Məhkəmə qərarları › İş №2(004)-3617/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3617/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3617/2024 10.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızıın katibliyi ilə, İddiaçı Cavabdeh QSC BOKT-a qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun silinməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC BOKT-a qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC BOKT-da İddiaçı adına olan borcun silinməsi və bununla bağlı məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin Cavabdeh QSC BOKT-un üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ona qarşı kredit borcunun tutulması tələbinə dair iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(023)-773/2022 saylı məhkəmə qətnaməsi ilə iddiaçının iddiası iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh QSC şikayət vermiş və 08 avqust 2022-ci il tarixli 2(023)-773/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Onun borcunun silinməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlamış olduğu cavab məktubunda bildirilmişdir ki, onunla bağlanmış kredit müqaviləsindəki öhdəliyə əsasən krediti vaxtında ödəmədikləri üçün hər iki borclu barədə 08 aprel 2022-ci il tarixində iddia ərizələri ilə Qazax Rayon Məhkəməsinə müraciət edilmişdir. Qazax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(023)-773/2022 saylı və 31 may 2022-ci il tarixli 2(023)-774/2022 saylı qətnamələri ilə iddia ərizələri təmin edilməmişdir. Məhkəmənin sözügedən qətnamələri ilə iddia tələbi təmin edilməsə də borcluların kredit borcunun silinməsi barədə vəzifə qoyulmamışdır. Bu səbəbdən borcalanların adlarının kredit reyestrindən çıxarılması mümkün olmadığı qeyd edilmişdir. Vətəndaşların Kredit tarixçələri barədə məlumatlar ancaq onların razılığı əsasında imzalanmış olan ərizə əsasında baxıla bilər. “AqrarKredit" QSC-nin də qeyd etdiyi cavab məktubunda göründüyü kimi mübahisəli kreditinin tarixi xx.xx.2013-cü il 24 ay, məbləği isə 1434 manat əsas, 688 manat faiz borcudur. Cədvəl onun AKB-dan çıxarışa əsasən düzəltmiş olduğu cədvəldir. Onun razılığı olmadan onun kredit tarixçəsində dəyişiklik olunubsa və heç bir məlumatlandırma olmayıbsa bank tərəfi indi məhkəmə qərarı əsasında həmin borcu niyə silməyir? Cavabdeh QSC BOKT məhkəməyə İddiaçı Cavabdeh QSC BOKT-a qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsində iddia qaldıraraq onun adında Cavabdeh QSC-də olan borcun silinməsi və bununla bağlı məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin Cavabdeh QSC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iddia ərizəsi ilə razı deyillər, hesab edirlər ki, həmin iddia tələbi tam əsassızdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin İddiaçı qarşı 1434 manat əsas borc, 688,29 manat faiz borcu olmaqla, cəmi 2122,29 manat məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2018-ci il tarixli S-FK-QAZ-255 saylı təhvil-təslim Aktı əsasında Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-nin Qazax filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış 31 iyul 2013-cü il tarixli 1006 saylı kredit müqaviləsinə əsasən kommersiya məqsədilə İddiaçı 24 ay müddətinə illik 24 %-lə 2500 manat kredit verilmişdir. İddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl olunmamış, kredit və ona hesablanmış faiz borcu Cavabdeh QSC-yə qaytarılmamışdır. Son nəticədə Cavabdeh QSC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qazax rayon Məhkəməsi İddiaçı iddia müddətinin tətbiqi barədə verdiyi ərizəyə istinad edib həmin mübahisəyə iddia müddətini tətbiq edərək iddianı rədd etmək barədə 31 may 2022- ci il tarixli 2(023)-773/2022 saylı qətnamə qəbul etmişdir. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun adında olan kredit borcunun silinməsi vəzifəsinin cavabdeh olaraq Cavabdeh QSC-nin üzərinə qoymağı xahiş edir. İlk növbədə nəzərə alınmalıdır ki, "xxxx" ASC-dən İddiaçı və digər problemli borcu olan şəxslərlə bağlı borc öhdəlikləri və bununla bağlı tələb hüququ Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 Ns-li Fərmanının icrası ilə əlaqədar “ Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Sözügedən Fərmanla həmin borcların qaytarılması vəzifəsi Cavabdeh QSC-nin üzərinə qoyulmuşdur. Cavabdeh QSC səhmləri 100 faiz dövlətə məxsus olmaqla, əsas səhmdarı Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. Kredit borclarının silinməsi səlahiyyətinə Cavabdeh QSC-nin özü deyil, onun səhmdarı malikdir. İkincisi, qeyd olunmalıdır ki, iddia müddətinin keçməsinə görə kredit borcununun Təşkilatın balansından silinməsi ilə bağlı qanunvericilikdə hər hansı bir göstəriş yoxdur. Üçüncüsü, İddiaçı Qazax rayon Məhkəməsində işləyərkən həmin krediti götürmüş və ondan yararlanmışdır. Aldığı krediti qaytarmaq onun vəzifəsi, öhdəliyi olsa belə, o kredit borcunu ödəməkdən yayınmış, bilərəkdən həmin borcu qaytarmamış, son nəticədə aldığı vəsaitin bir hissəsinin özü tərəfindən mənimsənilməsinə nail olmuşdur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin tmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh QSC BOKT-a məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh QSC BOKT-un İddiaçı və Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X3 30 iyul 2013-cü il tarixində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qazax filialından 983 saylı kredit müqaviləsi əsasında 24 ay müddətinə 3000 manat, İddiaçı 31 iyul 2013-cü il tarixində Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qazax filialından 1006 saylı kredit müqaviləsi əsasında 24 ay müddətinə 2500 manat kredit götürmüşdür. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci tarixli 570 saylı Fərmanının icrası tədbirləri ilə əlaqədar olaraq, X1 "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan 1526 manat əsas, 960,91 manat faiz olmaqla, cəmi 2486,91 manat kredit borcunun tələb hüququ 23 aprel 2018-ci il tarixli S-FK-GAZ-266 saylı təhvil-təslim aktı əsasında, İddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan 1434,0 manat əsas, 688,29 manat faiz olmaqla, cəmi 2122,29 manat kredit borcunun tələb hüququ 10 aprel 2018-ci il tarixli S-FK-GAZ-255 saylı təhvil-təslim aktı əsasında Cavabdeh QSC-nin balansına götürülmüşdür. 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, X2 hesablanmış 16,56 manat kompensasiya əsas borcundan silinmişdir. Onlarla bağlanmış kredit müqaviləsindəki öhdəliyə əsasən krediti vaxtında ödəmədikləri üçün hər iki borclu barədə 08 aprel 2022-ci il tarixində iddia ərizələri ilə Qazax Rayon Məhkəməsinə müraciət edilmişdir. Qazax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(023)-773/2022 saylı və 31 may 2022-ci il tarixli 2(023)-774/2022 saylı qətnamələri ilə iddia ərizələri təmin edilməmişir. Məhkəmənin sözügedən qətnamələri ilə iddia tələbi təmin edilməsə də borcluların kredit borcunun silinməsi barədə vəzifə qoyulmamışdır. Bu səbəbdən borcalanların adlarının kredit reyestrindən çıxarılması mumkün deyildir. Hazırki tarixə borclu X1 1509,44 manat əsas, 960,91 manat faiz olmaqla, cəmi 2470,35 manat, İddiaçı 1434 manat əsas, 688,29 manat faiz olmaqla, cəmi 2122,29 manat kredit borcları mövcuddur. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 2(023)-773/2022 saylı, 31 may 2022ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh QSC BOKT-un cavabdeh İddiaçı qarşı kredit borcunun tutulması tələbi barədə iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 2(023)-773/2022 saylı, 08 avqust 2022-ci il tarixli qərardadına əsasən Cavabdeh QSC BOKT tərəfindən Qazax Rayon Məhkəməsinin 2(023)-773/2022 saylı, 31 may 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci tarixli 570 saylı Fərmanının icrası tədbirləri ilə əlaqədar olaraq, X1 "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan 1526 manat əsas, 960,91 manat faiz olmaqla, cəmi 2486,91 manat kredit borcunun tələb hüququ 23 aprel 2018-ci il tarixli S-FK-GAZ-266 saylı təhvil-təslim aktı əsasında, İddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan 1434,0 manat əsas, 688,29 manat faiz olmaqla, cəmi 2122,29 manat kredit borcunun tələb hüququ 10 aprel 2018-ci il tarixli S-FK-GAZ-255 saylı təhvil-təslim aktı əsasında Cavabdeh QSC-nin balansına götürülmüşdür. İş materiallarında olan "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qazax filialı ilə İddiaçı arasında bağlanmış 31 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 24 ay müddətinə illik 24 faiz olmaqla 2500 manat məbləğində kredit verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin Qazax filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış 31 iyul 2013-cü il tarixli 1006 saylı kredit müqaviləsinə əsasən kommersiya məqsədilə İddiaçı 24 ay müddətinə illik 24 %-lə 2500 manat kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin İddiaçı qarşı 1434 manat əsas borc, 688,29 manat faiz borcu olmaqla, cəmi 2122,29 manat məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2018-ci il tarixli S-FK-QAZ-255 saylı təhvil-təslim Aktı əsasında Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. İddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl olunmamış, kredit və ona hesablanmış faiz borcu Cavabdeh QSC-yə qaytarılmamışdır. Son nəticədə Cavabdeh QSC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qazax rayon Məhkəməsi İddiaçı iddia müddətinin tətbiqi barədə verdiyi ərizəyə istinad edib həmin mübahisəyə iddia müddətini tətbiq edərək iddianı rədd etmək barədə 31 may 2022- ci il tarixli 2(023)-773/2022 saylı qətnamə qəbul etmişdir. Hazırda İddiaçı Cavabdeh QSC BOKT-a qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC BOKT-da İddiaçı adına olan borcun silinməsi və bununla bağlı məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin Cavabdeh QSC BOKT-un üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Hazırki mübahisə ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Qazax rayon Məhkəməsi İddiaçı iddia müddətinin tətbiqi barədə verdiyi ərizəyə istinad edib həmin mübahisəyə iddia müddətini tətbiq edərək iddianı rədd etmək barədə 31 may 2022- ci il tarixli 2(023)-773/2022 saylı qətnamə qəbul etmişdir. Yəni həmin qətnamə ilə Cavabdeh QSC BOKT-un iddiası İddiaçı bank qarşısında hər hansı bir öhdəliyinin olmaması səbəbindən deyil iddiaçı trəfindən iddia müddətinin ötürülməsi səbəbindən rədd edilmişdir. Bu baxımdan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarında qeyd edilən mövqedən çıxış edərək məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi özlüyündə İddiaçı bank qarşısında öhdəliyinin xitamına səbəb olmamış, tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olmuşdur. Belə olduğu təqdirdə xitam olunmamış öhdəliyin yəni, Cavabdeh QSC BOKT-da İddiaçı adına olan borcun silinməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh QSC BOKT-a qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun silinməsi və s.” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh QSC BOKT-a qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun silinməsi və s.” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar