Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1058/2024 23.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7609/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 100 (yüz) manat məbləğində alimentin 2024-cü il üzrə “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə əsasən 100 (yüz) manatdan 235 (iki yüz otuz beş) manata artırılaraq aylıq 235 (iki yüz otuz beş) manat məbləğində alimentin və mediasiyaya ödənilmiş 50 (əlli) manat rüsumun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulmasına və aliment” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7609/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin olunması, X5 ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsində xx.xx.2011-ci il tarixdə 402 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək İddiaçı yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay 100 (yüz) manat və sonuncunun 3 yaşınadək saxlanılması üçün hər ay 40 (qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X3 ödənilməsi qət edilmişdir. Bildirmişdir ki, yetkinlik yaşına çatmamış övladı böyüdükcə onun tələbatı və müvafiq olaraq xərcləri də artır həmin xərcləri də o, təkbaşına qarşılaya bilmir. Cavabdeh isə övladına ödənilməli olan alimentin könüllü şəkildə artırılmasına razılaşmır. İddiaçı övladını vətənə, millətə, dövlətə laiqli bir vətəndaş kimi, gələcəyi sağlam gənc kimi yetişdirmək istəyir. Bunun üçün isə xanım olsa da həm o , özünü ata kimi, həm də ana kimi aparır. Məlumdur ki, bu gün uşaqların inkişaf etməsi üçün yüksək təmiantda maddi imkan olması mütləqdir. Maddi imkan kifayət qədər olduğu təqdirdə o, övladını müxtəlif müxtəlif məşğələlərə yazdırmağa, digər növ məşğuliyyətlərlə təmin edərək inkişaf etməsinə səbəb olmuş olar. Cavabdehə təyin edilən 100 (yüz) manat aliment məbləği isə 2013-ci ilin yaşayış minimumu haqqında qanununa əsasən təyin edilən məbləğdir. Cavabdeh bu pulu da ödəməyərək gecikdirir. Nəticədə onun alimentə görə 10000 (on min) manatadək borcu vardır. Hazırda alimentin artırılmasını zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən məhkəməyə müraciət etməzdən öncə mediasiya qaydasında təkliflə cavabdehə müraciət etmişdir. Müraciətinə 14 gün müddətində cavab verilmədiyindən aidiyyatı üzrə Mediasiya Təşkilatına mediasiya müraciəti edərək köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixində 13 saylı Mediasiya Təşkilatında müvafiq iclas keçirildi və mənə “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilinməməsi barədə” arayış təqdim edilərək məhkəməyə müraciət etməsi tövsiyyə edildi. Halhazırda hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan: Yasamal Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 019062 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası qrafasında “Cavabdeh”, anası qrafasında isə “İddiaçı” qeyd olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7609/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin olunmuş, X5 ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsində xx.xx.2011-ci il tarixdə 402 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək İddiaçı yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay 100 (yüz) manat və sonuncunun 3 yaşınadək saxlanılması üçün hər ay 40 (qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X3 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarında, yəni hər ay 235 (iki yüz otuz beş) manat manat sabit pul məbləğində olmaqla müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-7609/2013 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, Cavabdeh mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-7609/2013 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat tutularaq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1058/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1058/2024
23.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver