Məhkəmə qərarları › İş №2(003)-973/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-973/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-973/2021 31.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, iddiaçı “xxxx” KB KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - «xxxx» KB KB ASC) cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, kreditor “xxxxo KB ASC ilə borclu X6 arasında bağlanmış 12.10.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 27% ödəmək şərtilə 300 AZN məbləğində kredit verilmişdir. Borclu-mərhum X3 vəfat etdiyi müəyyən olduğundan tərəfindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı X2 Nazirliyi Bakı şəhəri 4 saylı ASAN xidmət Notariat ofisinə 22.04.2020-ci il tarixli məktubla müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Bakı şəhəri 4 saylı ASAN xidmət Notariat ofisinin 01.05.2020-ci tarixli cavab məktubu ilə X4 vəfat etməsi ilə əlaqədar cavabdeh vərəsə X1 ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borcalan mərhum X4 hüquqi varisi kimi vəfat etməsi ilə əlaqədar cavabdeh vərəsə X1 müəyyən olunması anlamına gəlir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 24.12.2020-ci il tarixinə “xxxx” KB ASC-yə 80,13 manat əsas, 0,12 manat faiz, cəmi 80,25 manat borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Həmçinin iddiaçı məhkəmə ərizə ünvanlayaraq, mülki işə bankın nümayəndəsinin iştiakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 06.12.2013-cü il tarixli, 6204tkAHM/13 nömrəli müqaviləyə dəyişiklik barədə 06.12.2014-cü il tarixli müqavilədən görünür ki, “xxxx” KB ASC ilə X6 arasında bağlanmış müqaviləyə əsasən 1000 manat kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş 24.12.2020-ci il tarixli, UB-BANK/PİKMD/932786 nömrəli maliyə arayışından görünür ki, X4 ödənilməmiş əsas borcu 80,13 manat, 0,12 manat faiz borcu ümumi borcu 80,25 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 4 saylı ASAN Xidmət mərkəzinin notariat ofisinin 01.05.2020-ci il tarixli, 480 nömrəli məktubundan görünür ki, Cavabdeh müraciəti əsasında 07.05.2017-ci il tarixdə vəfat etmiş anası X4 adına vərəsəlik işi açılmış və oan vərəsəlik şəhadətnaməsi verilmişdir. İş materiallarına əlavə edilmiş «xxxx» KB ASC tərəfindən Cavabdeh ünvanlanmış 07.11.2019-cu il tarixli bildirişdən görünür ki, “Bank” tərəfi borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, «xxxx» KB ASC ilə 06.12.2013-cü il tarixli, 6204tkAHM/13 nömrəli müqaviləyə dəyişiklik barədə 06.12.2014-cü il tarixli müqavilədən görünür ki, “xxxx” KB ASC ilə X6 arasında bağlanmış müqaviləyə əsasən 1000 manat kredit xətti açılmışdır. 07.05.2017-ci il tarixdə vəfat etmiş anası X4 adına vərəsəlik işi açılmış Cavabdeh X4 vərəsəsi təyin edilmişdir. Kredit müqaviləsi üzrə X4 ödənilməmiş əsas borcu 80,13 manat, 0,12 manat faiz borcu ümumi borcu 80,25 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 80,25 manat kredit borcu «xxxx» KB ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 24.12.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, «xxxx» KB ASC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 80,25 manat kredit borcu və 20 manat dövlət rüsumu «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar