Məhkəmə qərarları › İş №2(004)-1/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1/2022 08.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC borclu Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu X1 27.12.2011-ci il tarixli HHA 10504 saylı nisyə alqı-satqı müqaviləsi ödənilməmiş 1056 (bir min əlli altı) ABŞ dolları əsas (qalıq) borc, ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir) həcmində 295 (iki yüz doxsan beş) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1351 dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.07.2013-cü il tarixli 2(004)- 4763/2013 nömrəli məhkəmə əmri ilə Cavabdeh 27.12.2011-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış ödənilməmiş 1056 (bir min əlli altı) ABŞ dolları əsas (qalıq) borc, ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir) həcmində 295 (iki yüz doxsan beş) ABŞ dolları məbləğində cərimə, cəmi 1351 (bir min üç yüz əlli bir) ABŞ dolları əmrin icra olunduğu günə olan manat məzənnəsi ilə və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu pul tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə göstəriş verilmişdir Borclu Cavabdeh 08.12.2021-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.07.2013-cü il tarixli 2(004)- 4763/2013 nömrəli məhkəmə əmrinin ləğv edilməsini, iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.12.2022-ci il tarixli 2(004)-7916/2021 nömrəli qərardadı ilə borclu Cavabdeh etirazı təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11.07.2013-cü il tarixli 2(004)- 4763/2013 nömrəli məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 27.12.2011-ci il tarixli HHA 10504 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC dəyəri 1037 ABŞ dolları dəyərində olan “Kompyuter Noutbook” markalı noutbooku 222 ABŞ dolları ilkin ödəniş olmaqla Cavabdeh 12 ay müddətinə nisyə satmışdır. Borcunu vaxtında ödəmədiyinə görə 1056 ABŞ dolları borc, ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində 295 ABŞ dolları cərimə olmaqla, cəmi 1351 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. (Cavabdeh şəxsən 07 fevral 2022-ci il tarixdə saat 16:40-da (051) 560 83 59 mobil nömrəsinə zəng etməklə mülki iş üzrə 08.02.2022-ci il tarixə saat 11:00-a təyin edilmiş məhkəmə baxış iclasında iştirak etməsi barədə məlumat verilmişdir.) Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında arasında bağlanmış 27.12.2011-ci il tarixli HHA 10504 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC 1037 ABŞ dolları dəyərində “Kompyuter Noutbook” markalı 1 ədəd noutbooku 222 ABŞ dolları ilkin ödəniş edilməklə 12 ay müddətinə hər ay 88 ABŞ dolları ödəmək şərti ilə Cavabdeh nisyə satmışdır. Müqavilənin 3.3-cü bəndinə əsasən ödəniş ABŞ dollarının günlük kursu ilə manatla aparılır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin təqdim etdiyi 02.07.2013-cü il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh 27.12.2011-ci il tarixli HHA 10504 saylı müqavilə üzrə 1056 ABŞ dolları əsas borc, ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində 295 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 1351 ABŞ dolları borcu var. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək hesablanmış 295 ABŞ dolları cərimə azaldılaraq 100 ABŞ dolları manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02.07.2013-cüi il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 1056 ABŞ dolları əsas borc, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 1156 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02.07.2013-cüi il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 1056 (bir min əlli altı) ABŞ dolları əsas borc və 100 (bir yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 1156 (bir min yüz əlli altı) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar