Məhkəmə qərarları › İş №2(110)-758/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-758/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-758/2024 25.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, 05 fevral 2021-ci il tarixli 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə cavabdehlər – Cavabdeh1 100 (bir yüz) manat, Cavabdeh8 372 (üç yüz yetmiş iki) manat, Cavabdeh7 142.18 (bir yüz qırx iki manat on səkkiz qəpik) manat, Cavabdeh6 709.97 (yeddi yüz doqquz manat doxsan yeddi qəpik) manat, Cavabdeh5 127.53 (bir yüz iyirmi yeddi manat əlli üç qəpik) manat, Cavabdeh4 179.18 (bir yüz yetmiş doqquz manat on səkkiz qəpik) manat, Cavabdeh3 335.44 (üç yüz otuz beş manat qırx dörd qəpik) manat, Cavabdeh2 1808.26 (bir min səkkiz yüz səkkiz manat iyirmi altı qəpik) manat overdraft borcunun və hər birinə ayrı ayrılıqda ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının (hər bir cavabdehə münasibətdə) Cavabdeh2 münasibətdə isə iddia ərizəsiin verilməsi üçün ödənilmiş 38.08 (otuz səkkiz manat səkkiz qəpik) dövlət rüsumunun və 0.40 (qırx qəpik) bank xidmət haqqının tutularaq Bankın hesabına ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən iddia ərizəsini xx.xx.2024-cü il tarixli qərardadla icraatını mümkün hesab edilərək mülki iş üzrə məhkəmə hazırlıq iclasını xx.xx.2024-cü il tarixə təyin etmişdir. Məhkəmə qeyd edilən tarixdə hazırlıq iclasını iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı ilə keçirərək, məhkəmə baxış iclasını xx.xx.2024-cü il tarixə, xx.xx.2024-cü il tarixə və xx.xx.2024cü il tarixə təyin etmişdir. Qeyd edilən tarixdə keçirilən məhkəmə iclaslarında tərəflər iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin: - 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda, bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir; - 259.0.6-cı maddələrinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsasla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, İddiaçı ASC tərəfindən Hökümət ödəniş portalı vasitəsilə xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat, xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30.08 (otuz manat səkkiz qəpik) manat, xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat, xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat, xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat, xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat, xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumları ərizə baxılmamış saxlanıldığından iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC tərəfindən Hökümət ödəniş portalı vasitəsilə xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat, xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30.08 (otuz manat səkkiz qəpik) manat, xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat, xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat, xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat, xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat, xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumlarə ərizə baxılmamış saxlanıldığından ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar