq 1700 manat və ödənilmiş dövlət rüsumunun 30 manat, ümumilikdə 1730 manatın alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə 08.10.2003-cü ildə qanuni nikaha daxil olmuşdur. Həmin nikahdan 1991-ci 13 oktyabr tarixdə anadan olmuş İddiaçı2 adlı övladları vardır, 29.12.2020-ci il tarixdə H.H.Abdullayev əri vəfat etmiş, Xəzər rayonu Qala qəbirsanlığında dəfn olunmuşdur. Onun yas mərasiminin xərcini çəkmiş, qəbirdaşını o düzəltdirmişdir. Qəbir üstü daşın düzəltdirilməsi üçün 1700 manat xərc çəkmişdir. 18 may 2021-ci il tarixdə cavabdeh qəbir üstə gedərək düzətdirdiyi qəbir üzərində təhqiramiz hərəkətlər etmiş, qəbirin üstünə sarı rəng tökmüş, qəbirin üstündəki şəklin alnını daş vurub əzmiş, “oğlundan xatirə” sözlərini dəmir alətlə cızıb pozmağa çalışmış və bunu etmişdir. Qəbir üstünə qoyduğum çiçəkləri götürüb aparmışdır. O bu barədə qohumlara irad bildirsə də, cavabdeh evə zəng edib ona demişdir ki, “əcəb etmişəm polisdən qorxmuram, hara istəyirsən şikayət edə bilərsən”, düzəltdirdiyi qəbir üstü daş yenisi ilə əvəz edilməli və bu xərc cavabdehdən alınmalıdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh Hacığa qızından 1700 manat maddi zərərin, 30 manat ödənilmiş dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 150 manatın, mənəvi ziyana görə 2000 (iki min) manatın ümumilikdə 3880 (üç min səkkiz yüz səksən) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1, İddiaçı2 Hacıəli oğlunun və onların nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat veərərk, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qismən etiraf ediərək, bildirdi ki, o qəbirdaşı üzərində olan yazını sarı boya ilə üzərini rəngləmişdir. Lakin o qəbirdaşının üzərinə nə cızmış, nədə ki daş vurub zədələməmişdir. Qəbirdaşı onun qardaşındır. O qəbirdaşının düzəldilməsi üçün qardaşının həyat yoldaşı İddiaçı1 400 manat pul vermişdir və ümumi razılıq belə olmuşdur ki, sinədaşında “ailəsində xatirə” yazılmalı idi, lakin sinədaşına “oğlundan xatirə” yazılmışdır, bu səbəbdən də o həmin yazını sarı boya ilə silmişdir. Məhkəmə tərəflərin izahatını və mülki iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.02.2022-ci il tarixli, 10/5001-9/6706 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Qala qəbiristanlığında yerləşən qəbirüstü abidədə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 350 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayonu Qala qəbiristanlığında yerləşən qəbirüstü abidədə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 350 manat təşkil edir. Həmçinin iddiaçı qeyd edilən qəbirüstü abidənin düzəldilməsinə çəkilmiş xərcin 1700 manat olduğunu iddia etsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh isə iddianı qismmən qəbul edərək, qəbirdaşına sarı boya ilə boyadığını etiraf etmişdir. Göründüyü kimi zərər cavabdehin təqsirli hərəkət (hərəkətsizliyi) nəticəsində baş vermişdir və ekspertiza tədqiqatının nəticəsi olaraq qəbirüstü abidədə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 350 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, dəymiş maddi zərər əvəzi olaraq 350 manat Cavabdeh tutularaq İddiaçı1 ödənilməlidir. İddiaçının iddia tələbinin mənəvi ziyana görə 2000 (iki min) manat pulu cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, «mənəvi zərər» anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi zərərlə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hüquqi yardıma görə iddiaçı tərəfindən 150 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən ağlabatan məbləğdə, yəni 50 manat məbləğində pul tutulmalıdır. İş materiallarına əlavə olunmuş 31.05.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 manatı cavabdehdən tutularaq İddiaçı1 ödənilməli, qalan 5 (beş) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 50 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərər əvəzi olaraq 350 (üç yüz əlli) manat, ödənilmiş dövlət rüsumuna görə 25 manat, hüquqi yardıma görə 50 manat Cavabdeh tutularaq İddiaçı1 ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərər əvəzi olaraq 350 (üç yüz əlli) manat, ödənilmiş dövlət rüsumuna görə 25 manat, hüquqi yardıma görə 50 manat olmaqla, ümumilkdə 425 (dörd yüz iyirmi beş) manat Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-94/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-94/2022
14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver