Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-965/2023 27.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər şəxslər tərəfindən mərhum babası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə daxil olmağına yaradılan maneçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək iddiaçının ilkin tələbini dəyişdirərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digər şəxslər tərəfindən mərhum babası X1 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə vərəsəlik işinin həyata keçirilməsi məqsədi ilə, fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin plan və cizgisinin tərtib olunması (çəkilməsi) və bununla bağlı digər hərəkətlərin həyata keçirilməsi üçün cavabdehlər tərəfindən istənilən maneələrin və qadağanların aradan qaldırılması və bu məqsədlərlə hər hansı bir özbaşına hərəkətlərin cavabdehlərə və digər şəxslərə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən mərhum babası X1 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə vərəsəlik işinin həyata keçirilməsi məqsədləri ilə fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin plan və cizgisinin tərtib olunması və bununla bağlı digər hərəkətlərin həyata keçirilməsi üçün cavabdehlərin etdikləri istənilən maneələrin və qadağanların aradan qaldırılması və bu məqsədlərlə hər hansı bir özbaşına hərəkətlərin cavabdehlərə və digər şəxslərə qadağan olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)- 3436/2022 saylı qətnaməsi ilə mərhum xx.xx.1993-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın İddiaçı və X10 tərəfindən miras kimi qəbul edilməsi üçün müddətin buraxılması üzürlü hesab olunmaqla uzadılması qət edilmişdir. İddiaçının mərhum babası X3 mülkiyyətində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Babasından miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi alınması ilə bağlı Bakı şəhəri 25 saylı Notariat Ofisinə müraciət etmiş və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarışının yeni çıxarışla əvəzlənməsi ilə bağlı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mərhum X5 ayrılmış torpaq sahəsinin cizgi və xəritədən çıxarışın hazırlanması ilə bağlı Xəzər rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən isə mərhum X5 ayrılmış torpaq sahəsinin cizgi və xəritədən çıxarışın hazırlanması ilə bağlı torpaq sahəsinə baxış keçirilməsi zəruri olduğundan, İcra Hakimiyyətinin əməkdaşları tərəfindən dəfələrlə torpaq sahəsinə getsələr də, cavabdehlər giriş qapısını bağlı saxlayaraq, hər hansı şəxsin torpaq sahəsinə daxil olmalarına icazə verməmişlər. Hər vasitə ilə cizginin və xəritədən çıxarışın tərtib edilməsinə maneçilik törədirlər. Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli F-21-091 saylı məktubu ilə bildirilmişdir ki, torpaq sahəsinə giriş qapısı bağlı olduğundan, sözügedən torpaq sahəsinə baxış keçirmək mümkün olmamışdır. Cavabdehlər torpaq sahəsinin giriş qapısını açmamaqla iddiaçının və eyni zamanda İcra Hakimiyyətinin mütəxəssislərinin, eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin torpaq sahəsinə daxil olmalarına maneçilik törədir. İddiaçı cavabdehlərin yaşayış sahəsindən pay almasına etiraz etmir. Qapı bağlı olduğundan dövlət orqanları tərəfindən torpaq sahəsinin cizgi və xəritədən çıxarışın hazırlanması ilə bağlı torpaq sahəsinə baxış keçirilməsi mümkün olmur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və vəkilinin izahatına oxşar məzmunda izahat verdi. Müstəqil tələb irəli sürən şəxs M.Ə.Fərəcova iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Xəzər rayon Məhkəməsinə müraciət edərək, ünvan 5 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə cavabdehlərin yaratdıqları maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra icraata götürülmüş və 2(003)-965/2023 nömrəli mülki iş olmaqla, xx.xx.2023-cü il tarixə hazırlıq iclası təyin olunmuşdur. İddiaçı onun doğma qardaşıdır və iddia tələbləri ilə məhkəməyə müraciət edərkən Dəyanət ona bildirməmiş və indi isə qeyrirəsmi qaydada xəbər tutmuşdur ki, belə bir iddia tələbi ilə bağlı Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. Ancaq verilmiş iddia tələbi onun da maraqlarını kəsb etdiyindən və onun da hüquqları ilə bağlı olduğundan qeyd olunan iddia tələbinə qoşulmaqla hazırki iş üzrə cavabdehlərə qarşı onun da tələbi vardır. Belə ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-3436/2022 saylı qətnaməsi ilə xx.xx.1993-cü il tarixdə vəfat etmiş mərhum X1 miras qalmış əmlakın İddiaçı və X10 tərəfindən miras kimi qəbul edilməsi üçün müddətin buraxılması üzürlü hesab olunmaqla uzadılması qət edilmişdir. Mərhum babası X3 mülkiyyətində ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Babasından miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi alınması ilə bağlı Bakı şəhəri 25 saylı Notariat Ofisinə müraciət etmiş və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarışının yeni çıxarışla əvəzlənməsi ilə bağlı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mərhum X5 ayrılmış torpaq sahəsinin cizgi və xəritədən çıxarışın hazırlanması ilə bağlı qardaşının və özünün Xəzər rayon İcra Hakimiyyətinə müraciət etməklərini qeyd etmişlər. Bundan sonra, Xəzər rayon İcra Hakimiyyətinə bu barədə bildirilmişdir. Xəzər rayon İH-nin nümayəndələri tərəfindən haqqında danışılan fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə cizgi və xəritədən çıxarışın hazırlanması ilə bağlı torpaq sahəsinə baxış keçirilməsi zəruri olduğundan, dəfələrlə torpaq sahəsinə getsələr də, cavabdehlər giriş qapısını bağlı saxlayaraq hər hansı şəxsin torpaq sahəsinə daxil olmalarına icazə vermir. Hər vasitə ilə cizginin və xəritədən çıxarışın tərtib edilməsinə maneə törədirlər. Sonda, Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli F-21-091 saylı məktubu ilə bildirilmişdir ki, torpaq sahəsinə giriş qapısı bağlı olduğundan sözügedən torpaq sahəsinə baxış keçirmək mümkün olmamışdır. Cavabdehlər torpaq sahəsinin giriş qapısını açmamaqla onun və eyni zamanda İcra Hakimiyyətinin mütəxəssislərinin, eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin torpaq sahəsinə daxil olmalarına maneə törətməkdə davam edirlər. Bu gün artıq qardaşı İddiaçı kimi, o da öz hüquqlarından məhrum olmuş, halbuki cavabdehlərin normal olaraq qanunvericiliyə heç bir zidd hərəkətləri baş verməsə idi, bu gün qeyd olunan əmlaklara dair hər kəsin qanunverciliklə nəzərdə tutulmuş qaydada hüquqları dövlət tərəfindən də tanınmış olardı. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürən şəxs X10, Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli və müstəqil tələb irəli sürən şəxsin iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 02 iyun 2022-ci il tarixdə verilmiş 05/69-738 saylı arayışdan aydın olur ki, X6 xx.xx.1993-cü il tarixdə ölmüşdür. Ə.Fərəcovun atası X7, anası X8 qeyd edilmişdir. - Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X6, anası X2 qeyd edilmişdir. - Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 18 noyabr 2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 054565 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölümün qeyd edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 34b nömrə ilə qeyd edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı notariat ofisinin ƏMDK yanında DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktubdan görünür ki, İddiaçı notariat ofisinə müraciət edərək xx.xx.1993-cü il tarixdə vəfat etmiş babası X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş və onun müraciəti əsasında miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın verilməsi xahiş olunmuşdur. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli F-21-091 saylı məktubundan görünür ki, RİHB-nin Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən əmlaka baxış keçirilmək üçün həmin ünvana gedilmiş, lakin torpaq sahəsinin giriş qapısı bağlı olduğundan sözügedən sahəyə baxış keçirmək mümkün olmamışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-3436/2022 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilərək mərhum xx.xx.1993-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın İddiaçı və X10 tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla uzadılması qət edilmişdir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən (157.4,157.8) Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Torpaq Məcələsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Göründüyü kimi, İddiaçı və müstəqil tələb irəli sürən X10 babalarından miras qalmış daşınmaz əmlak üzərində hüquqlarını həyata keçirmək üçün müvafiq qurumlara müraciət etmişlər. Həmin dövlət orqanlarının əməkdaşları tərəfindən daşınmaz əmlakın plan və cizgilərinin tərtib edilməsi məqsədi ilə oraya baxış keçirmək istədikdə isə, cavabdehlər torpaq sahəsinin qapısını bağlı saxlayaraq maneəçilik yaratmaqla buna imkan verməmişlər. Eyni zamanda, iddiaçı və müstəqil tələb irəli sürən şəxs qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün buraxılmış müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etmişlər. Məhkəmənin müvafiq qətnaməsi ilə onların ərizəsi təmin edilmişdir. Belə olan halda, iddiaçıların həmin daşınmaz əmlak üzərində “gözlənilən” mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququndan görünür ki, Ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Mülkiyyət marağı iddia xarakterində olduqda, ərzəçinin milli qanunvericilikdə maraq üçün kifayət qədər əsas olduğu halda, legitim gözləntisi ola bilər, məsələn, yerli məhkəmələrin onun mövcudluğunu təsdiq edən presedent-hüququnun olması. Məhkəmə iddia tələbinin və müstəqil tələb irəli sürən şəxsin iddia tələbinin maneənin digər şəxslərə qadağan edilməsi tələbinə münasibətdə qeyd edir ki, bu hissədə tələb qeyri müəyyən şəxslər dairəsinə qarşı olduğundan təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən mərhum X1 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə vərəsəlik işinin həyata keçirilməsi məqsədi ilə, fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin plan və cizgisinin tərtib olunması (çəkilməsi) və bununla bağlı digər hərəkətlərin həyata keçirilməsi üçün istənilən maneələrin və hər hansı bir özbaşına hərəkətlərin edilməsi cavabdehlərə qadağan olunsun. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən mərhum X1 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə vərəsəlik işinin həyata keçirilməsi məqsədi ilə, fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin plan və cizgisinin tərtib olunması (çəkilməsi) və bununla bağlı digər hərəkətlərin həyata keçirilməsi üçün istənilən maneələrin və hər hansı bir özbaşına hərəkətlərin edilməsi cavabdehlərə qadağan olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-965/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-965/2023
27.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver