Məhkəmə qərarları › İş №2(004)-115/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-115/2025

01.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-115/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyindən (“Azərovçu” İctimai Birliyi) 108000 manat icarə haqqı borcunun, 2022-ci ildə 437,66 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 300 manat ekspert xərcinin, 31 manat sifarişli poçt xərcinin və ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 109168,66 manat pulun alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, 943,8 kv. metr sahədən ibarət əmlak kompleksi kimi müəssisə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli dövlət reyestrdən çıxarışa əsasən onun mülkiyyətindədir. Mülkiyyətində olan, 943,8 kv. metrdən ibarət olan daşınmaz əmlakın Xəqani küçəsi, 93 ümvanda yerləşən “C” tikilisinin 200 kv.metr sahəsi “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin (“Azərovçu” İctimai Birliyi) qanunsuz istifadəsində olmuşdur. Cavabdeh həmin sahədən 2017-ci ildən ovçuluq məhsullarının satışı üçün istifadə etmişdir. 08 avqust 2019-cu il tarixdə və 22 may 2022-ci il tarixdə cavabdehə yazılı surətdə müraciət edərək, mülkiyyətindəki qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmiş, lakin müraciətlərinə cavab verilməmişdir. Cavabdehin qanunsuz hərəkətindən və mülkiyyətində olan sahənin boşaltması və vurulmuş ziyanın ödənilməsinə dair 10 iyun 2022-ci ildə iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bu iddia üçün 437,66 manat dövlət rüsumu ödəmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1504/2022 saylı qətnaməsi ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi (“Azərovçu” İctimai Birliyi) İddiaçı məxsus olan sahədən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsi xx.xx.2022ci il :arixində qüvvəyə minmiş və xx.xx.2022-ci il tarixində icra vərəqəsi verilmişdir. Lakin, cavabdeh müxtəlif bəhanələrlə icra hərəkətindən yayınmış, Səbail rayon icra şöbəsinin icra məmuru ilə icra hərəkətlərini icra etmək üçün getdikdə obyekti bağlamış və icradan yayınmışdır. Bunu həmin gün tərtib edilmiş aktlar, fotoşəkillər və video görüntülər təsdiq edir. Dəfələrlə Birliyin sədri Füzuli Əşrəfova, onun vəkili və nümayəndəi ilə görüşmüşdür. Mülkiyyətindən qanunsuz istifadəyə son qoymasını, obyektdən istifadəyə görə icarə haqqı ödəməyi, yaxud obyekti boşaltmağı tələb etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1504/2022 saylı qətnaməsinin icrasını əngəlləmək məqsədi ilə cavabdeh ona və icra məmuruna qarşı müxtəlif əsassız iddia ərizələri verməklə mülkiyyətindəki sahəni boşaltmamışdır. 01 aprel 2024-cü ilə kimi cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin “C” tikilisinin 200 kv. metr sahəsindən qanunsuz şəkildə istifadə etmiş və gəlir götürmüşdür. Mülkiyyətindəki qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə hər hansı müqaviləsi yoxdur və ümumiyyətlə olmamışdır. Halbuki, başqasının mülkiyyətindəki olan sahədən istifadə edilməsi üçün mütləq şəkildə icarə müqaviləsi olmalıdır və icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Bakı şəhərinin Xəqani küçəsi ticarət və xidmət fəlaiyyəti üçün ən gəlirli yerlərindən hesab edilir. Bu ərazidə 1-ci mərtəbədə yerləşən obyektlərinin 1 Kv.metrinin icarə qiymətləri 30- 50 manat arasında dəyişir. Onun mülkiyyətində olan və cavabdeh tərəfindən istifadə edilən qeyri-yaşayış sahəsinin 1 kv. metr sahənin icarə qiymətinin müəyyənləşdirilməsi üçün tərəfindən Azərbaycanda tanınmış qiymətləndirmə şirkəti olan "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ƏEM/M 73-199/24 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən hüquqi ünvanı ünvan 2 Səbail rayonu, Xaqani küçəsi, 93 ünvanında yerləşən “C” tikilisinin 200,0 kv.metr sahəsinin 1 kv.metr üzrə orta aylıq icarə haqqı 27 mart 2024-cü il tarixinə 30,0 (otuz) manat/1 kv.metr (vergi və digər xərclər xaric) təşkil edir. Beləliklə də, cavabdeh hər ay ona ən azı 6000 (altı min) manat ziyan vurmuşdur. Belə olan halda, 01 oktyabr 2022-ci il tarixindən 01 aprel 2024-cü il tarixinə qədər olan müddət 18 ay təşkil edir və riyazi hesablamalara əsasən ona 108.000 manat (18 ay x 6.000 manat (hər ay üçün icarə haqqı) məbləğində maddi zərər vurulmuşdur. Bundan əlavə 2022-ci ildə Səbail Rayon Məhkəməsinə cavabdehin qanunsuz sahibliyində olan daşınmaz əmlakdan çıxarılması və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia verilən zaman 438 manat dövlət rüsumu ödəmişdir. Bir neçə dəfə poçt vasitəsi ilə sifarişli xəbərdarlıqlar göndərmişdir. Mülkiyyətində olan daşınmaz əmlaka cavabdehin qanunsuz sahibliyi nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Tərəfindən 15 mart 2024-cü tarixdə cavabdehə vurulmuş zərərin könüllü surətdə könüllü surətdə odəlməsinə dair pretenziya məktubu göndərilsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehin qanunsuz hərəkətindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, qeyd edir ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və adına VÖEN yoxdur. Bu səbəbdən də mübahisə kommersiya mübahisəsi hesab edilmir. Vurulmuş zərərin ödənilməsinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, Səbail Rayon Məhkəməsinin 10 may 2024- cü il tarixli, 2(009)-1168/2024 saylı qərardadı ilə vergi ödəyicilərinin məlumatına əsasən cavabdehin hüquqi ünvanı ünvan 4ni və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Eyni zamanda həmin qərardadda izah edilmişdir ki, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsi üzrə müraciət etməlidir. Cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X1 “Azərovçu” İB-nə qarşı iddia ərizəsi üzrə tələbi cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 109.168,66 manat məbləğin, o cümlədən 108.000 manat icarə haqqı borcunun, 2022-ci ildə 437,66 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 300 manat ekspert xərcinin, 31 manat sifarişli poçt xərcinin və ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun tutulmasıdır. İddia tələbinin əsası kimi ona istinad edir ki, Bakı şəhəri, Nizami küçəsi 92 üvanında yerləşən 200 kv.m. qeyriyaşayış sahəsi 2017-ci ildən onun mülkiyyətindədir və cavabdeh tərəfindən qanunsuz istifadə edilmişdir. Cavabdehin mülkiyyətçi ilə müqaviləsi olmadığından, sahəndən istifadə etməsi ilə cavabdeh tərəfindən dilek törədildiyini hesab edir. Həmin sahənin aylıq icarə haqqı 6.000 manat hesabı ilə 18 ay qanunsuz istifadə müddəti üçün 108.000 manat təşkil edir. Cavabdehin həmin sahədən çıxarılması barədə iddia qaldırmışdır və həmin iddia üçün 437,66 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsində tələbin əsasları kimi qeyd olunan dəlilləri və eyni tələblə bağlı tərəflər arasında mübahisəyə dair mövcud qətnamə ilə müəyyən edilmiş hallar baxımından hazırkı iddia əsassızdır və təmin edilə bilməz. 1. İlkindən qeyd olunmalıdır ki, hazırkı mübahisə ilə bağlı delik mövcud olması üçün cavabdeh tərəfindən iddiaçıya bir başa və ya dolayısı ilə zərər vurulması ilə nəticələnən mülki hüquq pozuntusuna yol verilməlidir. Yəni cavabdeh qeyd olunan sahəni qanunsuz zəbt etməli, özbaşına sahibliyinə almalı kimi hərəkətləri ilə bağlı hallar mövcud olmalıdır. Lakin cavabdeh həmin sahəni icarə əsasları ilə istifadəsinə almış və bu hal iddiaçıya məlumdur. Lakin adı çəkilən mövcud icarə müqaviləsi indiyə kimi mübahisələndirilməmişdir. 2. Cavabdeh həmin sahəni istifadəsinə özbaşına zəbt etməmiş, əmlak kompleksinin mülkiyyətçisi olan "xxxx" ASC tərəfindən yerləşdirilmişdir və bununla bağlı tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış icarə müqaviləsi mövcuddur. İcarə müqaviləsinə əsasən verilən sahə Xəqani küçəsi tərəfdə yerləşir və icarədə olan sahə 200 kv.m. yox, 120 kv.m. təşkil edir. “Azərovçu” İB-nin istifadəsinə tərəflər arasında mövcud xx.xx.2015-ci il tarixli icarə müqaviləsi əsasında xx.xx.2016-cı il tarixdə verilmişdir.

3. "xxxx" ASC ilə “Azərovçu” İB-nin arasında icarə müqaviləsinin bağlanması və sahənin onun istifadəsinə verilməsinə əsas İB-nə məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda yerləşən torpaq sahəsinidə hündür mərtəbəli bina kompleksinin tikintisinin aparılması və bunun üçün sakinlərin köçürülməsinin birgə təmin edilməsi ilə bağlı "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə olmuşdur. 4. Göründüyü kimi, iddia ərizəsində adı çəkilən qeyri-yaşayış sahəsinə iddiaçı mülkiyyət hüququ əldə etməmişdən bir il əvvəl “Azərovçu” İB-nin istifadəsinə verilmişdir. Ona görə də, mübahisəli sahənin iddiaçının mülkiyyətində və istifadəsində olduğu zaman “Azərovçu” İB tərəfindən zəbt edilməsinə dair iddiaçının göstərdikləri həqiqətə uyğun deyildir. 5. Adı keçən sahənin 2017-ci ildən əvvəl "xxxx" ASC-yə məxsus olduğu mübahisələndirilmir. Lakin həmin sahənin 2017-ci ildən sonra iddiaçıya təhvil verildiyi müəyyən edilmir. Belə bir təhvil vermə mümkün də deyildir. Çünki “Azərovçu” İB-nin həmin sahədən çıxarılması, onunla "xxxx" ASC arasında mövcud müqaviləyə xitam verilməli və ya başqa yerlə təmin edilməli məsələsi öncədən həll edilməli idi. Hər bir halda təhviltəslimdə sahənin faktiki istifadəsində olan “Azərovçu” İB iştirak etməli idi. 6. Nəticə etibarı ilə mübahisəli sahə ilə bağlı müəyyən edilən hallar ardıcıllığına görə, iddiaçı mülkiyyət hüququnu əldə etmiş olsa da, sahəni təhvil götürməmişdir. Bu məsələni də cavabdeh “Azərovçu” İB ilə deyil, "xxxx" ASC ilə həll etməli idi. 7. Lakin iddiaçı özü də "xxxx" ASCnin səhmdarlarından biri olduğundan məsələni dolayısı ilə məhkəmə yolu ilə həll edilməsinə üstünlük vermişdir. 8. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh “Azərovçu” İB adı çəkilən qeyri-yaşayş sahədən çıxarılması qət edilmişdir. Etirazın yuxarıdakı bəndlərində qeyd edilənlər tam şəkildə həmin qətnamədə müəyyən edilmişdir. 9. Məhkəmə qətnaməsinin icrası ilə bağlı “Azərovçu” İB mövcud icarə müqaviləsinin tələbinə uyğun olaraq "xxxx" ASC-dən onu başqa ünvanda yerləşdirilməsini və ya yerləşdirilməsinə çəkiləcək xərclərin ödənilməsini tələb etmişdir. Lakin məsələ həll edilmədiyindən məhkəməyə müraciət etmişdir. 10. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-873/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia "xxxx" ASC-nə nisbətdə qismən təmin edilmişdir. Bundan sonra da "xxxx" ASC tərəfindən “Azərovçu” İB başqa ünvanda yerləşdirilməsi ilə bağlı məsələni həll etmiş və hazırkı iddiada adı çəkilən qeyri-yaşayış sahəsini boşaldılmış, tərəflər arasında mövcud icarə müqaviləsinə xitam verilmişdir. 11. Qeyd olunan qeyri-yaşayış sahəsi ilə bağlı baş vermiş hadisələrin ardıcıllığından göründüyü kimi “Azərovçu” İB həmin sahəni qanuni əsaslarla istifadəsinə almış, mübahisədən sonra da məhkəmə müdafiə hüququ təmin edilməklə, icarəni davam etmiş, qanunun tələbinə uyğun olaraq icarə sahəsini boşaldıb, icarəverənə təhvil vermişdir. 12. Əlavə olaraq xatırlatması vacibdir ki, iddia ərizəsində qeyd olunan Səbail rayon məhkəməsinin 2(009)- 1504/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin aid olduğu iş üzrə iddiaçı olan İddiaçı cavabdeh “Azərovçu” İB-nə qarşı iddiasında cavabdehin daşınmaz əmlakdan çıxarılması və dəymiş maddi zərərin ödənilməsi tələbi ilə çıxış etmişdir. 13. Tələbi: - “ünvan 6 ünvanında yerləşən 943,8 kv.m. sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin “C” tikilisinin 200 kv.m. qeyri-yaşayış sahəsindən cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin məcburi qaydada çıxarılması, 2017-ci ilin iyun ayından başlayaraq 2022-ci ilin 6 ayı üçün ona vurulmuş 147.000 manat zərərin (əldən çıxmış fayda şəklində) cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 14. Həmin iddia üzrə Səbail rayon məhkəməsinin 2(009)-1504/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehin daşınmaz əmlakdan çıxarılması təmin edilmiş, 147.000 manat dəymiş maddi zərərin ödənilməsi hissəsində isə təmin edilməmişdir. 15. Hazırkı iddia ilə iddiaçı eyni şəxsə qarşı, eyni tələb və eyni əsasla maddi ziyanı xx.xx.2022-ci ildən sonrakı 18 ay müddət üçün tələb etmişdir. 16. Səbail rayon məhkəməsinin 2(009)-1504/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində dəymiş maddi zərərin ödənilməsi ilə bağlı müəyyən etmişdir ki, “.... Məhkəmə iddia tələbinin 2017-ci ilin iyun ayından başlayaraq 2022-ci ilin 6 ayı üçün ona vurulmuş 147.000 manat zərərin (əldən çıxmış fayda şəklində) tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir...” 17. Səbail rayon məhkəməsinin 2(009)-1504/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı razılaşmış və ondan apellyasiya şikayəti verməmişdir. 18. Nəzərə alınmalıdır ki, cavabdeh “Azərovçu” İB adı çəkilən qeyri-yaşayış sahəsi ilə bağlı mövcud icarə münasibəti 2016-cı ildən başlayaraq, (2017-ci ilin iyun ayından 2022-ci ilin 6 ayı və xx.xx.2022-ci ildən sonrakı 18 ay müddətləri də daxil olmaqla) qeyri-yaşayış sahəsini boşaltdığı günədək müddətlər ərizndə dəyişməmiş, eyni qayda ilə davam etmişdir. Bu baxımdan hazırkı iddia tələbi təmin edilə bilməz. 19. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyindən (“Azərovçu” İctimai Birliyi) 108.000 manat vurulmuş ziyanın, 2022-ci ildə 437,66 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 300 manat ekspert xərcinin, 31 manat sifarişli poçt xərcinin və ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 109.168,66 manat pulun alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyindən (“Azərovçu” İctimai Birliyi) 108.000 manat vurulmuş ziyanın, 2022-ci ildə 437,66 manat məbləğində ödənilmiş dövlət rüsumunun, "xxxx" MMC-yə ödənilmiş 300 manat qiymətləndirmə xərcinin, 31 manat sifarişli poçt xərcinin, ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun, "xxxx" MMC-yə ödənilmiş 300 manat və “X7 Mərkəzi” MMC-yə ödənilmiş 400 manat, ümumilikdə 109.868,66 manat pulun alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, , ünvan 3 ünvanında yerləşən C tikilisinin 200,0 kv.metr sahəsinin 1 kv.metr üzrə 2022- 2023-cü il tarixləri üzrə orta aylıq icarə dəyərinin müəyyən edilməsi üçün "xxxx" MMC-yə müraciət edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli hesabat hazırlanmışdır və həmin hesabat məhkəməyə təqdim edilir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli hesabatın hazırlanması üçün tərəfindən xx.xx.2024-cü il tarixində 300 manat ödəniş edilmişdir. Eyni zamanda Yasamal Rayon Məhkəməsi tərəfindən qiymətləndirmə ekspertizasnın keçirilməsi haqda qərar qəbul edilmişdir və ekspertizanın keçirilməsi “X7 Mərkəzi” MMC-yə həvalə edilmişdir. “X7 Mərkəzi” MMC tərəfindən verilmiş rəy üçün tərəfindən xx.xx.2025-ci il tarixində 400 manat ödəniş edilmişdir. Beləliklə də, tərəfindən hazırki iş üzrə əlavə olaraq 700 manat məbləğində xərc çəkilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 (Yeni qaydalarla ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 943.8 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1504/2022 nömrəli qətnaməsi və icra vərəqəsinə əsasən cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 (Yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən 943,8 kv.m. sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin “C” tikilisinin 200 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılsın. Qətnamə 16 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra vərəqəsi 24 oktyabr 2022-ci il tarixdə icraya verilmişdir. İş materiallarında olan İddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin sədri Füzuli Əşrəfova ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya (xəbərdarlıq) məktubuna əsasən ünvan 8 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olduğunu, hazırda mülkiyyətində olan qeyri-yaşayış sahəsinin “C” tikilisinin 200 kv. metr sahəsi tərəfinizdən qanunsuz şəkildə istifadə edildiyini, mülkiyyətindəki qeyri-yaşayış sahəsindən istifadəyə dair onunla hər hansı müqavilənin olmadığını, mülkiyyətindəki qeyri-yaşayış sahəsinin boşaldılması haqda dəfələrlə etdiyi xəbərdarlıqlarına məhəl qoyulmadığını, mülkiyyətindən sərbəst istifadə hüququnu pozmaqla, ona maddi zərər vurulduğunu, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 7 (yeddi) gün müddətində boşaldılmasını, əks təqdirdə ona vurulmuş zərərin ödənilməsi və məcburi şəklildə çıxarılmağa dair iddia ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan İddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin sədri Füzuli Əşrəfova ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubuna əsasən ünvan 8 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olduğunu, hazırda mülkiyyətində olan qeyri-yaşayış sahəsinin “C” tikilisinin 200 kv. metr sahəsi tərəfinizdən qanunsuz şəkildə istifadə edildiyini, mülkiyyətindəki qeyri-yaşayış sahəsindən istifadəyə dair onunla hər hansı müqavilənin olmadığını, mülkiyyətindəki qeyri-yaşayış sahəsinin boşaldılması haqda dəfələrlə etdiyi xəbərdarlıqlarına məhəl qoyulmadığını, mülkiyyətindən sərbəst istifadə hüququnu pozmaqla, ona maddi zərər vurulduğunu, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 7 (yeddi) gün müddətində boşaldılmasını, əks təqdirdə ona vurulmuş zərərin ödənilməsi və məcburi şəklildə çıxarılmağa dair iddia ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan İddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin sədri Füzuli Əşrəfova ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya (xəbərdarlıq) məktubuna əsasən ünvan 8 ünvanda yerləşən, 943,8 kv. metr sahədən ibarət əmlak kompleksi kimi müəssisə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli dövlət reyestrdən çıxarışa əsasən onun mülkiyyətindədir. Mülkiyyətində olan daşınmaz əmlakının Xəqani küçəsi 93 ünvanda yerləşən C tikilisindən qanunsuz istifadə etdiyi üçün Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 1504/2022 saylı qətnaməsi ilə “Azərbaycan Ovçular və Balıqçılar Oəmiyyəti” İctimai Birliyinin (“Azərovçu” İctimai Birliyi) İddiaçı smayıl oğluna məxsus olan sahədən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsi xx.xx.2022-ci il tarixində qüvvəyə minmiş və xx.xx.2022-ci il tarixində icra vərəqəsi verilmişdir. xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə icra hərəkətlərini həyata keçirmək üçün o və Səbail rayon icraçıları obyektə gəlsələrdə, bilərəkdən obyekti bağlı saxlayaraq icra hərəkətlərini etməkdən yayınmış, dəfələrlə xəbərdarlıqlar edərək mülkiyyətinin təhvil verilməsini tələb etmişdir. Lakin, müxtəlif bəhanələrlə icra hərəkətindən yayınmışlar və Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- '504/2022 saylı qətnaməsinin icrasını əngəlləmək məqsədi ilə müxtəlif əsassız iddia ərizələri verməklə mülkiyyətindəki sahəni boşaldılmır. Hazırda mülkiyyətində olan qeyri-yaşayış sahəsinin “C” tikilisinin 200 kv. metr sahəsi hələ də tərəfinizdən qanunsuz şəkildə istifadə edilir. Mülkiyyətindəki qeyri-yaşayış sahəsindən istifadəyə dair onunla hər hansı müqavilə yoxdur. Halbuki, başqasının mülkiyyətində olan sahədən istifadə edilməsi üçün mütləq şəkildə icarə müqaviləsi olmalıdır və icarəçi zarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Qeyd edilən ünvanda 1 kv. metr sahənin ən aşağı icarə qiyməti 30-40 manat arasında dəyişir. Bu hesabla hər ay ona ən azı 6000 (altı min) manat ziyan vurulmuş, bu günə kimi əmlak və torpaq vergisi ödənilməmiş qalmışdır. Belə olan halda, 01 oktyabr 2022-ci il tarixindən 01 aprel 2024-cü il tarixinə qədər olan müddət 18 ay təşkil edir və nəzəri hesablamalara əsasən ona ən azı 108.000 manat (18 ay x 6.000 manat) məbləğində maddi zərər vurulmuşdur. Mülki qanunverciliyə əsasən Azərbaycan Respublikasında əmlakın özbaşına tutulması (zəbtedilməsi) qanunla qadağan olunur və mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. O da məlumdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Beləliklə, mülkiyyətindən sərbəst istifadə hüququnu pozmaqla, ona maddi zərər vurulmuşdur. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, mülkiyyətində olan qeyri-yaşayış sahəsini 5 (beş) gün müddətində boşaldılmasını və ona vurulmuş 108.000 manat zərəri (əldən çıxmış faydanı) ödənilməsi, əks təqdirdə vurulan ziyan məhkəmə qaydasında geri tələb ediləcəyi və bu zaman yaranacaq əlavə məhkəmə, vəkil, ekspert və sair xərclər də tutulacağı bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, ƏEM/M 73-199/24 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən aparılmış hesablamalar və təhlillərə əsasən hüquqi ünvanı ünvan 2 Səbail rayonu, Xaqani küçəsi, 93 ünvanında yerləşən C tikilisinin 200,0 kv.metr sahəsinin metr üzrə orta aylıq icarə haqqı 27 mart 2024-cü il tarixinə: 30,0 (otuz) manat/1 kv.metr (vergi və digər xərclər xaric) təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən İddiaçı oğlunun mülkiyyətində olan, ünvan 11 ünvanda yerləşən Əmlak kompleksinin 200 kv. metr sahəsindən “Azərovçu” İctimai birliyi istifadə etmiş və 31 mart 2024-cü ildə qeyd edilən sahəni boşaldaraq tərk etmişdir. Boşaldılmış sahədə “Azərovçu” İctimai Birliyinin heç bir əşyası qalmamışdır. Sahə tullantı və əşya qalıqlarından təmizlənməmişdir. Bu akt tərtib edildikdən sonra “Azərovçu” İctimai birliyinin sədri Füzuli Əşrəfova aktı imzalamaq və tanış olmaq üçün müraciət edilmiş və o imzalamaqdan imtina etmişdir. İş materiallarına əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-873/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən 20000 manat məbləğində pul, ödənilmiş 150 manat dövlət rüsumu, ümumilikdə 20150 (iyirmi min bir yüz əlli) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Azərovçu” İB-nin sədri Füzuli Əşrəfov tərəfindən Bakı şəhəri Səbail rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(113)-873/2024 saylı qətnaməsinə əsasən "Azərovçu" İctimai Birliyinin cavabdeh İddiaçı və "xxxx" ASC-yə qarşı iddiası qismən təmin edilərək, dən müştərək qaydada tutulması, 20.150 manat məbləğin ödənilməsi ilə "Azərovçu" İctimai Birliyinin xeyrinə cavabdeh "xxxx" ASC-dən cəmi 20.150 manat məbləğin tutulması qət edilmişdir. Eyni tarixli icra sənədi verilmiş və icrası Səbail rayon İcra şöbəsinə tapşırılmışdır. Adı çəkilən qətnamə elan olunandan sonra cavabdehlə qarşılıqlı razılaşma əsasında, qarşılıqlı olaraq tələblər təmin edilmiş və tələblə bağlı iradı olmadığından, mübahisəli icarə səhəsi tərəfindən boşaldılıb, cavabdehə təhvil verilmişdir. Bu baxımdan adı çəkilən qətnamə və onun əsasında verilmiş icra sənədinin icrasına lüzüm qalmamışdır. Ona görə də, icra sənədi üzrə işin icraatına xitam verilməsini və məhkəməyə qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərara əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-873/2024 nömrəli icra sənədinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 01 nömrəli qarşılıqlı əməkdaşlıq müqaviləsinə əsasən Birinci tərəf Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda yerləşən 0.70 ha. Torpaq sahəsində hündür mərtəbəli bina kompleksinin tikintisinin həyala keçirilməsi üçün həmin ərazidə “Azərovçu” İB-nə məxsus bina və tikili sahələrindən istifadəsində, icarədə olan şəxslərin İkinci tərəf özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani və Nizami küçələri arasında qeyri-yaşayış əmlak kompleksində yerləşdirilməsi ilə bağlı ödənişlərin, ış və xidmətlərin, elecədə xərclərin və gəlirlərin bölüşdürülməsinin qarşılıqlı həyata keçirilməsi müqavilənin predmetini təşkil edir. İş materiallarında olan "xxxx" ASC ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi” arasında bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsinə əsasən “İcarəyə verən” öznə məxsus olan, ünvan 14 ünvandakı qeyri-yaşayış daşınmaz əmlak kompleksində, ikinci mərtəbəsində 100 kv.m. və Xəqani küçəsi tərəfində birinci mərtəbədən 120 kv.m., cəmi 220 kv.m. sahəni icarəyə verir. ’’İcarəçi” həmin sahəni müqavilə üzrə şərtləşdirilmiş qaydada, binanın ikinci mərtəbəsində yerləşən sahəni ofis, birinci mərtəbədə yerləşən sahəni isə ovçu mağazası kimi işlədəcəyi məqsədi ilə istifadəyə qəbul edir. İcra müqaviləsi iki il müddətinə bağlanmış, müqavilə tərəflərin digər əmlakla bağlı əvəzli istifadə münasibətlərindən irəli “Azər Ovçu” İB yeni qeyri-yaşayış sahəsi ilə təmin edilənədək, eyni şərtlər daxilində uzadıla bilər. Müqavilənin müddətinin bitməsinə ən azı bir ay qalmış, onun pozulmasına heç bir tərəf yazılı bildiriş verməmişsə, müqavilə eyni şərtlər daxilində, eyni müddətə uzadılmış hesab olunur. İş materiallarında olan İddiaçı və X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən “İCARƏVERƏN” mülkiyyətində olan, hüquqi ünvanı ünvan 15l rayonu, Nizami küçəsi 154) yerləşən, ümumi sahəsi 943,8 kv. metrdən ibarət olan qeyriyaşayış sahəsinin Səbail rayonu, Xəqani küçəsi 93 ünvandakı C tikilisinin 1-ci mərtəbəsindən 250 kv. metr olmaqla, ikinci mərtəbəsində 62.5 kv. metr olmaqla, ümumilikdə 312.5 kv. metr sahəni (bundan sonra “icarə obyekti” adlanacaq) ictimai iaşə və ticarət xidməti fəaliyyəti üçün “İCARƏÇl”yə icarəyə verir, “İCARƏÇİ” isə bu müqavilədə göstərilən şərtlərə müvafiq olaraq müvəqqəti istifadəyə qəbul edir. Həmin müqavilənin 4.1ci yarımbnədinə əsasən aylıq icarə haqqı 10000 (on min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən “İCARƏVERƏN” mülkiyyətində olan, hüquqi ünvanı ünvan 15l rayonu, Nizami küçəsi 154) yerləşən, ümumi sahəsi 943,8 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsinin Səbail rayonu, Xəqani küçəsi 93 ünvandakı C tikilisinin 1-ci mərtəbəsindən 145 kv. metr olmaqla, ümumilikdə 145 kv. metr sahəni (bundan sonra “icarə obyekti” adlanacaq) ictimai iaşə və ticarət xidməti fəaliyyəti üçün “İCARƏÇl”yə icarəyə verir, “İCARƏÇİ” isə bu müqavilədə göstərilən şərtlərə müvafiq olaraq müvəqqəti istifadəyə qəbul edir. Həmin müqavilənin 4.1-ci yarımbnədinə əsasən aylıq icarə haqqı 4500 (dörd min beş yüz) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı və X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən “İCARƏVERƏN” mülkiyyətində olan, hüquqi ünvanı ünvan 15l rayonu, Nizami küçəsi 154) yerləşən, ümumi sahəsi 943,8 kv. metrdən ibarət olan qeyriyaşayış sahəsinin Səbail rayonu, Xəqani küçəsi 93 ünvandakı C tikilisinin 1-ci mərtəbəsindən 25 kv. metr sahəni (bundan sonra “icarə obyekti” adlanacaq) və gül və bitkiçilik məhsullarının satışı üçün “İCARƏÇl”yə icarəyə verir, “İCARƏÇİ” isə bu müqavilədə göstərilən şərtlərə müvafiq olaraq müvəqqəti istifadəyə qəbul edir. Həmin müqavilənin 4.1-ci yarımbnədinə əsasən aylıq icarə haqqı 800 (səkkiz yüz) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)-1177/2014 nömrəli icra vərəqəsinə əsasən iddia təmin edilərək, İddiaçı "xxxx" ASC-nin səhmdarlarının sırasından çıxarılsın və İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki 100.530 ədəd (18.85%) səhminin qarşılığında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 ünvanında yerləşən obyektin ümumi torpaq sahəsindən 1498,2 kv. metr ayrılmaqla 2004,26 kv. metr qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektin vahid girişindən istifadə edilməklə və torpaq sahəsindən 1255 kv. metr ayrılmaqla 327,6 kv. metr qeyri-yaşayış sahəsi, Xəzər rayonu (Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən obyektin ümumi girişindən istifadə edilməklə və torpaq sahəsindən 2479,4 kv. metr ayrılmaqla 194,6 kv. metr qeyri-yaşayış sahəsi İddiaçı verilsin. Həmin torpaq və qeyri-yaşayış sahələrinin naturada ayrılması aşağıdakı qaydada həyata keçirilsin: Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 ünvanında yerləşən obyektin torpaq və qeyri-yaşayış sahəsinə münasibətdə: Həyətyanı sahədə sərhəd hasarı çəkilsin. Həmin qeyri-yaşayış obyektinin texniki pasportu üzrə göstərilən 4 nömrəli tikilidə (5 nömrəli tikilinin giriş İ hissəsindəki divarından 1,4 metr aralı) arakəsmə divarı hörülərək 4 nömrəli tikilinin 2-ci hissəsi, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21 nömrəli tikililər digər tikililərdən təcrid olunsun və həmin tikililər, həmçinin ofis və yuyucu sexi kimi istifadə olunan “B” tikilisi, texniki pasport üzrə göstərilən və təcrid şəkildə yerləşən “C”, “Ç”, “Çİ”, “D”, “E” tikililəri İ yerləşdikləri torpaq sahəsi ilə birlikdə və «A» tikilisinin 1-ci mərtəbəsində yerləşən 43,44,45,46,47 nömrəli tikililər İddiaçı verilsin. Bölgü zamanı qeyd edilən torpaq sahəsinə Xəqani küçəsi tərəfdən olan giriş yolu bölünmüş sahəyə keçid məqsədilə tərəflərin ümumi istifadədəsində saxlanılsın. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektin torpaq və qeyri-yaşayış sahəsinə münasibətdə: Qeyri-yaşayış obyekti üzrə giriş hissə tərəflərin ümumi istifadəsində saxlanılmaqla həyətyanı sahədə “A” saylı anbar binasının qarşısında sərhəd hasarı çəkilsin, həmin binanın texniki pasport üzrə göstərilən 1 nömrəli tikilisində arakəsmə divarından 9 metr aralı əlavə arakəsmə divar hörülsün və 1 nömrəli tikilinin bir hissəsi, həmçinin 2, 3, 4, 5 nömrəli tikililər İddiaçı verilsin. Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən obyektin torpaq və qeyri-yaşayış sahəsinə münasibətdə: qeyri-yaşayış obyekti üzrə həyətyanı sahədə “C” nömrəli yaşayış binasının qarşısında sərhəd hasarı çəkilərək bu tikili digər tikililərdən təcrid olunsun və həmin binanın texniki pasport üzrə göstərilən 1,2,3,4,5 nömrəli tikililəri İddiaçı verilsin. Yuxarıda göstərilən torpaq və qeyri-yaşayış sahələri üzərində İddiaçı xüsusi mülkiyyət hüququ tanınsın və iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması Az. Res. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə olunsun. Qətnamə 29 sentyabr 2014-cü il tarixdə qanuni qüvvəsini almış və icra vərəqəsi 29 sentyabr 2014-cü il tarixdə verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin “Azərovçu” İB-yə ünvanlanmış cavab məktubuna əsasən 1. Yasamal rayon məhkəməsində baxılan X1 “Azərovçu' İB-nə qarşı qeyd eldiyiniz iddia ərizəsi ilə “Arena" ASC-ninheç bir əlaqəsi və qarışacağı yoxdur. 2. İddia ərizəsinin məzmununa gəlincə, "xxxx" ASC hesab edir ki, X3 iddia tələbində tam haqsızdır. 3. İddia ərizəsində qeyd edilən 200 kv.m. qeyri-yaşayış sahəsi deyil, əmlak kompleksinin həmin yerdən cəmin 120 kv.m. sahə “Azərovçu” İB-nin istifadəsində olmuşdur. Həmin hissədə bır neçi icarəçi olmuşdur. İddiaçıyev həmin hissəni götürəndən sonra aralarını açmışdır. 4. “Azərovçu” İB həmin sahəni özbaşına zəbt etməmiş, "Arena” ASC ilə bağlanmış 12.1 1.201 5-ci il tarixli icarə müqaviləsi əsasında istifadəsinə almış və məhkəmə qərarının icrası tələbi məcburiyyətində, "xxxx" ASC tərəfindən başqa ünvanda yerləşdirilməklə, həmin sahə geri götürülüb. İddiaçıyevə verilmişdir. 5. İddiaçıyev "xxxx" ASC-nin ümumi səhmlərin 18,8501%-ni təşkil edən, 100530 ədəd səhmə malik səhmdarlarından biridir və hal-hazıra kimi eyni həcmdə səhmlə səhmdarların sırasındadır.

6. Məlum məsələdir ki, İddiaçıyev "xxxx" ASC-nin səhmdarlarından biri olaraq. "Arena” ASC-nə qarşı və ya ASC-nin üçüncü şəxslərlə münasibəti ilə bağlı ASC-dən kənar sərbəst tələblərlə çıxış elmək səlahiyyətinə malik deyildir. Bu səbəbdən də o. ASC-nə və icarəçilərə qarşı niyətini dolayı yollarla məhkəmə qaydasında əldə etdiyi məhkəmə qərarları əsasdan həyata keçirir. 7. Belə kı. Səbail rayon Məhkəməsinin 2(009)-1177/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən X1 "xxxx" ASC- nin səhmdarların sırasından çıxarılması və ona ASC-ndəki 100.530 ədəd (18,85%) səhminin qarşılığında ünvan 18 ünvanda yerləçşən obyektin ümumi torpaq sahəsindən 1498.2 kv.m. ayrılmaqla 2004.26 kv.m. qeyri-yaşayış sahəsi. Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsindən 2479,4 kv.m ayrılmaqla 194,6 kv.m. qeyri-yaşayış sahəsinin ona verilməsi qəl edilmişdir. 8. Lakin indiyə kimi məhkəmə qətnaməsinin icrası mümkün olmamışdır. Ona görə ki. "xxxx" ASC-nin nizamnaməsində və həmçinin mülki qanunvericilikdə səhmdarların yalnız səhmlərin satılması təsbit olunmuşdur. ASC-nin məxsus əmlakın səmdara verilməsi, yalnız cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditor borclar, hesablanmış, lakin ödənilməmiş dividendlər ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq hüququ müəyyən edilmişdir. 9. Göründüyü kimi hər bir halda səmdarın malik olduğu səhmə qarşılıq əmlak verilməsi üçün ASC-nin kreditorları və digər borcların ödənilməsindən sonra yerdə qalan əmlakına nisbətdə müəyyən edilməlidir. 10. Lakin Səbail rayon Məhkəməsinin qətnaməsində İddiaçıyevə verilməli olan əmlak, "xxxx" ASC-nin kredit borcları nəzərə alınmadan, ümumi əmlaka nisbətdə 18,85 % həcmində qeyd edilmişdir. İddiaçıyev də məhz bundan yaraqlanmışdır. Bu da digər səhmdarların malik olduğu səhmlərin dəyərinə müdaxiləyə yol açmışdır. Günki, həmin müddətə ASC-nin ödəməli olduğu borclar bir-neçə milyon manat təşkil etmişdir. 11. Bakı Apellyasiya Məhkəməsinin 2( 103 )-2496/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi il Səbail rayon məhkəməsinin qətnaməsi səmdara torpaq sahəsi verilməsi hissəsində ləğv edilmiş, həmin tələb rədd edilmişdir. 12. Bundan sonra qətnamənin icrası məqsədi üçün xx.xx.2017-ci il tarixdə səhmdarlarının ümumi yığıncaq çağırılmışdır. İddiaçıyevə ayrılmış əmlakın, ASCnin ödəməli olan borcları nəzərə alınmaqla, müəyyən edilən aktiv həcminə uyğun əmlakdan hesablanmaqla verilməsi qərara alınmışdır. Həmin iclasın sədri X1 özü olmuş, yığıncağın protokolunu da özü tərtib etmişdir. 13. Sonradan məlum olmuşdur ki, onun payının ayrılıb verilməsinə dair gündəlikdə olan 3-cü məsələ ilə bağlı hissəni dəyişdirib, qərara alındığı kimi deyil, ümumi əmlakdan verilməsi kimi protokolu tərtib edib, imzalamış və qeydiyyat üçün təqdim etmişdir. 14. Məsələnin üstü açılandan sonra mübahisə yarandığı üçün qərarın reyestində qeydə alıması mümkün olmamışdır. Bu səbəbdən də X2 həm "xxxx" ASC-nin səhmdarı kimi qalmasına və həm də ASC-nin ümumi əmlakının 18,85% hissəsini mülkiyyətinə keçirilməsinə nail olmuşdur. İndi də hər ıkı həm ASC-nin səmdarı və həm də ayrılmasına nail olmuş əmlakların mülkiyyətçisi hüququ ilə çıxış edir. İş materiallarında olan “X7 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-028/2025 nömrəli ekspert rəyinə əsasən qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə predmetləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun bazar dəyəri və Likvidlik dəyəri müəyyən edilmişdir. Beləliklə də aparılmış hesablamalar nəticəsində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92, yeni qaydalarla : Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 154 ünvanında yerləşən qeyri-yaşayış binasının ünvan 19nda xx.xx.2022xx.xx.2024 cü il tarixlər ərzində aylar üzrə (yuvarlaqlaşdırılmış) aşağıdakı cədvəldə göstərilmişdir. İcarə ili 1 kv.metrin icarə dəyəri -2022-ci il tarix üçün 27 AZN, 2023-cü il tarix üçün 29 AZN, 2024-cü il tarix üçün 31 AZN müəyyən edilmişdir. Aparılmış tədqiqatın ümumi dəyəri 800 (səkkiz yüz) AZN təşkil etmişdir. Bu məbləğin 400 (dörd yüz) AZN-lik hissəsi mülki iş üzrə iddiaçı X3 tərəfindən “X7 Mərkəzi ” MMC-nin hesabına ödənilmişdir. Qalan 400 (dörd yüz) AZN məbləğin isə cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin nümayəndəsi tərəfindən ödəniləcəyi əvvəlcədən bildirilsə də, sonradan bu öhdəlik yerinə yetirilməmiş və ödənişdən imtina edilmişdir. Yuxarıda göstərilən halları nəzərə alaraq, tədqiqatla bağlı çəkilmiş xərcin ödənilməyən hissəsinin - 400 (dörd yüz) AZN məbləğin “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyindən tutulmaqla “X7 Mərkəzi” MMC-nin hesabına ödənilməsinin təmin edilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli hesaba mədaxil qəbzinə əsasən İddiaçı “X7 Mərkəzi” MMC-nin bank hesabına 400 manat məbləğində pul vəsaiti köçürmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 (Yeni qaydalarla ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 943.8 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi iddiaçıya məxsus olan daşınmaz əmlakın “C” tikilisinin 200 kv.m. sahədən 2017-ci ildən ovçuluq məhsullarının satışı üçün istifadə etmişdir. Halbuki, onların arasında icarə müqaviləsi bağlanmamış və cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsi ilə bağlı ona heç bir icarə haqqı ödənilməmişdir. İddiaçı həmin qeyri-yaşayış sahəsinin boşaldılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsindən çıxmaqdan imtina etmişdir. Daha sonra iddiaçı cavabdehə qarşı “cavabdehin qanunsuz sahibliyində olan daşınmaz əmlakdan çıxarılması və dəymiş maddi zərərin ödənilməsi” tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1504/2022 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 (Yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən 943,8 kv.m. sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin “C” tikilisinin 200 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmiş, qətnamə 16 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra vərəqəsi 24 oktyabr 2022-ci il tarixdə verilmişdir. Məhkəmənin qətnaməsinin 2022-ci ilin oktyabr ayından qanuni qüvvəyə minməsinə baxmayaraq, cavabdeh həmin qeyriyaşayış sahəsindən çıxmamış, xx.xx.2024-cü il tarixli akta əsasən cavabdeh 31 mart 2024-cü il tarixdə həmin sahəni boşaldaraq tərk etmişdir. Hazırda İddiaçı cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyindən (“Azərovçu” İctimai Birliyi) 108.000 manat vurulmuş ziyanın, 2022-ci ildə 437,66 manat məbləğində ödənilmiş dövlət rüsumunun, "xxxx" MMC-yə ödənilmiş 300 manat qiymətləndirmə xərcinin, 31 manat sifarişli poçt xərcinin, ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun, "xxxx" MMC-yə ödənilmiş 300 manat və “X7 Mərkəzi” MMC-yə ödənilmiş 400 manat, ümumilikdə 109.868,66 manat pulun alınaraq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Mülki hüquq ziyanın iki növünü: əmlak ziyanı və mənəvi ziyanı fərqləndirir. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Əmlak itkiləri mülki hüquqda zərər adlandırılır. Beləliklə, zərər öz növbəsində ziyanın nəticələrinin pulla dəyərləndirilməsidir. Mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərin əsas hissəsini əmlak münasibətləri təşkil etdiyindən, mülki-hüquqi məsuliyyətdə əsasən əmlak xarakteri daşıyır. Zərərin əvəzinin ödənilməsi də məhz əmlak xarakterli mülki hüquq sanksiyasıdır. Göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1504/2022 nömrəli qətnaməsi ilə cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 (Yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən 943,8 kv.m. sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin “C” tikilisinin 200 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılmasının qət edilməsinə, həmin qətnamənin 16 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minməsinə və icra sənədinin 24 oktyabr 2022-ci il tarixdə verilməsinə baxmayaraq, cavabdeh yalnız 31 mart 2024-cü il tarixdə həmin qeyri-yaşayış sahəsini boşaldaraq tərk etmişdir. Belə olan halda, cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan qanunsuz olaraq iddiaçıya məxsus əmlakdan istifadə edilməsinə görə iddiaçının hüququ pozulmuş və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Məhkəmə hesab edir ki, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən (xx.xx.2022-ci) həmin qeyri-yaşayış sahəsinin boşaldıldığı tarixədək (31 mart 2024-cü il) müddətdə cavabdeh tərəfindən qeyri-yaşayış sahəsindən istifadə edilməsinə görə icarə (kirayə) haqqı hesablanaraq, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən 1 kv.metrin icarə dəyəri 2022-ci il üçün 27 manat, 2023-cü il üçün 29 manat, 2024-cü il üçün 31 manat müəyyən edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 1504/2022 nömrəli qətnaməsinin 2022-ci ilin oktyabr ayından qanuni qüvvəyə minməsini və cavabdehin 31 mart 2024-cü il tarixdə həmin qeyri-yaşayış sahəsini boşaldaraq tərk etməsini nəzərə alsaq, 2022-ci ilin noyabr və dekabr ayları üçün 10800 manat (200 kv.m*27 manat*2 ay), 2023-cü il üzrə (200 kv.m*29 manat*12 ay) 69600 manat, 2024-cü ilin yanvar, fevral, mart ayları üçün 18600 manat (200 kv.m*31 manat*3 ay) olmaqla, cavabdeh tərəfindən iddiaçıya cəmi 99000 manat məbləğində maddi zərər vurulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia maddi zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin edilməli, 99000 manat məbləğində pul cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyindən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddiaçının məhkəmə xərcləri ilə əlaqədar pul tələblərinə münasibətdə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı X3 tərəfindən iddia ərizəsinin verilməsinə görə məhkəməyə ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun 387 manat məbləği, “X7 Mərkəzi ” MMC-nin hesabına ödədiyi aparılmış tədqiqatın ümumi dəyərinin (800 manat) 400 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli və qalan 400 manat məbləğində məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyindən 99000 manat, məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı “X7 Mərkəzi” MMC-nin hesabına ödənilmiş 400 manat və dövlət rüsumu olaraq ödənilmiş 387 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli və iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı 400 manat məbləğində ekspertiza xərci cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyindən tutularaq “X7 Mərkəzi” MMC-nin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyindən 99000 (doxsan doqquz min) manat, məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı “X7 Mərkəzi” MMC-nin hesabına ödənilmiş 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 387 (üç yüz səksən yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı 400 (dörd yüz) manat məbləğində ekspertiza xərci cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyindən tutularaq “X7 Mərkəzi” MMC-nin hesabına ("xxxx" Açıq Səhmdar Cəmiyyəti, Kod 505141, İcraçının VÖEN: **********, Müxbir hesab AZ82NABZ********************, S.W.İ.F.T. BİK: PAHAAZ22, İcraçının hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar