Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-11/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı "borc” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı "borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xx-xx-23100915 saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh 11214,93 manat əsas borc və 133,24 manat faiz borcu olmaqla, cəmi 11348,17 (on bir min üç yüz qırx səkkiz manat 17 qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh 48 ay müddətinə qaytarılmaq şərti ilə 15000 manat məbləğində kredit verilmiş və xx.xx.2014-cü il tarixli, QT-1518/14 saylı kredit müqaviləsi bağlanmışdır. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə "xxxx" ASC arasında 11214.93 manat həcmində 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla xx.xx.2019-cu il tarixli, 30-xx-xx-100915 saylı kredit müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, 30-xx-xx-100915 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixli, 30-xx-xx-100915 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Kredit müqaviləsinin 4.7-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi lazımınca icra edilmədikdə borc alan, borc verənə verilmiş kreditin gecikdirilmiş qalıq məbləği üzrə illik 0.02 % miqdarında cərimə faizi ödəyir. xx.xx.2019-cu il tarixli, 30-xx-xx-100915 saylı kredit müqaviləsinin 5.4.1-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixinə "xxxx" ASC-yə əsas borcu 11214,93 manat, faiz borcu 133.24 manat, cəmi 11348,17 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin həmçinin Bakı Apellyasiya Məhkəməsinin qətnamələri ilə də razı deyil, odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Cavabdeh iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı ASC arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, 30-xx-xx-100915 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının tələbinə əsasən vaxtı keçmiş 14267 manat məbləğdə əsas kredit borcuna hesablanmış 5532,96 manat faiz məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(005)- 100/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2022-ci il tarixli, 9/8741 nömrəli rəyinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli, QT1518/14 nömrəi kredit müqaviləsi və həmin müqavilənin restruktruzasiyasına dair bağlanmış 14 noyabr 2019-cu il tarixli, xx-xx-23100915 nömrəli kredit müqaviləsinin şərtləri, eyni zamanda iş materiallarında olan hesabdan çıxarış məlumatları nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş sual üzrə 10 dekabr 2014-cü il tarixli, QT1518/14 nömrəli kredit müqaviləsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli, 2(004)11064/2015 nömrəli məhkəmə əmrinin icrası ilə bağlı İddiaçı ASC-nin xeyrinə DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən aparılan təqaüdündən ümumilikdə 7267,81 manat məbləğdə banka olan borcdan silinmişdir. Həmin müqavilə üzrə ödənişlər və tutulmalar nəzərə alınmaqla hazırkı qərardadın tarixinə, yəni 10 noyabr 2022-ci il tarixinə yaranmış əsas və faiz borcu məbləği müvafiq olaraq əsas borc üzrə 11212,62 manat, faiz borcu üzrə 259,16 manat müəyyən edilmişdir. İddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3214/2023 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(005)-100/2023 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(005)-100/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, ləğv Prosesində olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli xx-xx-23100915 saylı kredit müqaviləsi ləğv edilməklə Cavabdeh 11214,93 manat əsas borc və 133,24 manat faiz borcu olmaqla, cəmi 11348,17 (on bir min üç yüz qırx səkkiz manat 17 qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ləğv Prosesində olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli xx-xx-23100915 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 11214,93 manat əsas borc və 133,24 manat faiz borcu olmaqla, cəmi 11348,17 (on bir min üç yüz qırx səkkiz manat 17 qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-11/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-11/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver