Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1066/2023 14.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh QSC, Cavabdeh QSC-nin təsisçiləri və Cavabdeh QSC-nin direktoruna qarşı “maddi ziyanın ödənilməsi və digər tələbləri”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh QSC, Cavabdeh QSC-nin təsisçiləri və Cavabdeh QSC-nin direktoruna qarşı “maddi ziyanın ödənilməsi və digər tələbləri”nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın tam təmin olunmasını, onun sahibliyində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh QSC və onun səlahiyyətliləri (təsisçi və direktor) tərəfindən bərpa edilərək, iddiaçıya təhvil verilməsi və ya Cavabdeh QSC tərəfindən qanunsuz söküntü işlərinin keçirilməsi nəticəsində ona dəymiş 30.000 (otuz min) manat məbləğində maddi ziyanın (fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılması məqsədilə) Cavabdeh QSC-dən tutularaq iddiaçıya ödənilməsi və cavabdeh tərəf Cavabdeh QSC və onun salahiyyətliləri (təsisçi və direktor) tərəfindən iddiaçıya ümumi əsaslarla (hər kv.m 1500 manat olmaqla) kompensasiya ödənmədən iddiaçının sahibliyində olan ünvan 1 fərdi yaşayış evində yenidən söküntü işlərinin aparılması və iddiaçının həmin fərdi yaşayış evində (ünvan 1 fərdi yaşayış evi) yaşamasının Cavabdeh QSC və onun səlahiyyətliləri tərəfindən məhdudlaşdırılmasının qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 14 fevral 2023-cü il tarixə, saat 09:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş İddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260-cı maddəsini rəhbər tutaraq, İddiaçı cavabdehlər Cavabdeh QSC, Cavabdeh QSC-nin təsisçiləri və Cavabdeh QSC-nin direktoruna qarşı “maddi ziyanın ödənilməsi və digər tələbləri”nə dair iddia ərizəsinin baxılmamış saxlanmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh QSC, Cavabdeh QSC-nin təsisçiləri və Cavabdeh QSC-nin direktoruna qarşı “maddi ziyanın ödənilməsi və digər tələbləri”nə iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən Azərbaycan Respublikası-X1 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 180 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1066/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1066/2023
14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver