Məhkəmə qərarları › İş №2(003)-961/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-961/2023

08.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-961/2023 08.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X2 Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750,0 manat pulun və ödədiyi 30,0 manat dövlət rüsumun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun nəvəsi X1 idman növü ilə məşğul olur. Cavabdeh bildirmişdir ki, Ukrayna Respublikasına yarışa getmək üçün bilet alınmalıdır. Oğlu İddiaçı vasitəsi ilə o, cavbadehə 2019-cu ilin sentyabr ayında iki avia biletin alıması üçün 750,0 manat məbləğində pul verdi. Yarışa getmədilər və cavabdeh ona verdiyi pulları qaytarmamışdır. Müxtəlif vədlər verərək pulu ödəməkdən yayınır. Cavabdeh barəsində Xəzər RPİ-nin 1-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis bölməsində cavabdeh borcu etiraf etmişdir, lakin pulu qaytarmamışdır. Şikayətə cavab olaraq bildirilmişdir ki, məhkəməyə müraciət etmək məqsədəmüvafiqdir. Bu səbəbdən məhkəməyə müraciət edilmişdir. Daha sonra iddiaçı X2 ərizə ilə məhkəməyə müraciət edərək onun əsl İddiaçı ilə əvəz edilməsini məhkəmədən xahiş etdi. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək, Cavabdeh 600,0 manat borcun və ödədiyi 30,0 manat dövlət rüsumun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, onun İddiaçı həqiqətən 600,0 manat məbləğində borcu var, imkanı olmadığından ödəyə bilmir. Bu barədə yazılı əriəzsini məhkəməyə təqdim edərək iddianın təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2022-ci il tarixli arayışının sürətindən görünür ki, polis şöbəsi tərəfindən müvafiq tədbirlər görülmüşdür. Borc tələbi ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilib. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində qeyd edilmişdir ki, o, iddia tələbini etiraf edir və 600,0 manat məbləğində iddiaçıya borcu vardır. İş materiallarında olan qəbzdən görünür ki iddiaçı hazırkı iddia ilə əlaqədar 30,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin iddiaçıya ümumilikdə 600,0 manat borcu var. Cavabdeh həmin borcu ödəməmişdir. Yaranmış borcu ödəməsi cavabdehə təklif edilsə də, o, borcunu ödəməkdən yayınmışdır. İş materiallarından da göründüyü kimi, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən iddia etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf edərək qəbul etməsi iddianın təmin edilməsi üçün yetərlidir. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia təmin edilməli, Cavabdeh 600,0 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə ki, cavabdehin iddiaçı qarşısında vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, yaranan borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 600,0 manat məbləğində pul vəsaiti və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 630,0 (altı yüz otuz) manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar