Məhkəmə qərarları › İş №2(004)-100/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-100/2021

02.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-100/2021 02.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İlkin iddia üzrə iddiaçıların, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar Əlı̇ yev Tofı̇ q Ənvər oğlunun, İ̇brahı̇ mov Araz Məmməd oğlunun, Məcı̇ dova Afaq Hüseẏn qızının, İddiaçı4 Seyı̇ dəli oğlunun, İddiaçı5 İ̇sgəndər qızının, İddiaçı6, Şərı̇ fova Naı̇ lə Cabbar qızının, Sadı̇ q Səbuhı̇ İ̇man oğlunun, Sərifov Maknirin və İ̇manova Zümrüd Qulam qızının Cavabdeh və üçüncü şəxs "xxxx" MTK-ya qarşı "manelərin aradan qaldırılması və torpağın yerində ölçülərəkkimə məxsus olunmasnın müəyyən edilməsinə dair" ilkin və iddiaçı Cavabdeh-nin cavabdehlər Əlı̇ yev Tofı̇ q Ənvər oğluna, İ̇brahı̇ mov Araz Məmməd oğluna, Məcı̇ dova Afaq Hüseẏn qızına, İddiaçı4 Seyı̇ dəli oğlunan, İddiaçı5 İ̇sgəndər qızına, İddiaçı6, Şərı̇ fova Naı̇ lə Cabbar qızına, Sadı̇ q Səbuhı̇ İ̇man oğluna, Sərifov Maknirə, İ̇manova Zümrüd Qulam qızına və "xxxx" Birgə Müəssisəsinə qarşı “mülkiyyət hüquqlarının müdafiəsi, qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətçiyə qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Əlı̇ yev Tofı̇ q Ənvər oğlu və qeyriləri Cavabdeh-yə və üçüncü şəxs "xxxx" MTK-ya qarşı "manelərin aradan qaldırılması və torpağın yerində ölçülərəkkimə məxsus olunmasnın müəyyən edilməsinə dair" iddia ərizəsi, məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-yə (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 37 ilə Mətbuat prospekti 3141 məhəllə arasında olan məsafəyə aid) həvalə edilməsi və torpağın (mübahisəli ərazinin) yerində ölçülərək kimə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Prosesin gedişində iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən qanunsuz zəbt edilmiş (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 37 ilə Mətbuat prospekti 3141 məhəllə arasında olan məsafəyə aid) binaların sakinlərinə məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdirləe. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 31.01.2002-ci il tarixli 70 №-li sərəncamına əsasən Yasamal rayonu, Mətbuat prospektindəki 3141-ci məhəllədə yaşayış binalarının tikintisinə icazə verilməsinə dair sənədlərdən (Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş 02/49№02/19 saylı 31.01.2002-ci il tarixli ayrıca akta) göründüyü kimi, Cavabdeh binalara məxsus torpağı zəbt edərək, yanacaq doldurma məntəqəsinin ərazisini sakinlərə məxsus yaşıllıq hesabına genişləndirməkdə davam etməkdədir. "xxxx" MTK-nin yaradılmasına dair 04 oktyabr 2002-ci il tarixli təsis müqaviləsinə əsasən "xxxx" Birgə Müəssisəsi yuxarıda qeyd edilən sərəncama və qanunvericiliyə uyğun olaraq Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhərsalma İdarəsi tərəfindən verilmiş ayrıca aktına, eksiz layihəsinə və tikintinin aparılmasına dair digər sənədlərinə əsasən qeyd edilən binaların "xxxx" MTK-nin həvalə etməklə və axırıncının nizamnamə və digər sənədlərinə uyğun olaraq tikinti aparılarkən bütün infrastruktur plan və eksiz lahiyəsinə əməl edilməsinə baxmayaraq cavabdeh qanunsuz olaraq sərəncamda göstərilən binalara məxsus əraziyə daxil olmuşdur. Bu qanunsuzluq barədə 29.10.2019-cu il tarixində cavabdehə xəbərdarlıq (pretenziya) məktubu göndərilsə də, o, öz qanunsuzluğuna məhəl qoymayaraq mahiyyətinə aid edilməyən cavab məktubu ilə mənasız cavab verməklə bir daha özünün qanunsuz hərəkətlərini özünə güvənliklə təsdiq etmişdir. Məhkəmə gedişində təqdim edilmiş binanın planlarının və eksiz lahiyə sənədləri ilə sübuta yetiriləcək ki, cavabdeh uzun müddətdir standartlara cavab verməyərək binalara yaxın məsafədə təhlükəli yanacaq doldurma məntəqəsini işlətməklə sakinlərin və binaların balansında olmuş torpağı qanunsuz zəbt etmişdir. Prosesin gedişində Cavabdeh-nin cavabdehlər Əlı̇ yev Tofı̇ q Ənvər oğluna, İ̇brahı̇ mov Araz Məmməd oğluna, Məcı̇ dova Afaq Hüseẏn qızına, İddiaçı4 Seyı̇ dəli oğlunan, İddiaçı5 İ̇sgəndər qızına, İddiaçı6, Şərı̇ fova Naı̇ lə Cabbar qızına, Sadı̇ q Səbuhı̇ İ̇man oğluna, Sərifov Maknirə, İ̇manova Zümrüd Qulam qızına və "xxxx" MTK-ya qarşı “mülkiyyət hüquqlarının müdafiəsi, qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətçiyə qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsinin üzərində inşa edilmiş tikililər cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın əsl cavabdeh "xxxx" Birgə Müəssisəsi ilə əvəz olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsasdlandırılmışdır ki, 14.05.2002-ci il tarixli 001236 nömrəli və 02.10.2002-ci il tarixli 002542 nömrəli şəhadətnamələrə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 37 ünvanında yerləşən yanacaq doldurma məntəqəsi və həmin məntəqənin yerləşdiyi 3059,2 kv.metr torpaq sahəsi Cavabdeh-nin xüsusi mülkiyyətindədir. İlkin iddiaçılar İddiaçı1 və digərləri Cavabdeh-yə qarşı maneələrin aradan qaldırılması və digər tələblərə dair iddia ilə məhkəməyə müraciət etsələr də, aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, ilkin iddiaçılar və ilkin iddia üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" MTK tərəfindən MMC-yə məxsus torpaq sahəsinin 55 kv.m hissəsinə müdaxilə edilərək, orada hündürmərtəbəli yaşayış binası inşa edilərək, həmin sahə zəbt edilmişdir. Bu hal, qarşılıqlı iddiaçı Cavabdeh-nin mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçıların, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin ilkin iddia üzrə üçüncü şəxs, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Birgə Müəssisəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını, qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin və "xxxx" Birgə Müəssisəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş ekspert X1 ifadəsində göstərmişdir ki, qərardadda qoyulan 7 sualdan yalnız 3-cü sual səlahiyətinə aid məsələdir, belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksertizası Mərkəzinin elektron baza məlumatları, GPRS sistemi olmadığından torpaq məsələləri ilə bağlı rəy verilərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mütəxəssis rəyi üçün müraciət edilir, rəy mərkəzə təqdim olunduqdan sonra məhkəməyə müvafiq ekspert rəyi göndərilmişdir. Lakin qərardadın 3-cü sualında qeyd olunan 6 metrlik bufer (neytral) zonaya baxış keçirmək mümkün olmamışdır. Məhkəmə iclasında dindirilmiş mütəxəssis X2 ifadəsində göstərmişdir ki, mütəxəssislər tərəfindən ərazidə ölçmə aparılarkən haranı göstərirlər, ora baxılır. Sənədlə üst-üstə düşür. 7-ci suala cavab olaraq bildirmişdir ki, mülkiyyətdə olan sahə ilə istifadədə olan sahə hüdudlar daxilindədir, müqayisəli sxemə əsasən üst-üstə düşür. Məhkəmə ilkin iddia üzrə iddiaçıların, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsinin izahatını, ekspertin və mütəxəssisin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər Əlı̇ yev Tofı̇ q Ənvər oğlu və qeyriləri Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3141 məhəllə ünvanında "ANT inşaat' MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin sakinləri olmaqla, həmin binada yerləşən mənzillərin mülkiyyətçiləridirlər. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən təqdim olunmuş 14.05.2002-ci il tarixli 001236 nömrəli və 02.10.2002-ci il tarixli 002542 nömrəli mülkiyyət hüququ haqqında əhadətnamələrdən görünür ki, MMC Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 37 ünvanında 3059.2 kv.m torpaq sahəsinin və onun üzərində inşa olunmuş yanacaqdoldurma məntəqəsinin mülkiyyətçisidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-753/2020 saylı, 05 fevral 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-torpaşünaslıq ekspertizası təyin edilmiş və və ekspert qarşısında aşağıdakı suallar qoyulsun: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin faktiki istifadəsində olan torpaq sahəsi ilə onun adına verilmiş 02.10.2002-ci il tarixli, 002542 nömrəli “Mülkiyyət hüququ haqqında” Şədatənaməyə əsasən müəyyən olunmuş 3059,2 kv. metr torpaq sahəsi üst-üstə düşürmü? Əgər uyğunsuzluq varsa, hansı hissədədir? - İlkin iddia üzrə üçüncü şəxs, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-nın faktiki yaşayış binaları inşa etdiyi ərazi ilə, 31.01.2002-ci il tarixli Sərəncamla və 06.06.2002-ci il tarixli icarə müqaviləsi ilə ona verilmiş 0,84 ha torpaq sahəsi üst-üstə düşürmü? Əgər uyğunsuzluq varsa, hansı hissədədir? - İş materiallarına əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 11.03.2002-ci il tarixli, 02/49 nömrəli Ayrıc Aktında "xxxx" MTK-nın tikinti işləri apardığı və Cavabdeh-nin istifadəsində olan yanacaq-doldurma məntəqəsi arasında nəzərdə tutulmuş 6 metrlik bufer (neytral) zona bugünkü gün mövcuddurmu? Əgər mövcud deyilsə, həmin ərazi kim tərəfindən hasarlanmışdır və ya zəbt olunmuşdur? - Cavabdeh-yə məxsus 3059,2 kv. metr torpaq sahəsi və onun üzərində yerləşən yanacaqdoldurma məntəqəsi və "xxxx" MTK tərəfindən tikilərək təhvil verilmiş 0,84 ha ərazidə yerləşən yaşayış binaları arasında təqdim olunmuş sənədlərə əsasən, o cümlədən naturada toqquşma halı mövcuddurmu? Əgər mövcuddursa, hansı hissədədir? - "xxxx" MTK tərəfindən Bakı şəhəri, Mətbuat pros. 3141-ci məhəllədə inşa edilmiş yaşayış kompleksinin faktiki yerləşdiyi torpaq sahəsinin ölçüsü nə qədərdir? - "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin faktiki yerləşdiyi torpaq sahəsi ilə "xxxx" Birgə müəssisəsinə torpaq sahəsinin icarəyə verilmə¬sinə dair 31.01.2002-ci il tarixli 70 nömrəli Sərəncamda və 2002-ci il tarixli ayrıc ak¬tında nəzərdə tutulan torpaq sahəsinin ölçüsü və koordinatları eynilik təşkil edirmi? - "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin faktiki yerləşdiyi tor-paq sahəsi ilə "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsi üst-üstə dü¬şürmü, torpaq sahələri üst-üstə düşdüyü halda, "xxxx" MMC-nin mül¬kiy¬yə¬tində olan torpaq sahəsinə müdaxilə edilmişdirmi və zəbt edilmiş torpaq sahəsinin öl¬çüsü nə qədərdir?. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı Və Ünvan Reyestri Xidmətinin **********38 saylı, 07.06.2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki: - Cavabdeh-yə məxsus 3059,2 kv metr torpaq sahəsi və onun üzərində yerləşən yanacaqdoldurma məntəqəsi və “ANT inşaat" MTK tərəfindən tikilərək təhvil verilmiş 0,84 ha ərazidə yerləşən yaşayış binaları arasında təqdim olunmuş sənədlərdə üst-üstə düşmə halı mövcuddur və bu təqdim edilən sxemdə öz əksini tapmışdır. - "xxxx" MTK tərəfindən Bakı şəhəri, Mətbuat prospekti, 3141-ci məhəllədə inşa edilmiş yaşayış kompleksinin faktiki yerləşdiyi torpaq sahəsinin ölçüsü Bakı Layihə Tədqiqat İdarəsinin mühəndisi tərəfindən təqdim edilən sxemdə 9638 kv.m kimi göstərilmişdir. - "ANT inşaat' MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin faktiki yerləşdiyi torpaq sahəsi ilə "ANT LTD” Birgə Müəssisəsinə torpaq sahəsinin icarəyə verilməsinə dair 31.01,2002-ci ıl tarixli 70 nömrəli Sərəncamda və 2002-ci il tarixli ayrıc aktında nəzərdə tutulan torpaq sahəsinin ölçüsü eynilik təşkil etmir. Belə ki, ANT İnşaat" MTK tərəfindən Bakı şəhəri, Mətbuat prospekti, 3141-ci məhəllədə inşa edilmiş yaşayış kompleksinin faktiki yerləşdiyi torpaq sahəsinin ölçüsü 9638 kv.m. təşkil edir. - ANT İnşaat MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin faktiki yerləşdiyi torpaq sahəsi ilə "xxxx" MMC-nin mülkiyyətində olan mübahisəli torpaq sahəsi üst-üstə düşmür. Lakin sənədlər üzrə üst-üstə düşmə halı mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1997 saylı, 16.08.2021-ci ıl tarixli ekspert rəyinə əsasən, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin **********38 saylı, 07.06.2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuş hallar təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Hazırda ilkin iddia üzrə iddiaçılar Əlı̇ yev Tofı̇ q Ənvər oğlu və qeyriləri iddia edir ki, Cavabdehyə məxsus yanacaq-doldurma məntəqəsi Bakı şəhəri, Mətbuat prospekti, 3141-ci məhəllədə inşa edilmiş yaşayış kompleksinin ərazisinə daxil olmaqla həmin ərazi cavabdeh tərəfindən zəbt edilmişdir. Buna baxmayaraq, iddiaçılar iddia tələbini əsaslandırmaq üçün iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmiş, həmçinin, məhkəmə baxışı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Onlar, müdafiə etdiyi tələbi ümumiyyətlə əsaslandıra bilməmişdirlər. Həmçinin, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "ANT LTD” Birgə Müəssisəsi tərəfindən yaşayış binası inşa olunarkən iddiaçıya məxsus torpaq zahəsinə müüdaxilə olunaraq zəbt olunduğunu iddia etməsinə baxmayaraq, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı Və Ünvan Reyestri Xidmətinin **********38 saylı, 07.06.2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin faktiki yerləşdiyi torpaq sahəsi ilə "xxxx" MMC-nin mülkiyyətində olan mübahisəli torpaq sahəsi üst-üstə düşmür. Belə olduğu halda, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Odur ki, iddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özlərinə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar Əlı̇ yev Tofı̇ q Ənvər oğlunun, İ̇brahı̇ mov Araz Məmməd oğlunun, Məcı̇ dova Afaq Hüseẏn qızının, İddiaçı4 Seyı̇ dəli oğlunun, İddiaçı5 İ̇sgəndər qızının, İddiaçı6, Şərı̇ fova Naı̇ lə Cabbar qızının, Sadı̇ q Səbuhı̇ İ̇man oğlunun, Sərifov Maknirin və İ̇manova Zümrüd Qulam qızının Cavabdeh və üçüncü şəxs "xxxx" MTK-ya qarşı "manelərin aradan qaldırılması və torpağın yerində ölçülərəkkimə məxsus olunmasnın müəyyən edilməsinə dair" ilkin iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. İddiaçı Cavabdeh-nin cavabdehlər Əlı̇ yev Tofı̇ q Ənvər oğluna, İ̇brahı̇ mov Araz Məmməd oğluna, Məcı̇ dova Afaq Hüseẏn qızına, İddiaçı4 Seyı̇ dəli oğlunan, İddiaçı5 İ̇sgəndər qızına, İddiaçı6, Şərı̇ fova Naı̇ lə Cabbar qızına, Sadı̇ q Səbuhı̇ İ̇man oğluna, Sərifov Maknirə, İ̇manova Zümrüd Qulam qızına və "xxxx" MTK-ya qarşı “mülkiyyət hüquqlarının müdafiəsi, qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətçiyə qaytarılması tələbinə dair” qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pulun 25 (iyirmi beş) manatı ilkin iddia üzrə iddiaçılardan, 25 (iyirmi beş) manatı isə qarşılıqlı iddia üzrə iddiaçıdan tutularaq, Dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar