Məhkəmə qərarları › İş №2(004)-1149/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1149/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1149/2025 20.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “girov qoyulmuş əşyaların geri qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “girov qoyulmuş əşyaların geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 525079 nömrəli girov bileti əsasında xx.xx.2024-cü il tarixdə şəxsi qızıl-zinət əşyalarını qoymaqla götürdüyü 3000 manat və əlavə olaraq hesablanmış faiz məbləğini tam həcmdə ödəməyi ilə girov qismində Cavabdeh tərəfindən saxlanılan 20,53 qramlıq 585 əyarlı şəbəkə qızıl qolbaq, 25,3 qramlıq 750 əyarlı qızıl komplekt dəst, 12,5 qramlıq 989 əyarlı qızıl qolbaq, 4,91 qramlıq 585 əyarlı qızıl sırğa və 5,39 qramlıq 585 əyarlı qızıl sepdən ibarət qızıl zinət əşyalarının Cavabdeh tərəfindən geri qaytarılması və ödənilmiş məhkəmə rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında lombard fəaliyyəti işə məşğul olur. Əvvəlki dövrlərdə Cavabdeh bir neçə qızıl zinət əşyalarını girov qoymaqla aylıq faizini ödəməklə pul götürmüşdür. xx.xx.2024-cü il tarixdə 20,53 qramlıq 585 əyarlı şəbəkə qızıl qolbaq, 25,3 qramlıq 750 əyarlı qızıl komplekt dəst, 12,5 qramlıq 989 əyarlı qızıl qolbaq, 4,91 qramlıq 585 əyarlı qızıl sırğa və 5,39 qramlıq 585 əyarlı qızıl sepdən ibarət qızıl zinət əşyalarını girov qoymaqla 3000 (üç min) manat pulu ssuda qaydasında aylıq faiz ödəmək şərti ilə götürmüşdür. Ssuda üzrə xx.xx.2024-cü il tarixdə ödənilmiş (online) 260 manat faiz borcu geri qaytarılaraq qızıllarının satıldığı bildirilmişdir. Girov qoyulmuş qızıl zinət əşyalarının geri qaytarılmamasına səbəb kimi həmin ssuda üzrə faiz ödənişlərində müəyyən gecikmələrin olması bəhanə gətirilmişdir. Həmçinin qızıl zinət əşyalarının satıldığı bildirilmişdir. Halbuki, qızıllarının satılması qanunsuzdur və absurddur. Qızıl zinət əşyalarnın satılması və ya hərraca çıxardılması barədə cavabdeh tərəfindən heç bir mötəbər sənəd və bildiriş təqdim olunmamışdır. Heç bir halda qızıllarından imtina etməmiş, satışı barədə bildiriş qəbul etməmişdir.. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Qarşı tərəf ona qızılların loma verildiyini bildirsə də, polis idarəsində qızılların satıldığını bildirmişdir. Qızılların çəkisini univermaqdan maraqlanaraq, qeyd etmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Növbəti ay ödəniş etməli idi. Ödənişi 2 ay 10 gün gecikdirmişdir. Ödəniş olaraq 260 manat pulu qarşı tərəfin kartına göndərmişdir, lakin həmin məbləğ ona geri qaytarıldı. Onun qarşı tərəfə 3360 manat borcu vardır. Həmin məbləğin qarşılığında qızıllarımın mənə geri qaytarılmasını xahiş edirəm. Aylıq 180 manat ödəniş etməli idi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. 360 manat 3 ay üçün faiz borcunu təşkil edirdi. İddiaçı qızıllar satıldıqdan sonra 260 manat ödəniş etmişdir. İddiaçıya dəfələrlə ödəniş edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Müqavilədə ayın tamamında ödəniş olunması üçün 10 gün vaxtın verildiyi, 10 gün ərzində ödəniş olmadığı təqdirdə, girovun xəbərdarlıq edilmədən satılacağı qeyd edilmişdir. İddianın rədd edilməsini xahiş edir. Qarşı tərəf aylıq 120 manat ödəniş etməli idi. Qızılların hamısının birlikdə çəkisi 24 qram olmuşdur. Qızıllar tərəflərindən qəbul edilərək Prokredit BOKT-a siyahı əsasında verilmişdir. Pul qızılların lom qiymətinə uyğun olaraq verilir. Müqavilə bağlanarkən qızılın 1 qramının lom qiyməti 65 manat təşkil edirdi. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materialalrında olan İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 525079 nömrəli müqaviləyə və ona əlavə edilmiş eyni tarixli, eyni nömrəli girov biletinə əsasən İddiaçı lombarda qızıl-zinət əşyalarını girov qoymaqla 3000 manat məbləğində pulu Cavabdeh borca götürmüşdür. Girov müqaviləsində girov verənin mühüm şərti kimi göstərilmişdir ki, verilmiş ayın tamamında ödəniş olunması üçün əlavə 10 gün vaxt verilir. 10 gün ərzində ödəniş olunmalıdır, əks halda girov xəbərdarlıq edilmədən satılacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. 302.3. Saxlanca qoyulan əşyalar lombarda verilir. 302.4. Lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. 302.5. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. 302.6. Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. 302.8. Lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. 302.8-1. Lombard cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir. 302.9. Əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 20,53 qramlıq 585 əyarlı şəbəkə qızıl qolbaq, 25,3 qramlıq 750 əyarlı qızıl komplekt dəst, 12,5 qramlıq 989 əyarlı qızıl qolbaq, 4,91 qramlıq 585 əyarlı qızıl sırğa və 5,39 qramlıq 585 əyarlı qızıl sepdən ibarət qızıl zinət əşyalarını xx.xx.2024-cü il tarixli, 525079 nömrəli müqaviləyə və ona əlavə edilmiş eyni tarixli, eyni nömrəli girov biletinə əsasən Cavabdeh 3000 manat pul müqabilində pul götürməklə lombarda qoymuşdur. Hazırda İddiaçı Cavabdeh qarşı “girov qoyulmuş əşyaların geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 525079 nömrəli girov bileti əsasında xx.xx.2024-cü il tarixdə şəxsi qızıl-zinət əşyalarını qoymaqla götürdüyü 3000 manat və əlavə olaraq hesablanmış faiz məbləğini tam həcmdə ödəməyi ilə girov qismində Cavabdeh tərəfindən saxlanılan 20,53 qramlıq 585 əyarlı şəbəkə qızıl qolbaq, 25,3 qramlıq 750 əyarlı qızıl komplekt dəst, 12,5 qramlıq 989 əyarlı qızıl qolbaq, 4,91 qramlıq 585 əyarlı qızıl sırğa və 5,39 qramlıq 585 əyarlı qızıl sepdən ibarət qızıl zinət əşyalarının Cavabdeh tərəfindən geri qaytarılması və ödənilmiş məhkəmə rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaı iddiasını əsaslı edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli, 525079 nömrəli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini, müqavilə üzrə etməli olduğu aylıq ödənişləri vaxtında, yəni müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməmiş, nəticədə tutma öhdəliyin icrasının təmini vasitəsi olan lombarda qoyulmuş qızıl zinət əşyalarının hesabına realizə edilmişdir. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 525079 nömrəli müqavilədə verilmiş ayın tamamında ödəniş olunması üçün əlavə 10 gün vaxt verilməsi, 10 gün ərzində ödənişin olunması, əks halda girovun xəbərdarlıq edilmədən satılacağı girov verənin mühüm şərti kimi göstərilmişdir. İş materiallarında olan tərəflər arasındakı whatsapp yazışmalarından da görünür ki, İddiaçı müqavilə üzrə borcun öhdəliyin icrasının təmini vasitəsi kimi lombarda qoyulmuş qızıl zinət əşyalarının hesabına realizə ediləcəyi barədə dəfələrlə xəbərdar olunmuşdur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “girov qyulmuş əşyaların geri qaytarılması” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “girov qyulmuş əşyaların geri qaytarılması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar