Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-943/2021 07.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı «PARA” Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 22.01.2016-cı il tarixli, 009/16/PB/YF saylı kredit müqaviləsinə əsasən 6743,13 ABŞ dolları əsas borc, 10199,68 ABŞ dolları hesablanmış faiz, 8971,76 ABŞ dolları hesablanmış dəbbə, cəmi 25644.57 ABŞ dolları kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında 22.01.2016-cı il tarixli, 009/16/PB/YT saylı Kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq 22.01.2016-cı il tarixli kredit müqaviləsi üzrə 72 ay müddətinə 18 faizlə 6475 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.8-ci bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddəun uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 22.01.2016-cı il tarixli, 009/16/PB/YTF saylı kredit müqaviləsinə əsasən X1 "xxxx" BOKT-a 6473,13 ABŞ dolları əsas borc, 10199,68 ABŞ dolları hesablanmış faiz, 8971,76 ABŞ dolları hesablanmış dəbbə, cəmi 25644,57 ABŞ dolları borcu vardır. Məhkəmə iclasında İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə etmiş və tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 22.01.2016-cı il tarixli, 009/16/PB/YF saylı kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT ASC Cavabdeh 72 ay müddətinə illik 18 % hesablanmaqla 6475 (altı min dörd yüz yetmiş beş) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 22.01.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, "xxxx" BOKT ASC tərəfindən Cavabdeh 6475 ABŞ dolları verilmişdir. İş materiallarında olan 06.12.2021-ci il tarixli 009/16/PB/YF nömrəli arayışdan görünür ki, "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 22.01.2016-cı il tarixli, 009/16/PB/YF nömrəli kredit müqaviləsi üzrə əsas borc 6473,13 ABŞ dolları, 13539,60 ABŞ dolları, cərimə borcu 15755,60 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.10.2021-ci il tarixli 9/6637 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 22 yanvar 2016-cı il tarixli 009/16/PB/YF saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə 09.09.2020-ci il tarixə (sualda soruşulan tarixə) olan ümumi borcu 11505,13 ABŞ dolları məbləğində müəyyən edilir, əsas borc üzrə 6473,30 ABŞ dolları, faiz borcu üzrə 5031,83 ABŞ dolları təşkil edir. İş materiallarında olan "xxxx" BOKT ASC tərəfindən Cavabdeh ünvanlanmış 26.02.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, bank cavabdehi borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 22.01.2016-cı il tarixli, 009/16/PB/YF nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 72 ay müddətinə illik 18 % hesablanmaqla 6475 (altı min dörd yüz yetmiş beş) ABŞ dolları məbləğində kredit verilmişdir. 22.01.2016-cı il tarixli, 009/16/PB/YF nömrəli kredit müqaviləsinə əsasən kreditin müddəti 22.01.2022-ci il tarixədək təyin edilmişdir. Lakin iddia çı tərəfindən banka kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia tələbi ilə 09.09.2020-ci il tarixdə müraciət edilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca əməl etməmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, borcunu ödəməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, 22 yanvar 2016-cı il tarixli 009/16/PB/YF saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə 09.09.2020-ci il tarixə (sualda soruşulan tarixə) olan ümumi borcu 11505,13 ABŞ dolları məbləğində müəyyən edilir, əsas borc üzrə 6473,30 ABŞ dolları, faiz borcu üzrə 5031,83 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas borcnun tutulması hissəsində əsaslı olduğundan tam təmin edilməlidir. İddiaçının iddia tələbinin faiz borcu olaraq 10199,68 ABŞ dolları (müqavilənin bitdiyi tarixə maliyyə arayıı üzrə 13539,60 ABŞ dolları) tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia faiz borcunun tutulması hissəsində iş üzrə təyin edilmiş ekspert rəyi ilə iddia tələbi ilə məhkəməyə müraciət edilən vaxta müəyyən olunmuş faiz borcu ilə hesablanmaqla 22.01.2016-cı il tarixli, 009/16/PB/YF nömrəli kredit müqaviləsi üzrə 5031,83 ABŞ dolları həcmində müəyyən edilməli və cavabadeh Cavabdeh tələb edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 5646,09 ABŞ dolları məbləğində əsas borca münasibətdə cavabdehdən 8971,76 ABŞ dolları məbləğində dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 10 ABŞ dolları məbləğində dəbbə (cərimə) pulu tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 6473,30 ABŞ dolları, faiz borcu üzrə 5031,83 ABŞ dolları, cərimə borcu üzrə 10 (on) ABŞ dolları olmaqla, cəmi 11515,13 (on bir min beş yüz on beş ABŞ dolları 13 sent) ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş 19.02.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh borc verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun ABŞ dolları qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda Cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 145 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 6473,30 ABŞ dolları, faiz borcu üzrə 5031,83 ABŞ dolları, cərimə borcu üzrə 10 (on) ABŞ dolları olmaqla, cəmi 11515,13 (on bir min beş yüz on beş ABŞ dolları 13 sent) ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakışəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-943/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-943/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver