Məhkəmə qərarları › İş №2(004)-1126/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1126/2020

26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1126/2020 26.02.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun azaldılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc müqaviləsində formal 15000 ABŞ dollar əvəzinə onun X4 olan borcunun bu günə 2200 ABŞ dolları olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya tanışı Cabir ilə 2018-ci ilin yay mövsümündə Bakı şəhəri Mərdəkan qəsəbəsində Delfin istirahət mərkəzini işlətmək üçün pul vəsaiti lazım olmuşdur. Cabir iddiaçıya demişdir ki, pulu o tanışı Cavabdeh1 alacaq. Cabir Xaliqdən pulu almaq barədə razılıq alaraq iddiaçı ilə birlikdə Xaliqin yanına yollanmışdır. Xaliq onlara demişdir ki, o, Rəşadı tanımır, pulu ancaq Cabirə verə bilər. Bu an Cabirin şəxsiyyət vəsiqəsi olmadığına görə, onlar məcbur olaraq müqaviləni iddiaçının adına bağlamaq barədə razılığa gəlmişlər. Xaliq təklif etmişdir ki, pulu ancaq o halda verəcək ki, borc verilən məbləğ 10.000 ABŞ dolları olsa da müqavilə 15.000 ABŞ dollarına bağlanmalıdır. xx xxx 2018-ci ildə Bakı şəhəri Yasamal rayonunda yerləşən 53 saylı Notariat kontorunda iddiaçı ilə Cavabdeh1 arasında 15.000 ABŞ dolları məbləğində formal borc müqaviləsi bağlanaraq Xaliq Cabirə 10.000 ABŞ dolları vermişdir. Cabir Xaliqdən aldığı 10.000 ABŞ dollarından 300 ABŞ dolları götürərək 9700 ABŞ dollarını iddiaçıya vermişdir. 2018-ci ilin yay mövsümündə iddiaçı ilə Cabir işləyərək Xaliqə ümumi borcu 10000 ABŞ dollarından 5000 ABŞ dollarını Xaliqə qaytarmışlar. İddiaçının Xaliqə olan borcu 2200 ABŞ dolları, Cabirin isə Xaliqə borcu 2800 ABŞ dolları təşkil edir. Bu barədə iddiaçı xx.xx.2019-cu ildə Yasamal rayonu polis bölməsinə müraciət edərək xx.xx.2019-cu ildə iddiaçıya bölmənin arayışı təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, o, məhz kredit müqaviləsi bağlayaraq iddiaçıya borc pul vermiş və hazırda pulunu geri istəyir. İddiaçı onunla üç dəfə görüşüb və ona əmlaklarını göstərib. O, hələ pulu 3 ay müddətinə verdiyi üçün müqavilə bağlamağı düşünmürdü. Cabir onu məcbur etdi ki, müqavilə imzalasın. Müqaviləni imzalayarkən iddiaçı müqaviləni üç dəfə oxumuşdur. İddiaçı sentyabr ayına kimi həmin borcdan 4000 ABŞ dolları geri qaytarmışdır. Noyabr ayında notarius iddiaçıya xəbərdarlıq məktubu göndərmişdir. Bundan sonra iddiaçı onun evinə gəlmiş və öz xətti ilə nə qədər borcu qaldığını kağızda yazmış və imzalamışdır. O, Sumqayıt Şəhər İcra və Probasiya şöbəsində ərizə verərək iddiaçının 5000 ABŞ dollarını ona verməsini qəbul etmişdir. Həmçinin cavabdeh pulun ödənilməsi üçün ondan xx xxxxxx 2020-ci ilə qədər vaxt istəmiş, o da ərizə yazaraq ona pulun ödənilməsi üçün vaxt verilməsinə razı olduğumu bildirmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Rəşadla Xaliqi o tanış etmişdir. Rəşad ona dəniz kənarında obyekti icarəyə götürəcəyini və bunun üçün ona pul lazım olduğunu bildirmişdir. O, müəllimdən pulu verməsini xahiş etmişdir. Üç-dörd gün sonra çay evində onlar görüşmüşlər. Rəşad Xaliqə torpaq sahəsini göstərmişdir. Xaliq Rəşadın bacarqlı olduğunu və pulu verəcəyini bildirmişdir. Sonradan müqaviləni bağlamaq üçün notariat ofisinə getmişlər. Xaliq Rəşada 15000 ABŞ dolları pul vermişdi. İddiaçının izahatında bildirdiyi kimi iddiaçı ona həmin pulun üzərindən 300 ABŞ dolları verməmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, X1 Rəşad Baba oğluna 15000 ABŞ dolları məbləğində borc verməyi, İddiaçı isə krediti xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdələrinə götürmüşlər. İş materiallarında olan məhkəmə tərəfindən əldə edilmiş notariat işinə əlavə edilmiş X2 xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, X6 xx.xx.2018-ci il tarixli müqavilə üzrə icra qeydinin aparılmasını xahiş etmişdir. Həmin notariat işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli icra qeydindən görünür ki, Bakı şəhəri 53 saylı notariat ofsinin xüsusi notariusu X7 ünvan 1 mən. 31 ünvanında qeydiyyatda olan X3 (AZE C6888823, xx/xx/2009 - YASAMAL RPİ) xeyrinə SUMQAYİT, ev 9\46, mənzil 32 ünvanında qeydiyyatda olan İddiaçı (AZE ********, xx/xx/2016 - SUMQAYİT-ASAN) müddət üçün vaxtında ödənilməmiş 15000 (on beş min ) USD məbləğində pul tutulması, bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 15000 USD və 20 manat pul tutulması təklif edilmişdir. Həmin icra qeydi xx.xx.2019-cu il tarixli məktub ilə icra edilməsi üçün Sumqayıt Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 340.2.-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Yuxarıda qeyd olunduğu kimi, qanunvericiliyə əsasən əqd – tərəfin iradə ifadəsidir. Bu halda iddiaçı mübahisələndirilən müqaviləni imza etməklə, borc götürməsinə və həmin borcu müqavilə ilə müəyyənləşdirilmiş müddətdə geri qaytarılmasına razılığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, mübahisələndirilən əqd faktiki olaraq iddiaçının iradə ifadəsi ilə kredit götürməsinə dair bağlanıldığından, iddiaçı tərəfindən həmin kredit müqaviləsində qeyd olanan məbləğin 15.000 ABŞ dolları deyil 10.000 ABŞ dolları olmasını və hazırda 2200 ABŞ dolları ödənilməmiş borcunun qalmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun azaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar