Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1081/2022 17.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 07 iyul 2020-ci tarixli BAKU1-41432-18451 saylı kredit müqaviləsi (onun tərkib hissəsi olan 07 iyul 2020-ci il tarixli BAKU1-41432-18451/1 və 07 iyul 2020-ci il tarixli BAKU1-41432-18451/2 saylı Razılaşmalar daxil olmaqla) ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 1623,91 manat əsas borc, 101,14 manat cari faiz borcu və 375,75 manat cari dəbbə borcu olmaqla, cəmi 2100,80 manat kredit borcunun və 41 manat ödənilmiş dövət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında ikinciyə illik 25% faizlə 24 ay müddətində 3000(üç min) manat kredit verilməsi nəzərdə tutan 07 iyul 2020-cu il tarixdə bağlanan BAKU1-41432-18451 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 07 iyul 2020-ci il tarixli BAKU1-41432- 18451/1 və 07 iyul 2020-ci il tarixli BAKU1-41432-18451/2 saylı Razılaşmalar imzalanmışdır. 07 iyul 2020-ci il tarixli ödəniş qrafikinə əsasən kreditin aylıq 160.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Kredit müqaqviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC ilə Cavabdeh2 arasında 07 iyul 2020-ci il tarixində BAKU1-41432-18451+BAKU1-41438 saylı Zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və ya vaxtında icra edilmədiyi "xxxx" MMC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 11 yanvar 2022-ci il tarixinədək verilmiş kredit üzrə 1623.91 manat əsas borc, 101,14 manat cari faiz borcu və 375,75 manat cari dəbbə borcu olmaqla, cəmi 2100,80 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, "xxxx" MMC-dən 3000 manat çəbləğində kredit götürmüşdür, ilk vaxtlar ödənişləri vaxtında etmiş, sonradan pandemiya səbəbindən ödənişləri gecikdirmişdir. İddia tələbini əsas borc və faiz borcu hissəsində qəbul edir, lakin cəriməni yüksək hesab edir və silinməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə, AZEMİS vasitəsilə ona məxsus telefon nömrələrinə SMS bildiriş göndərilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 07.07.2020-ci il tarixli BAKU1-41432- 18451 nömrəli kredit müqaviləsi və onun tərkib hissəsi olan 07 iyul 2020-ci il tarixli BAKU1- 41432-18451/1 və 07 iyul 2020-ci il tarixli BAKU1-41432-18451/2 saylı Razılaşmalardan görünür ki, "xxxx" MMC Cavabdeh1 24 ay müddətinə illik 25% dərəcəsi ilə 3000 manat məbləğində kredit verməyi, borcalan Cavabdeh1 isə müqavilənin və razılaşmaların şərtlərinə əsasən kredit üzrə ödənişləri vaxtında və lazımi qaydada qaytarmağı öhdəsinə götürürlər. İş materiallarına əlavə olunmuş 07.07.2020-ci il tarixli CİBTAX**********92 nömrəli və CİBTAX**********76 nömrəli ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 cəmi 3000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 07 iyul 2020-ci il tarixli ödəniş qrafikindən görünür ki,
15. 07 iyul 2020-ci il tarixli BAKU1-41432-18451 nömrəli kredit müqaviləsinə və onun tərkib hissəsi olan 07 iyul 2020-ci il tarixli BAKU1-41432-18451/1 və 07 iyul 2020-ci il tarixli BAKU1-41432-18451/2 nömrəli Razılaşmaya əsasən borclu hər ay 160 manat ödəniş etməli idi. İş materiallarında əlavə olunmuş 11 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 07.07.2020-ci il tarixə iddiaçı "xxxx" MMC-nə 1623.91 manat əsas, 101.14 manat faiz borcu, 375.75 manat dəbbə borcu olmaqla, cəmi 2100,80 manat borcu vardır. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 07 iyul 2020-ci il tarixli BAKU1- 41432-18451+BAKU1-41438 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, zamin Cavabdeh2 07 iyul 2020-ci il tarixli BAKU1-41432-18451 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" MMC -nin cavabdehlərə ünvanladığı 26.08.2021-ci il tarixli bildirişdən müəyyən olur ki, cavabdehlərdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdehlər xəbərdar edilmişlər. İş materiallarına əlavə olunmuş 11.01.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 41 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 borcun ödənilməsi üçün tam öhdəlik daşıyırlar. Buna görə də Cavabdeh1 və Cavabdeh2 onların risk dairələrinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan, iddiaçının həm də dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 100 manat məbləğinədək azaldılmalıdır. Çünki 1623.91 manat əsas borc məbləğinə münasibətdə 100 manat məbləğində dəbbə pulu daha ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında baglanan 07 iyul 2020-ci il tarixli BAKU1-41432-18451 nömrəli kredit müqaviləsi, 07 iyul 2020-ci il tarixli BAKU1-41432-18451/1 nömrəli Razılaşma və 07 iyul 2020-ci il tarixli BAKU1-41432-18451/2 nömrəli Razılaşma ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1623,91 manat əsas borc, 101,14 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 1825,05 (min səkkiz yüz iyirmi beş manat beş qəpik) manat və ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC –nin tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ :
İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında baglanan 07 iyul 2020-ci il tarixli BAKU1-41432-18451 nömrəli kredit müqaviləsi, 07 iyul 2020-ci il tarixli BAKU1-41432-18451/1 nömrəli Razılaşma və 07 iyul 2020-ci il tarixli BAKU1-41432- 18451/2 nömrəli Razılaşma ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1623,91 manat əsas borc, 101,14 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 1825,05 (min səkkiz yüz iyirmi beş manat beş qəpik) manat və ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülnar Babazadə