Məhkəmə qərarları › İş №2(003)-989/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-989/2022

05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-989/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il farixinə ödənilməmiş 7276.13 manat əsas borc, 1743.09 manat faiz borcu, 6177.09 manat dəbbə borcu, ümumilikdə 15196.31 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 136 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank "xxxx"-nin Həzi Aslanov Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 18 ay müddəünə illik 23 faiz ödəmək şərti ilə 10000 (on min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə iddiaçıyla MKYG-00004-16/19A saylı girov müqaviləsi bağlayaraq özünə məxsus “ev əşyalarını və kişi, qadın, uşaq geyimlərini” xx.xx.2019-cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsinin təminatı olaraq girova qoymuşdur. Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçıyla MKZ-00004-16/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamın durmuşdur. Cavabdeh3 Böyüküğü oğlu xx.xx.2019-cu İl tarixdə iddiaçıyla MK.2-00004-16 19A sayli züminlik müquviləsi bağlayaraq cavabdeh X1 həmin kredit müquviləsi üzrə kreditinə zamin durmuşdur, 04 may 2020-ci il tarixində tərəflər arasında 01 oktyabr 2019cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsinə əlavə saziş, 01 oktyabr 2019-cu il tarixli MNZ-00004-16 19A saylı zaminlik müqaviləsinə əlavə saziş, 01 oktyabr 2019-cu il torivli MK22-00004-16/19A saylı zaminlik müqaviləsinə əlavə saziş bağlanmışdır. 23 dekabr 2020-ci il tarixində tərəflər arasında 01 oktyabr 2019-cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsinə əlavə saziş, 01 oktyabr 2019-cu il tarixli MKZ-00004-16/19A saylı zaminlik müqaviləsinə əlavə saziş, 01 oktyabr 2019-cu il tarixli MKZ2-00004-16/19A saylı zaminlik müqaviləsinə əlavə saziş bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminlərə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 bankın ona qarşı olan iddiasını əsas və faiz borcu hissəində qəbul etdiyini, lakin cərimə borcu ilə razı olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin və digər cavabdehin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 18 ay müddətinə, illik 18 faizlə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 oktyabr 2019-cu il tarixli MNZ-00004-16 19A saylı zaminlik müqaviləsindən görünür ki, o, xx.xx.2019-cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan Cavabdeh3 ilə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 oktyabr 2019-cu il tarixli MKZ-00004-16/19A saylı zaminlik müqaviləsindən görünür ki, o, xx.xx.2019-cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 10000 manat ödənişlmiş və sonuncu tərəfindən qəbul edilmişdir. İş materiallarında olan cavabdehlərə ünvanlanmış pretenziyalardan görünür ki, bank onlara olan borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavədən görünür ki, müqavilə müddəti ərzində borcalana kreditin ödənilməsində xx.xx.2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay güzəşt müddəti ərizəndə yalnız müqavilə üzrə ödəniləcək faiz məbləği hesablanır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavədən görünür ki, müqavilə müddəti ərzində borcalana kreditin ödənilməsində xx.xx.2020-ci il tarixdən hesablanmaqla 3 (üç) ay güzəşt müddəti ərizəndə yalnız müqavilə üzrə ödəniləcək faiz məbləği hesablanır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə ilə bağlı bankla zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 01 oktyabr 2019-cu il tarixli MKZ-00004-16/19A saylı zaminlik və 01 oktyabr 2019-cu il tarixli MNZ-00004-16 19A saylı zaminlik müqaviləsinə əlavə bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə ilə bağlı bankla zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 01 oktyabr 2019-cu il tarixli MKZ-00004-16/19A saylı zaminlik və 01 oktyabr 2019-cu il tarixli MNZ-00004-16 19A saylı zaminlik müqaviləsinə əlavə bağlanmışdır. İş materiallarında olan Bank "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borcu 7276,13 manat, faiz üzrə 1743,09 manat, dəbbə borcu 6177,09 manat, ümumi borc 15196,31 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3450 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 ilə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK- 00004-16/19A saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2021-ci il tarixə 7350,97 manat əsas, 1686,03 manat təşkil edir. Məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, onun bankın qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli MK- 00004-16/19A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə ödənilməmiş 7276,13 manat məbləğində əsas borc və 1743,09 manat faiz borc cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsi müqaviləsi üzrə 7276,13 manat məbləğində əsas borc münasibətdə cavabdehdən 500 manat dəbbə pulu tutulmalıdır. İddiaçının iddia tələbinin xx.xx.2019-cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsi müqaviləsinin ləğv edilməli, həmin kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə ödənilməmiş 7276,13 manat əsas, 1743,09 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, ümumilkdə 9519,22 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 136,40 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 50 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsi ləğv edilsin, xx.xx.2019-cu il tarixli MK-00004-16/19A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə ödənilməmiş 7276,13 manat əsas, 1743,09 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, ümumilkdə 9519,22 manat və ödənilmiş 136,40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar