Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-944/2021 13.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu – İddiaçı X2 Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki iş materiallarını nəzərdən keçirərək müəyyən etdi: İddiaçı X2 Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 firmasından müştərək qaydada İddiaçı X2 Təşkilatı ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli 005/16/PB/YF saylı kredit müqaviləsinə əsasən 13757,24 ABŞ dolları əsas borcun, 23501,52 ABŞ dolları hesablanmış faiz, 17774,35 ABŞ dolları hesablanmış dəbbə, cəmi 55033,11 ABŞ dolları kredit borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-880/2020 saylı qərardadından görünür ki, iş üzrə Cavabdeh1 vəsatəti təmin edilməklə İddiaçı X2 Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud iddia tələbi əsasında Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsi tərəfindən göndərilmiş işin icraata qəbul edilməsindən imtina edilməli və işin aidiyyəti üzrə baxılmasına dair məhkəmələr arasında fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. İşin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsinə dair Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-880/2020 saylı saylı qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.5-ci maddəsinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, mülki işin materiallarından aydın olmuşdur ki, cavabdeh Abbasova X1 şəhəri H.Rəhmanov döngə 3 ev 38 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri Binə qəsəbəsi Donuz Kökəltmə sovxozunda yaşayır, digər Cavabdeh2 Firmasının hüquqi ünvanı isə Qaradağ rayonu Lökbatan qəsəbəsi olaraq qeyd edilmişdir. İş üzrə cavabdehlər və iddiaçı təşkilat Bakı şəhərində olduğundan işə tərəflərin olduğu yer üzrə məhkəmədə baxılması onların məhkəmə iclaslarında iştirak etməklə müvafiq sübutlar təqdim etməsinə və bununla obyektiv və düzgün məhkəmə araşdırılma aparılmasına imkan verir. Məhkəmə, Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-880/2020 saylı qərardadında göstərilən xüsusatlara əsasən mülki işin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İş materiallarından görünür ki, iddiaçı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməklə, həmçinin öz hüquqlarından istifadə etməklə cavabdehlərin birinin qeydiyyatda olduğu ərazi üzrə aidiyyəti məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin icraatına aidiyyət qaydalarına riayət olunmaqla qəbul olunmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsi qərardadında Cavabdeh1 Bakı şəhəri Xəzər rayonu ərazisində yaşadığını qeyd etsə də, işdə bunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Belə bir sənəd olsa belə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsi tərəfindən mövcud iddia tələbi baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə düzgün olaraq göndərilməmişdir. Buna görə işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda Apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X2 Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddiası əsasında mülki işin icraata qəbul edilməsindən imtina edilsin. Mülki işin aidiyyəti üzrə baxılmasına dair məhkəmələr arasında fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-944/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-944/2021
13.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver