Məhkəmə qərarları › İş №2(004)-1084/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1084/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1084/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı Oktay qızının iştirakı ilə, İddiaçı Oktay qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Oktay qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaxından tanıdığı iş üzrə Cavabdeh xx xxxxxx 2020-ci ildə ona zəng edərək bildirmişdir ki, öz şəxsi avtomobilini təmir etdirməklə əlaqədar ona 400 manat borc pul lazımdır və qısa müddət ərzində qaytaracaqdır. Daha sonra, xx xxxxxx 2020-ci ildə avtomobilini təmir etdirmək üçün əlavə pul lazım olmasıyla əlaqədar ondan 1000 manat əlavə borc istəmiş, o yenə də bu pulu vermişdir. Cavabdeh Mirəşərf oğlu öz şəxsi avtomobili vasitəsiylə Şirvan-Bakı şəhərlərarası taksi fəaliyyəti ilə məşğul olur. Cavabdeh Mirəşərf oğlu ondan aldığı borcları təxmini 7-8 ay ərzində ödəyəciyini demişdir. Cavabdeh növbəti dəfə xx xxxx 2020-ci ildə ondan yenidən 2100 manat borc almışdır. O, borcu ona görə verməyə razı olmuşdur ki, Cavabdeh Mirəşərf oğlu ona olan köhnə borclarını öz şəxsi avtomobilini satmaqla ödəyəcəkdir və bu səbəblə avtomobili satmaq üçün də avtomili təmir etdirmək üçün pul lazım idi. O da, Cavabdeh Mirəşərf oğlu ilə razılaşmış, çünki uzun müddətdir yaxından tanıyırdı. Cavabdeh Mirəşərf oğlu ilə müqavilə bağlayaraq, borc pul vermişdir. Onlar bir-birinin xeyirində şərində çox yaxından iştirak etmişlər. Lakin aradan uzun müddət keçəndən sonra görmüşdür ki, ondan səs-soraq yoxdur. O cavabdehlə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlamış, lakin cavabdeh ya telefonu açmamış ya da qısa vaxt ərzində ona olan borcunu verəcəyini bildirmişdir. Cavabdeh ona olan borcunu ödəmədiyi üçün o da, öz növbəsində məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən Cavabdeh 3500 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Oktay qızı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh onun oğlunun dostudur. Cavabdeh maşınını təmir etdirmək üçün ondan ilk öncə 400 və 1000 manat borca pul almış, qısa zaman ərzində ödəyəcəyini bildirmişdir. Lakin o, borcunu qaytarmadığı üçün cavabdehdən pulunu geri tələb etmişdir. Cavabdeh borcunu ödəmək üçün avtomobilin satacağını, lakin avtomobilində təmir ediləsi hissələr olduğu üçün yenidən borc lazım olduğunu bildirmişdir. Bu dəfə də o, cavabdehdə yenidən 2100 manat məbləğində pul vermişdir. Cavabdeh borcunu qısa müddətdə, yəni təxmini 10 gün müddətində avtomobili sataraq qaytaracağını vəd etmişdir. Lakin artıq uzun müddət keçəsinə baxmayaraq sonuncu borcunu ödəməmişdir. Hər dəfə ondan borcunu tələb etdikdə isə onu aldadaraq, yalan vədlər verərək qısa zamanda pulunu ödəyəcəyinə söz vermişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmişdir. Eyni zamanda cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrdən görünür ki, İddiaçı Oktay qızı Cavabdeh müxtəlif vaxtlarda 400 manat, 1000 manat və 2100 manat, ümumilikdə 3500 manat məbləğində borca pul vermişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İddiaçı Oktay qızı Cavabdeh ümumilikdə 3500 manat məbləğində borca pul vermişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun iddiaçı qarşısında borcu yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitit tutularaq İddiaçı Oktay qızına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Oktay qızının xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitit tutularaq İddiaçı Oktay qızına ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Oktay qızının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar