Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-4233/2013 nömrəli məhkəmə əmri ilə kreditor İddiaçı ASC-nin borclu Cavabdeh qarşı “kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi təmin edilmiş, 1.070,16 manat əsas borc, 310,46 manat faiz, ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 1.400,62 manat pul vəsaitinin - xx.xx.1965-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə göstəriş verilmişdir. Məhkəmə əmri qanuni qüvvəyə minmiş və xx.xx.2013-cü il tarixdə icra edilməsi üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Sonradan, borclu Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, yazılmış borcdan və məhkəmə əmrində məlumatı olmadığını bildirərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)4233/2013 nömrəli məhkəmə əmrinin ləğv edilməsini, iddia icraatına keçilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4969/2020 nömrəli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və iddia icratına keçilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 18 ay müddətinə illik 28% ödəmək şərtilə 1.180 manat kredit vermişdir. Borclu müqavilənin şərtlərini pozaraq, dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə banka 1.070,16 manat əsas borc, 310,46 manat faiz olmaqla, cəmi 1.380,62 manat borcu yaranmışdır. Bu səbəbdən bank məhkəmə əmrinin verilməsi üçün xx.xx.2013-ci il tarixdə məhkəməyə ərizə vermişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-4233/2013 nömrəli məhkəmə əmri ilə bankın ərizəsi təmin edilmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4969/2020 nömrəli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və iddia icratına keçilmişdir. Hazırkı vaxta kimi borclu xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) yaranmış 1.070,16 manat əsas borc və 310,46 manat faiz borcunu ödəməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 18 ay müddətinə illik 28% ödəmək şərtilə 1.180 manat kredit almışdır. Müqavilədəki və kassa məxaric orderlərindəki imzalar ona məxsusdur. O, həmin krediti alaraq mebel alması üçün tanışı Abbasova Könül Çərkəz qızına vermişdir. Onun əvəzindən borcu Abbasova Könül Çərkəz qızı ödəməli idi. Sonradan bilmişdir ki, Abbasova Könül Çərkəz qızı dələduzluq etmək onu aldatmış və ümumilikdə 8.000 manat pulunu mənimsəmişdir. Hazırda Abbasova Könül Çərkəz qızı həbsxanadadır. Bununla bağlı hökm iş materiallarına əlavə olunmuşdur. O, banka olan borcunu hissə-hissə ödəməyə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 18 ay müddətinə illik 28% ödəmək şərtilə 1.180 manat kredit vermişdir. xx.xx.2012-ci il tarixli 20 nömrəli kassa məxaric orderinə imza etməklə 1.026,60 manat, xx.xx.2012-ci il tarixli 50 nömrəli kassa məxaric orderinə imza etməklə 153,40 manat olmaqla, ümumilikdə 1.180 manat vəsaiti Cavabdeh nağd şəkildə xx.xx.2012-ci il tarixdə İddiaçı ASC-dən şəxsən almışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və cərimə borcunu vaxtlı-vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixədək 240.62 manat ödəniş etmişdir. xx.xx.2013-cü il tarixə və xx.xx.2020-ci il tarixə Cavabdeh xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 1070,16 manat əsas, 310,46 manat faiz, cəmi 1.380,62 manat borcu vardır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2012-ci il tarixli CK0037618U/12 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixə yaranmış 1.070,16 manat əsas borc və 310,46 manat faiz borcu, ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 1.400,62 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Cavabdeh 10 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il tarixli CK0037618U/12 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2013cü il tarixə yaranmış 1.070,16 manat əsas borc və 310,46 manat faiz borcu, ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 1.400,62 (bir min dörd yüz manat altmış iki qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver