Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1120/2021 15.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili X2, müstəqil tələb irəli sürməyən üçün şəxs Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı, üçüncü şəxslər Cavabdeh ASC, Gəncə şəhər İcra İdarəsi, Hərrac Mərkəzi MMC və ƏMDKY-da DƏDRXnin 3 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və mülkiyyət hüququ ilə bağlı dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC və üçüncü şəxslər Cavabdeh ASC, Gəncə şəhər İcra İdarəsi, Hərrac Mərkəzi MMC və ƏMDKY-da DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı problemli kredit üzrə restrukturizasiya edilməsi üçün siyahıya əlavə edilməsi, alqı-satqı müqaviləsinin və mülkiyyət hüququ ilə bağlı dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə məhkəmə iclası xx.xx.2021-ci il tarixə, saat 16:00-a təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1120/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin problemli kredit üzrə restrukturizasiya edilməsi üçün siyahıya əlavə edilməsi hissəsinə münasibətdə icraata (hissəvi) xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X4 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılması və mülki işin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı da, mülki işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçün şəxs Cavabdeh ASC-nin nümayəndəsi X3 da, mülki işin baxılmamış saxlanılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini geri götürdüyündən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı, üçüncü şəxslər Cavabdeh ASC, Gəncə şəhər İcra İdarəsi, Hərrac Mərkəzi MMC və ƏMDKY-da DƏDRXnin 3 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və mülkiyyət hüququ ilə bağlı dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair 2(004)-1120/2021 nömrəli mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1120/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1120/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver