Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1136/2021 12.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 113145-1-6709 saylı kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2015-ci il tarixli, 1 saylı razılaşma üzrə 1236,43 ABŞ dolları məbləğində əsas borc, 226,56 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə isə 1462,99 (bir min dörd yüz altmış iki ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 izahatında bildirir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 113145-1-6709 saylı kredit müqaviləsinə əsasən cavabdehə istifadə edilmiş məbləğə illik 17 faiz hesablanması şərti ilə 36 ay müddətinə 15841 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 113145-1-6709 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi” barədə xx.xx.2015-ci il tarixli, 1 saylı razılaşmaya əsasən Cavabdeh xx.xx.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh 7661 ABŞ dolları məbləğində borcu illik 17% hesablanması şərti ilə 9 ay 21 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan «KİA Rio minik» markalı, qara rəngli, mühərrik G4FACS419231, ban KNADN512BD6810258, 2012-ci il buraxılışı olan **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxx 2013-cü il tarixli 1131xx-xx-8985 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda, kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında “xx.xx.2013-cü il tarixli 113145-1-8985 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə” xx xxxx 2015-ci il tarixli 1 saylı Razılaşma bağlanmışdır. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2015-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2016-cı il tarixə Banka 7.201,81 ABŞ dolları məbləğində əsas borc, 815,72 ABŞ dolları məbləğində faiz borcu, 33,70 ABŞ dolları cərimə, ümumilikdə isə 8.051,23 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(004)- 8620/2016 saylı qətnaməsi ilə (hakim A.S.Məmmədov) İddiaçı ASC-nin Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və tutma ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş; Cavabdeh xx.xx.2013- cü il tarixli 113145-1-6709 saylı avtomobil krediti müqaviləsi üzrə 7.201,81 ABŞ dolları məbləğində əsas borc, 815,72 ABŞ dolları məbləğində faiz borcu, 3 ABŞ dolları məbləğində cərimə, cəmi 8.020,53 (səkkiz min iyirmi, 53) ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq), ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması; iddia tələbinin Cavabdeh mülkiyyətində olan 2012-ci il buraxılışlı, “KİA Rio minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilə yönəldilməsi; “KİA Rio minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin saxlanılaraq AR DİN Baş Dövlət Yol Polis İdarəsinin cərimə meydançasında yerləşdirilməsi və açıq hərracda satılması; avtomobilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-8620/2016 saylı icra vərəqəsinə əsasən icraya yönəldilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli xx/xx-15191/5 saylı sifariş məktubuna əsasən Cavabdeh məxsus “KİA Rio minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı “X3” MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı “X3” MMC-nin xx xxxxxx 2018-ci il tarixli 05/1 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus “KİA Rio minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmiş, daha sonra isə üçüncü şəxsə satılmışdır. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12658/2019 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(004)-8620/2016 saylı qətnaməsi ləğv edilmiş; İddiaçı ASC-nin Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və tutma ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Tutma ipoteka predmetinə yönəldikdən sonra borclu şəxs Cavabdeh xx.xx.2020-ci il tarixə Banka 1.236,43 ABŞ dolları məbləğində əsas borc, 226,56 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə isə 1.462,99 ABŞ dolları məbləğində borcu qalmışdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, Bank VTB-dən 2013-cü il tarixdə 36 ay müddətinə maşın götürmüşdür. 21 ay ödəniş etdikdən sonra ABŞ dollarının manata olan məzənnəsi 1.50 AZN-ə qalxdı. Sonra yeni qrafiklə ödəməyə başlamışdır. ABŞ dollarının manata olan məzənnəsi yenidən 1.70 azn-ə qalxdı və ödəniş edə bilməmişdir. Məhkəmə qərarı ilə maşın ondan alınmışdır. 3 dəfə hərrac keçirilməsinə baxmayaraq ona heç bir bildiriş gəlməmişdir. Onun hərracdan xəbəri olmamışdır. Maşını hərracda dəyərindən çox aşağı satmışlar. Maşının qiyməti həmin məbləğdən bir neçə dəfə bahadır. 12 min dollar dəyərində olan maşını bankın işçisi 3800 ABŞ dollarına almışdır. Prezidentin məlum fərmanı ilə ona verilən kompensasiyanı da bank borcdan çıxmışdır, ona verilməmişdir. Maşınla evinə çörək qazanırdı. İndi maşın da yoxdur. Bankın tələb etdiyi pul qanunsuzdur. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 113145-1-6709 saylı avtomobil kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 17 % dərəcəsi ödəmək şərti ilə 15841 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 1 saylı razılaşmaya əsasən Cavabdeh xx.xx.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh 7661 ABŞ dollarıməbləğində borcu illik 17% hesablanması şərti ilə 9 ay 21 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2013-cü il tarixli, 113145-1-6709 saylı “avtomobil krediti” müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 1236,43 ABŞ dolları məbləğində əsas, 226,56 ABŞ dolları məbləğində faiz borcu, 0 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1462,99 ABŞ dolları mələğində borcu vardır. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etməmiş və bununla da onun banka ödənilməmiş borcu qalmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il tarixli, 113145-1-6709 saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli, 1 saylı razılaşma üzrə 1236,43 ABŞ dolları məbləğində əsas borc, 226,56 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə isə 1462,99 (bir min dörd yüz altmış iki ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli, 113145-1-6709 saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli, 1 saylı razılaşma üzrə 1236,43 ABŞ dolları məbləğində əsas borc, 226,56 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə isə 1462,99 (bir min dörd yüz altmış iki ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1136/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1136/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver